Mirzə Melkum xana
“Kəmalüddövlə” çapdan çıxandan sonra Melkum xana yazacağım məktubun surəti
Mənim əzəmətli qardaşım! Ey mənim kimi qəmlərə mübtəla olan, arzusuna çatmayan, arzusunun oxu heç bir yerdə hədəfə dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən və anlamazlığından təngə gələn!
Nəhayət, “Kəmalüddövlə”nin rusca tərcüməsi çapdan çıxdı. Fransızca, almanca və ingiliscə tərcümələri də hazırdır.
Hələlik, “Kəmalüddövlə”nin rusca tərcüməsindən bir nüsxə sizin üçün göndərdim. Görəcəksiniz, “Əlavələr”də sizin öz yazılarınızdan bəzi şeylər də yadigar olaraq daxil edilmişdir.
Mənim qəmlərə mübtəla olan qardaşım! Yadındadırmı ki, əlifba məsələsini nə mən həyata keçirə bildim, nə də siz?
Bu necə məxluqdur ki, sayı 200 milyona çatır, lakin içərisində elə bir adam yoxdur ki, əlifba haqqında mənim və sizin fikrinizin şəriki olsun!
Mənim bu məktubumun surətini bir kitabçaya köçürüb saxlayın! Barı, qoy gələcək nəsil bilsin ki, mən və siz bu xüsusda nə qədər zəhmətlər çəkmişik, lakin səyimiz heç bir nəticə verməmişdir. Bəlkə onlar bizim bu arzumuzu həyata keçirsinlər. Lakin mənim onlara da ümidim yoxdur, çünki onların özü də bizim müasirimiz olan bu eşşəklərdən əmələ gələcəkdirlər.
Xudahafiz!
Sizə səmimi olan Mirzə Fətəli
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-melkum-xana-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dövləti-əliyyeyi-İranın konsuluna yazılmış ərizənin surəti dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu, cəlal sahibi ikinci sərtib Əli xan cənablarına onun səadəti daimi olsun!**Nəvvabi-müstətabi-alinəsəb, impera- torzadə Qafqaz canişinin xidmətində Şərq dilləri mütərcimi olan mayor*
Mirzə Hüseyn xana məktubMirzə Hüseyn xana yazılmış məktubun surəti**Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!
Həsənəli xana məktubHəsənəli xana yazılmış məktubun surəti**Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun!
Nəsirül-mülk Mahmud xana məktubNasirül-mülk Mahmud xana yazılmış məktubun surəti**Ali səadətiniz həmişəlik olsun! Yüksək nəsəbli cənabınızın mənim haqqımdakı mehribanlıq və iltifatına şübhə etmirəm. Dəfələrlə dostlardan və tanışlardan eşitmişəm ki, cənabınız məndən və mənim əsərlərimdən çox xoşlandığınızı və sevindiyinizi söyləmişsiniz. Buna görə də sizin iltifatınıza bel bağlayıb, ixlasımı bildirən bu məktubu yazmaqla, sizə başağrısı verirəm. Mən əlahəzrət şahənşahın Maarif Nazirliyinə köhnə islam əlifbasını dəyişdirmək məsələsinə dair bəzi kitabçalar və məktublar göndərmişəm. Sizdən xahiş edirəm ki, öz əziz vaxtınızdan bir qədərini onları oxumağa sərf edərək özünüzə xas olan iltifatla, layiq və lazım bildiyiniz bir şəkildə məni böyük şahzadə Etizadüssəltənəyə tanıtdırasınız.
Стихи других поэтов
Ey bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!