Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

Akram Aylisli19998 min
Bu, haman qılıncdır?

“Azərbaycan xalqı parçalanmış xalqdır”*İqor Belyayev*

Hokuma Billuri7 min
Meydana çıkıyor

Mahmud mənəvi bir tərbiyənin, bir tərbiyeyi-diniyyənin ağruşi-himayəsində böyümüş, həyatı-ictimayiyyətdəki telxiyi-xudkamidən zərrə qədər nəsibədar olmamış idi. O, həyatını köyünün gözəl dağları, məşələri, çəmənləri, suları arasında böyütmüş; məişətin, zövqün, xüsusilə aləm-cədidin, əsri-tərəqqinin təkamülündən xəbəri yox idi… O, Allahın yolunda səbheyi-bihüdudunu çəkməkdən başqa bir məşğəleyi-madiyyə bilməzdi… Insaniyyətin məmləkətində tazə adı, tazə sədası hənüz eşidilməyə başladığı vəqt Mahmud istiğraqi-xamuşi içində təçəlliyatı-təbiiyyəsinin əşari-mütəsəvvifəsilə dəmgüzar idi…Gözəl dağlar, gözəl çəmənlər, gözəl sular, - bunlar həp təbiətin vəsaiti-ilhamdır. Hər ruh öz nəsibeyi irşadını onlardan alır… Mahmud da təbindəki ilhamatı-mütəaliyyəsini o kimi şeylərə məcub görüyordu…

Mirza Alakbar Sabir6 min
Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirza Ali Mojuz6 min
Təbrik çiçəkləri

İlk müəllimim Kübra*Əliyevaya ithaf edirəm*

Tofiq Bayram10 min
Aşıq Heydərin Axırkələk səfəri

Bir gün Aşıq Heydər oturub qəlyan çəkirdi. Birdən arvadı Yetər tələsik içəri keçdi:– A kişi, bir nəfər cavan, boylu-buxunnu oğlan gəlif, amma nə qədər elədim içəri gəlmir.

Ashiq Heydar8 min
Potyomkin

“POTYOMKİN”*(Tarixi poemadan bir parça)

Almas Ildyrym14 min
Kəndimizdən qovulanlar

Qaradağlı pəri, özün biləli,Bizim xərab kəndə gəlin gələli,

Habib Saher6 min
Tramvay parka gedir

Gecə saat birTramvay parka gedir.

Qabil7 min
Tarji-band 2

ای هستی کاینات از کیدر جنب تو کائنات لاشئ

Shams Maghrebi11 min
Qafqaz İslam Ordusu

4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi.30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”.

Mirza Bala Mehmetzade6 min
Gülüstan

Azərbaycanın birliyi və istiqlal uğrunda*çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani*

Bakhtiyar Vahabzadeh19598 min
Sovet–Fin hərbi

(Sovet–Fin hərbi bitməsinin 3-cü ildönümü)**İLK HƏFTƏ**

Abdurrahman bey Fatalibeyli9 min
Lorka haqqında qaraçı romansları

Birinci romansMənə kaman verin siz, bir qaraçı kamanı,

Aliagha Kurchayli19657 min
Vı pərdə

Geceyarısı, Məhsətinin qapısı camaatla dolub, onunla görüşə gəliblər. Şah adamları əllərində qamçılar camaata hücum edib qışqırırlar:*– Dağılın! Dağılın, camaat! Yoxsa...

Mirvarid Dilbazi7 min
Tarji-band 2

ای شوق تو رهنمای دل‌هادردت همه جا دوای دل‌ها

Majzub Tabrizi9 min
Adi həqiqətlər

Gördüklərim gözümün qərəlidi.Görə bilmədiyimə yoxdur demirəm.

Fikrat Goja13 min
Ey aləm, Şəki, arif, Qırağ

Ey aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ

Baba bey Shakir6 min
Bir santimetr haqqında ballada

ProloqO, iki yüz iyirmi səkkiz santimetrdən

Ali Kerim10 min
Həsən əminin öküzü

Ustadnamə**Bir diləyim var dərgahımdan istərəm,

Molla Juma7 min
Sharafnama, chapter 4

A night that made the sky assembly-adorning (resplendent with stars),The night, through the splendour (of the stars) laid claim to (being) the day:

Nizami GanjaviMasnavi7 min
Süleymani

On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri döyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara hadisədən xəbərdar etməmək üçün öz şiddətini dayandırmışdı. Gecə olduqca sakit və durğun idi. Hər şeydə bir sükut hiss edilirdi. Sanki bütün təbiət Əmir İnancdan sükut əmrini almışdı. Saray da yatmışdı. Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən var idi. Cariyələr otaqlarının çıraqlarını söndürmüşdülər. Uzun və geniş dəhlizin baş tərəfində yanan piy çırağı da sönürdü. Lakin xacə Müfid adəti üzrə oğru pişiklər kimi dolaşıb, saray xalqı yatan otaqların qapısını qoxulayırdı. O, Dilşadın otağının qapısında durdu, onun otağının açarını əlindəki başqa açarların içərisindən asta-asta tapmaq istərkən Dilşad oyandı, titrəməyə başladı, çünki gecənin bu vaxtında xacə Müfid heç bir zaman könülaçan bir xəbər gətirməzdi. Bu vaxt cariyələr ya istintaq edilməyə, ya cəza verilməyə, ya da Əmir sərxoş olduğu zaman onu əyləndirməyə aparılırdı.

Mammed Said Ordubadi12 min
Qasida 150

به دل در خواص بقا می‌گریزمبه جان زین خراس فنا می‌گریزم

Khaqani Shirvani7 min
Usta Bəxtiyar

Bir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..

Abdulla Shaig194713 min
Birinci pərdə

Cahangir ağanın evinin qabağında bir bağça. Neçə nəfər fəhlə işləyir. Arvadlar,*qızlar alaq edirlər.*

Abdurrahim bey Hagverdiyev12 min
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

Ismayil Shykhly195713 min
XVII

Kabinetin qapısı bir qədər yelli açıldı, uzun koridorda əyləşib sükuta gedən qapıçı ilə Qaloşlu adam səksəndilər, Kamilov onları görüb saymadan pufuldaya-pufuldaya içəriyə girdi, ağızucu salam verib stulu qapdı, stolun baş tərəfindən qoyub oturdu. O, əlindəki lülələnmiş kağızı tez açıb stolun üstünə sərməyə başladı.– Başdan-ayağa həngamədir, – deyə şikayətləndi. – Bu Baş Yağ İdarəsi iki ayağını bir başmağa qoyub boçka vermir ki, vermir, yağını yığıb göndərəsən özünə! Rayondan gedən hər bir teleqrama da boçka əvəzinə bir-birinin quyruğuna düyülmüş beş teleqram çəkir!.. Surəti ispalkoma, surəti raykoma, surəti artelə, surəti hara-hara?!. Yuxarıda boşbekar oturub aşağıdan özünü sığortalayır bu Baş Yağ İdarəsi! Bir baxın, – deyə Kamilov teleqramları çıxardıb Vahidova göstərdi. – Pir olmuş, deyəsən bəs mən özümü burda boçka qayıracağam?!.

Suleyman Rahimov194415 min
Qasida 159

خداوندا ترا زیبد خداوندی جهان کردنکه تو دانی ز بدخواهان جهان جان جهان کردن

Qatran Tabrizi6 min
Birinci pərdə

Mətbəəyə məxsus böyük bir müdiriyyət odası. Odanın bir qapısı ilə iki pəncərəsi – sağ tərəfdən caddəyə açılır. Digər qapısı da sol tərəfdə – mətbəəyə enmək üzrə daima açıqdır. Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və soldasandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə... Qışın ikindi zamanı... Pərdə açıldıqda munis və zində çöhrəli Rəuf pəncərə önündəki masa qarşısında yazı yazmaqla məşğul görünür. Sarışın, həssas baqışlı Şeyda isə cığarayı dumanlataraq əli alnında düşünüb durur.*

Huseyn Javid191613 min
Dibaçə

DİBAÇƏYa Rəb, rəhi-eşqində bəni şeyda qıl,

Fuzuli12 min