Şahı-mərdan yazılıbdı daşında,Düldülün izi var qala qaşında.Yetmiş nərdivandı göyün ərşində,Sırat körpüsüdür Salsal qalası.

Salsal qala tarixlərə bəllidi,İgidləri gümüşxəncər bellidi.Bənd-bərəsi mindi, yüzdü, əllidi,Elin tilsimidi Salsal qalası.

Divarı da daşdı, qapısı da daş,Daşlar səf-səf durub bir-birə sirdaş.Qılınc çəkən ərlər bir-birə qardaş,Qalalarda başdır Salsal qalası.

Ting ilə çəkilib Səlsəlbil suyu,Əlli min arşındır tinginin boyu.Bu yerdə ərlərin oğuzdur soyu,Türkün məskənidir Salsal qalası.

Alı deyər, gəldim toya-düyünə,Nər igidlər məni görə söyünə.Nağaralar gumbul-gumbul döyünə,Koroğlu səngidi Salsal qalası.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов