Həyat fəlsəfəsi
Quşlar qatar-qatar ellərdən keçər,Bəşər nəsil-nəsil dünyadan köçər;İnsanlıq gah zəhər, gah şərbət içər…Əzəldən belədir hökmü zamanınDüyündü bir sirri var asimanın!
Çarxını qurduqca dövranın əliBəzən ağlar olur, bəzən gülməli…İnsanın ən böyük eşqi, əməliBəzən aslan kimi çırpınır darda,Bəzən də qərq olur fırtınalarda…
Dəyişir səmtini daim sular,Dəyişir fikirlər, dönür duyğular.Kainat tutmayır bir yerdə qərar:Çarpır sinəsini qayalıqlara— O gah qışa çıxır, gah da bahara!
Dünya binasını qurandan bəriSəadət adlanan o gözəl pəri gəl!— deyə səsləmiş qərinələri;Yazıqlar olsun ki, hələ insanlıqGəlib qovuşmamış ona bir anlıq.
Ey dünya gözəli, qaçma bəşərdən!İnsandır ayıran xeyiri şərdən…Gəl onun eşqini ucuz tutma sən,— Qəlbi var, hissi var hər məhəbbətin,Qaralmaz ulduzu əbədiyyətin!..
Ölüm bir iblisdir, həyat bir mələk!Varlığı izləyir heçlik kölgə tək…İşıq qaranlıqla pəncələşərəkYaşatmaq istəyir cahanda bizi,Günəş salamlayır iradəmizi!
Yamanlıq, yaxşılıq durmuş üz-üzə,Dilsiz əsrlərdən mirasdır bizə.Əsir bahar yeli qəlblərimizə,Lakin arxasınca kəfən geyir qış,Təbiət varlığa belə qarğamış.
Bir bayram sözü var, bir də ki, matəm,Nəşə bir aləmdir, qüssə bir aləm.Həyat öz atmı sürür dəmadəm;Odlar içində də hər bir mənzərəYenə qanad verir düşüncələrə!
Yenə də insanın xəyal şəhpəriGəzir fəzaları, göy dənizləri.Sən ey səadətin gözəl səhəri!Alqışla insanın pak əməlini,Uzat yer üzünə hünər əlini?
Zamandır, bəşərin imdadına gəl!Xəstə bir gözəldir hünərsiz əməl…Hünər söylədiyim o qüdrətli əlBütün kainata qoy qanad gərsin.Bəşər karvanma o yol göstərsin.
Hünər qanad versin torpağa, daşa,Dənizlər çatılıb gəlsin baş-başa…Azadlıq ordusu varsın birbaşa.Hər zəfər dastanı yadigar olsun,ölüm təslim olsun, həyal var olsun!
Dünyaya bir şöhrət yaranmışıq biz.Günəş çökməmişdir qaranlığa diz.Qoy ölsün yamanlıq, o xain iblis!..Yaxşılıq çağırsın hər qəlbin neyi.Qurtaraq zəncirdən Prometeyi…
Fəlakət qocalmış… qandır o köpək.Onun sümükləri tez çürüyəcək…Səadət gənclikdir, adı gələcək!Onun gözlərində həyat eşqi varVar olsun gələcək! Var olsun bahar!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-heyat-felsefesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
دل شد اندر پیچ و تاب حلقه گیسوی اوستپیچ و تاب حلقه ی گیسوی او بی انتهاست