Qohum-qardaş yenə düşdü yadıma,Dedim könül bir səfərim var, gedək.Heç görmədim əhdə peyman olanı,Nadan qurdu tərlan üçün tor, gedək.

Onu gördüm atdım dərdi, vərəmi,Mübarək dəstindən aldım salamı,Götürdüm əlimə dəftər-qələmi,Könlüm istər o dağlardan qar, gedək.

Alı təkdi, qürbət eldə dolanır,Oğrun-oğrun yar oduna qalanır,Ağ əllərə toy xınası bulanır,Xoryad üzdü güllü bağdan nar, gedək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов