Ayrıca vərəqə

Cənab Ruhül-qüds!

Olmaya-olmaya belə zənn edəsiniz ki, mən doğrudan da bu fikirdəyəm ki, xalq üsyan edəcək və qovğa düzəldəcəkdir. Kül belə millətin başına! Bu əsrdə millətdə o hal qalmamışdır ki, əlifbanın dəyişdirilməsi üstündə müharibəyə qalxışsın. Bu xüsusda mənim əqidəm, eynilə odur ki, siz bu barədə Şeyxin cavabında demişsiniz:

Şeyx – Necə yəni! Siz belə bir dairəni necə ləğv edə bilərsiniz; məgər bu zarafatdır! Millət bizim dərimizi soyar.

Vəzir – Millətin şüuru barədə qəribə əqidəniz vardır. İndiyə qədər necə... ilaxır...

Düşmənlərimiz ya anlamırlar, ya da ki, anlayırlar, amma sizin barənizdə tərslik və paxıllıq edirlər. Mən onlara nə yazmışamsa, əlacsızlıq və həyəcan üzündən yazmışam. Əgər düşmənlərə yazdığım kağızı verməli olsanız, kağızın başında onların adını layiqli ləqəblərlə yazıb, zərfin möhrünü yapışdırıb veriniz!

Mirzə Fətəli

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

N.İ.Baranovskiyə

Qafqaz canişinliyi baş idarəsi departamenti müdiri N.İ.Baranovskiyə**Baş idarənin departamenti mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin raportu*

18691 мин
Mirzə Yusif xana

Altı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam.Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim.

5 мин
Münif əfəndiyə

Əziz qardaşım Münif əfəndi!**İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir.

4 мин
Nikolay İvanoviç Baranovskiyə

Qafqaz canişinliyi baş idarəsi departamentinin mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**Qafqaz canişini Baş idarəsi departa- mentinin direktoru həqiqi dövlət müşa- viri kavaler Nikolay İvanoviç Baranovski*

2 мин

Стихи других поэтов