Əlif qəddin, şümşad belin, bey incəTey telinə şana vurma sevdiyim.Sey asari səndə iman bulunmaz,Cəm camala şölə vermə sevdiyim.

Hey həlak eyləyir incidir məniXey xəlq eyliyibdi bir xudam məni.Dar dərdin eyliyib divanə məniZal zülfün gərdənə sürmə sevdiyim.

Rey rəngin zərda zey kimi xəndanSin sərvi qamətin xətti gülüstan.Şin şad eylə məni qurtar sevdadan,Bir busə ver, üz döndərmə sevdiyim.

Zat saxla, qulunam, zat bazarında,Tey-telin cığadı yar qabağında.Zey zəlil qalmışam yarın əlində,Ayın əşqi yara vurma sevdiyim.

Çayın qulun ollam sana kəmtərinFey fələkdi gey sonalı göllərin.Qaf kəmər üzündə şövqü-ənbərin,Kaf küffardı üzə vurma sevdiyim.

Lam lala açılıb yar yanağında,Mən mərcan olaydım yar qolbağında.Alıyam, tab etməm mən fərağında,Hey-haraya gəl göndərmə sevdiyim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви