Dedim: fələk öldür məni,Nə öldürdü, nə güldürdü.Ağlatdı, yaylıq vermədi,Gözüm tikanla sildirdi.

Gül yerinə, tikan verdi,Gün vermədi, duman verdi.Bizlərə zimistan verdi,Gücünü bizə bildirdi.

Tez ayrıldıq dağlardan biz,Çöldə qaldı, lalə, nərgiz,Çeşmələri axdı göz-göz,Bəstini təşnə öldürdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе