Bu dünyanın get-gəlini qananın,Ölçər, biçər ürəyinə xal düşər.Cahil uyar bir fitnənin felinə,Şux gözəlin qismətinə çal düşər.

Qurtarmadıq padşahın bacından,Gözü doymaz öz taxtından-tacından,Müxənnətin, seryaqubun ucundan,Bu gözəl ellərə qalmaqal düşər.

Özü öz halını anlamayan kəs,Alı üçün libas biçir dəsbədəs.Müxənnətə qənim olar müxənnəs,Əhli-hal əhlinə, əhli-hal düşər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов