Məhəbbət yolu ilə məni yada salıb göndərdiyiniz məktub gəlib çatdı. Könlümün güzgüsünə sizdən sarı qonmuş inciklik tozu silindi. İndi gileygüzarlıq məqamında deməliyəm ki, siz mənim haqqımda çox cəfa rəva gördünüz. Mən sizə sədaqət və məhəbbət göstərdim. Onun əvəzində cövrü cəfa layiq deyildi. Özünüz insafla deyin, Tiflisdə sakin olduğunuz müddətdə məndən sizin istəyinizin xilafına olan bir hərəkət baş verdimi? Amma siz cənabın mənimlə rəftarından mənim şikayət etməyə haqqım var. Məndən aldığınız o əlifba kitabçalarını nə elədiniz? Mənə verdiyiniz o bollu vədlər necə oldu? İndi yazırsınız ki, İstanbula gəlim. Nə ümidlə, hansı inamla?

Hər halda möhtərəm Mirzə Əbdürrəhim xana gahdan yazıb göndərdiyiniz məktubun qırağında yazıb bildirin görək gələn ilin payızında sizə məlum olan mətləblərə görə iki-üç ay müddətinə İstanbula gəlməyim məsləhətdir, ya yox?

Şövkətli cənabınız dostların könlü istədiyi kimi, öz arzunuza çatdınız. Bəs mən öz arzuma çatmayımmı? Cənabınız bilirsiniz ki, öz əməllərim və işlərim sarıdan xalqın yanında mənim heç bir təqsirim yoxdur. Belə olduqda, nə üçün gərək öz diləyimə çatmaqdan məhrum olum? Bəlkə belə buyurasınız ki, mənim diləyim olası işlərdən deyil. Lakin siz bunu Tiflisdə demirdiniz, bəlkə mənim qeybətimdə deyəsiniz?

Mən İstanbula gəlməli olsam, indi çap olunmaqda olan yeddi təmsildən ibarət bütün əsərlərimi gətirəcəyəm.

Rusiya səfirliyində mənim Henrexsin adlı bir dostum var, son vaxtlarda Konstantinopol səfirliyinin ikinci tərcümanı rütbəsinə təyin olunmuşdur. Ona bir məktub göndərirəm, onun çatdırılması haqqında hörmətli cənabınızın buyruğunu təvəqqe edirəm. Bu şərtlə ki, Henrexsinə buyurasınız ki, cavabını da sizin Mirzə Əbdürrəhim xana göndərəcəyiniz zərfə qoysun və o mənə çatdırsın. Ona görə ki, bundan əvvəl mən Henrexsinə bir məktub göndərmişəm, ancaq cavabını almamışam. Bu cəhətdən məndə bir şübhə yaranıbdır ki, ola bilsin Henrexsin cavab göndərib, lakin bizə məlum olan şəxs onu mənə çatdırmayıbdır.

Mirzə Fətəli Axundzadə
10 noyabr 1859, Tiflis

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mollayi-Ruminin və onun təsnifinin babında

Məxdumi-mükərrəmi-mən, şeyxül-islam!Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin.

5 мин
Kritika

YÜKSƏK İRANIN “MİLLƏT” QƏZETİ MÜNŞİSİNƏ*Əziz qardaşım!

187129 мин
Mirzə Ağanın pyesləri haqqında kritika

Mehriban qardaşım, Mirzə Ağa! Allah ömrünüzü uzun eləsin.Sizin şirin məktubunuz gəlib yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm. Ümid edirəm ki, həmişə vaxtınızı fransızların istilahınca “d r a m a” fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz və bu fəndə qeyri vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız.

14 мин
1872-ci il mart ayının sonlarında Tehrana gedərkən Tiflisə gəlmiş Ruhül-qüdsdən neçə məclisdə eşitdiklərim

Əvvələn – bir dövlətin, ixtira sahibi olan bir şəxsə öz ixtirasının nəticələrindən fayda görməsi üçün imtiyaz verməsi lütf sayılmamalıdır. Ona görə ki, imtiyaz ixtira sahibinin haqqını qorumaq üçün verilən bir şeydir və belə bir imtiyazı verən dövlət ixtira sahibinə mərhəmət etmir, onu öz minnət və ehsan yükünün altına almır, ancaq ədalətin şərtlərini yerinə yetirir.İkinci – dövlət ixtira sahibinin mə’nəviyyatını, səlahiyyətini, yaxşı və pis olmasını təhqiq və təsdiq edərsə və bu xüsusda öz fikrini bütün təbəələrinə e’lan edərsə, böyük bir səhvə yol vermiş olar. Çünki belə olarsa, iki məsələdən biri mütləq ortaya çıxa bilər. Ya dövlət öz təhqiq və təsdiq fəaliyyətində səhvə və xətaya yol verərək, xalqı həmin ixtira yolunda çaşbaş salar ki, bu da dəfələrlə müşahidə olunmuş və xalqın böyük zərərinə səbəb olmuşdur. Təcrübələr əsasında dəfələrlə belə hadisələrin baş verdiyi görünmüşdür. Məsələn, Fransa dövləti bir neçə il bundan qabaq bir nəfər bankirin ixtirasını təhqiq və təsdiq edib, onun düzgün olduğunu bütün təbəələrinə e’lan etmişdir. Xalq isə dövlətin sözünə inanaraq, qazanc təmənnası ilə həmin bankirə çoxlu pullar tapşırdılar. Lakin ixtiranı təcrübədən keçirmək məsələsi ortalığa gələrkən mə’lum oldu ki, ixtira düzgün deyildir, dövlət isə öz təhqiqatında yanlışlığa və səhvə yol vermişdir, bu səhv də xalqı böyük zərərə salmışdır.

14 мин

Стихи других поэтов