Düşərsən
Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,Nə gəzirsən çöl-biyaban, səhrada?Dağlarda borana, qara düşərsən.
Gəl özün özünə verməginən boy,Özgə qabınnan ye, öz qabınnan doy.Qırxıb yal-quyruğun eylərəm bir day,Yal-quyruğu qırxıq hara düşərsən.
Ustadam, Alıyam, tanısan məni,Dürün mədəniyəm, gövhərin kanı,Bir kərə götürüb ataram səni,Gedib cəhənnəmdə nara düşərsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-dusersen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İştə səksən yaşında beli bükük bir qadınAylar, illər bilmədən qırmış qolun, qanadın.
Ümidim çoxdur ki, hicran tükənərÜmidim çoxdur ki, hicran tükənər,Xoş keçər bəlkə bu ömür bir qədər.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
DünyaNə veribsən, alammırsan,Suçum nədi görən, dünya?