Solar gül camalın, aranda qalma,Dolan yaylaqları yay, sarıköynək,Müştaqam boyuna, nəzərdən salma,Etmə ömrüm ahu-vay, sarıköynək.

Təzələndi köhnə dərdin yarası,Təbibimsən, səndən qaldı çarası,Tökülüb zülflərin gərdən arası,Çək üzə, çin-çin et, say, sarıköynək.

Alı deyər keçdi şamın çoxumu?Qaynat qəfədanı, dağıt yuxumu.Gətir fincanları, yanında lumu,Sən doldur, mən içim çay, sarıköynək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов