Fərhad Mirzəyə
“Cami-Cəm” coğrafiya kitabını ingiliscədən farscaya tərcümə edən şahzadə Fərhad Mirzə Qacar, Nəsrəddin şahın əmisi, Məkkəyə gedərkən, 1875-ci ilin oktyabr ayında Tiflisə gəlmişdi. Görüşdüyümüz zaman islam əlifbasını dəyişdirməyin zəruriliyi barədə aşağıdakıları yazıb ona verdim:
Birinci fikir: əvvəldə olduğu kimi, hərflər bitişir, erab, yəni hərəkələr hərflərin sırasına daxil edilir və bütün nöqtələr atılır.
İkinci fikir: hərfləri bitişməz edib, hərəkələri onların sırasına salmaq və bütün nöqtələri atmaq yolu ilə.
Üçüncü fikir: hərflərin şəkilləri bitişməyən latın hərfləri şəkilləri ilə əvəz edilir, hərəkələr hərflərin sırasına daxil edilir, yazı isə soldansağa tərəf yazılır.
Bu üç fikirdən mənim zənnimcə, üçüncü fikir daha üstün və məqsədə daha yaxındır. Çünki onunla oxumaq, yazmaq və çap etmək işləri asanlaşmış olur. Əlifbanı dəyişdirmək əsla şəriətə müxalif deyildir.
İbn Muqlə kufi xətti nəsx xətti ilə əvəz etdi və din alimlərindən heç birisi ona qarşı bir kəlmə də danışmadı. Köhnə əlifbanı dəyişdirmək nəticəsində, köhnə kitabların qiyməti hesabına ehtimal olunan 20 kürur zərər, bu kimi xeyir işin qarşısında mühüm bir maneə olmamalıdır. Çünki köhnə əlifbanı dəyişdirmək sayəsində, yüz kürur müsəlman, kişili-qadınlı, cəhalət qaranlığından xilas olaraq, elmin nurlu dünyasına qədəm qoyacaqdır. Yəni, varlı və yoxsul, şəhərli və kəndli, köçəri və oturaq əhali bütünlüklə az bir müddət ərzində öz ana dillərində kitabları oxuyub başa düşəcəklər. Əksinə, əgər köhnə əlifbanın dəyişdirilməsi baş tutmazsa, islam xalqları dünya durduqca biliklərdən və peşələrdən məhrum olaraq, cahillik və vəhşilik içərisində qalacaqdırlar. Necə ki, hicrətdən bu günə qədər qalmış və özlərini avropalıların rişxənd və istehza oxlarına hədəf etmişlər.
Yazıb-oxumağın çətinliyi üzündən bizim uşaqların əksəriyyəti dərs oxumaqdan bezikir və məktəbdən qaçırlar. Yazıq uşaqlarımız 15 il, hətta 20 il müddətində belə, mükəmməl savad sahibi ola bilmirlər. Halbuki avropalıların uşaqları bircə il ərzində savadlanıb, 5-6 il oxuduqdan sonra elmləri mükəmməl öyrənirlər.
Savad öyrənmək və elmlərə yiyələnmək işindəki maneələrin səbəbi köhnə əlifbamızın çətinliyi deyilsə də, bəs nədir? Qoy islam xalqlarının ağıllı başçıları belə bir səbəbi göstərsin və sonra onu aradan qaldırmaq fikrinə düşsünlər.
Köhnə əlifbanı dəyişdirmədən əvvəl, islam ölkələrində heç cür yeni tənzimat və heç cür siyasi qanunlar nəticə verə bilməz və müsəlman xalqlarının tərəqqisinə nail olmaq mümkün olmaz. Çünki hər cür tənzimat və qanun elmə əsaslanmalıdır. Nə qədər ki əhali, kişili-qadınlı, Prussiya, Amerika və Avropanın digər ölkələrinin əhalisi kimi bilik və savad sahibi olmamışdır, tənzimat və qanunların mənasını anlamayacaqdır. Onları qəbul və icra etməyə qabil olmayacaqdır. Ona görə də islam ölkələrinin padşahları, köhnə əlifbanı dəyişdirmədən və bütün öz təbəələri arasında elmləri və bilikləri yaymadan, tənzimat və yeni qanunların tətbiqi barədə əbəs yerə zəhmət çəkməməlidirlər.
Bundan sonra yazmışdım ki, kəlməsinin on cür oxunması ehtimalı vardır.
Necə ki, əlifbanın dəyişdirilməsi haqqındakı kitabçada ətraflı surətdə yazmışam.
Ərəb dilində isə bu ibarəni yazmışdım:
Bir də bu şeri yazmışdım:
Farsca isə bu ibarələri yazmışdım:
Bu ibarə iki cür tərcümə olunur: 1. Qulamhüseyn bu gün şahzadənin evinə getmişdi. 2. Qulamhüseyn bu gün şahzadənin evinin qapısını süpürmüşdür.
(Yenə də mətn müxtəlif oxunur və müxtəlif tərcümə edilir). 1. Bir kor gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim Allaha pənah, məgər kordur, ya elə bilir ki, mən koram.
- Bir gur gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim Allaha pənah, bu kordur, ya elə bilir ki, mən koram.
Fərhad Mirzə ərəbcə ibarələri düzgün oxudu. Görünür ki, bunları əvvəlcədən eşitmişdir. Çünki mən həmin ibarələri əlifbanı dəyişdirmək haqqındakı kitabçamda yazıb Tehrana göndərmişəm. Ancaq farsca ibarələri oxuyarkən səhv etdi.
Dedim: – Şahzadə! Bu əlifba ilə yazılmış fars dilimizi düzgün oxuya bilmirik. Bəs əcnəbi xüsusi adlarını, şəhərlərin, yerlərin və ölkələrin eşitmədiyimiz adlarını necə oxuya bilərik? Cürbəcür və müxtəlif elmləri və fənləri şərh və izah edən qəribə kəlmələri və istilahları bu zalım əlifba ilə tələffüz etmək və onları öyrənmək necə mümkün ola bilər? Bizim əlifbanın bu qədər açıq-aşkar nöqsanlarını inkar edən hər bir şəxs hər cür şərəf, ağıl və sağlam düşüncədən məhrum olmalıdır.
Dedi: – Mən bütün bunları ətraflı surətdə öz zəfərnaməmdə yazıb çap etdirəcəyəm.
Dedim: – Elə isə sizin səfərnaməniz, heç olmazsa, faydalı bir əsər olar. Daha içində ata minmək, kalyaskada yol getmək, şikarla məşğul olmaqdan başqa mətləblər yazılmayan şahın səfərnaməsinə oxşamaz.
Şahın səfərnaməsinin mənasız olduğu barədə bu sözləri eşidərkən, Fərhad Mirzə zahirən pərt oldu və yarım dəqiqəliyə fikrə getdi. Sonra başını qaldırıb dedi:
– Mirzə Fətəli, mənim səfərnaməmi bu cür tərif etməməliydin!
Mən dinmədim. Başqa əlacım da yox idi. Söz ağzımdan çıxmışdı. Lakin elə zənn edirəm ki, Fərhad Mirzə mənim onun səfərnaməsini şahın səfərnaməsindən üstün tutduğumdan qəlbən şad idi və zahirdə bu cür üstünlük üçün özünü pərt göstərməyə məcbur oldu. Çünki İran konsulu da həmin məclisdə oturub bizim söhbətimizi dinləyirdi.
Mirzə Fətəli Axundzadə
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-ferhad-mirzeye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci. Mən, aşağıda bunu imza edən Mirzə Fətəli Axundzadə, Hindistan şahzadəsi monqol Kəmaluddövlənin məktubları adlı bir farsca kitabın sahibi, həmin kitabı həqiqi mülki müşavir şərqşünas Adolf Petroviç Berjenin köməyi ilə rus dilinə tərcümə etmişəm. Təsdiq edirəm ki, cənab Berjenin də ixtiyarı vardır ki, həmin kitabı onun ruscaya tərcüməsindən ya da fars mətnindən firəng, alman və ingilis dillərinə tərcümə etsin. Sonra o, bu dörd tərcümənin nəşrini münasib bildiyi qiymətlə hər hansı kitab satıcısının öhdəsinə buraxa bilər və bu dörd tərcümənin bütün nəşrlərinin satılmasından alacağı pullar ikimizin arasında tən yarı bölünməlidir, bir şərtlə ki, Berje kitab satıcısı ilə öz arasında olan müqaviləni mənə göstərsin. Tərcümələrin nəşri təkrar edilərsə, yenə hər nəşrdən alınan gəlir aramızda bərabər bölünməlidir.Kitabın fars mətninin nəşrinə gəldikdə, bunun da ixtiyarını mən, vəd etdiyi yaxşılıq üçün səmimi minnətdarlıq əlaməti olaraq, cənab Berjeyə verirəm. Və əgər vəd etdiyi ixlas, onun bütün səyinə rəğmən, hər hansı bir səbəb üzündən imkan xaricində olarsa, yenə də məzkur kitabın fars mətninin nəşrindən alınan gəlir aramızda bərabər bölünməlidir.
Nikolay İvanoviç BaranovskiyəQafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi**Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay*
Maarif nazirinə məktubHəzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.
Xarici işlər nazirliyinə məktubXarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*
Стихи других поэтов
Nə bir ürək işlədərək, nə beyin,Laqeyid-laqeyid yaşamağa nə var ki?!
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
Buradan səniBaşma döndüyüm, ay qəşəng Əsmər,İstəməm gedəsən buradan səni.
Talan olmasın deyəTalan olmasın deyəElin dövləti-varı –