Məhəbbət əhliyəm çeşmi-xumara,Gəşt eylə dünyanı gəz yavaş-yavaş.Unutma dostunu peşman olarsan,Dostunan düşməni seç yavaş-yavaş.

Nə ağlın var, nə huşun var, kam alımMən danışım, qulaq asın, dəm alın.Cəm eylə idrakın, ağıl-kamalın,Yolunla getginən düz yavaş-yavaş.

Alıyam, çağırram sirri-xudanı,Unutmam duz-çörək, həmi də nanı.Fələk üz döndərər, haqqını tanı,Elini, gününü bil yavaş-yavaş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости