Страница 1 из 2

“Təmsilat” və “Yeni əlifba” kitabçasını bağışladığım adamların siyahısı. Bu barədə ərizə verməyimin şərhi də burada qeyd edilmişdir.

1863-cü il 8 iyul tarixində Batum qəsəbəsində Lazıstan sancağının qaimməqamı Osman Şövqi əfəndiyə “Təmsilat”dan bir cild və “Yeni əlifba”dan da bir nüsxə hədiyyə verdim.

Hicri 1280-ci il [1863], məhərrəm ayının 28-də çərşənbə günü, polkovnik Boquslavski vəziri-muxtar Mirzə Hüseyn xanın evinə gəlib məni qayığa apardı. Əvvəlcə xarici işlər naziri Ali paşanın evinə getdik. Bizə çox hörmət etdi. Bir cild “Təmsilat” və “Yeni əlifba”nın nümunəsini və Mirzə Məhəmmədin xətti ilə yazılmış bir qitəni də vəzirə verdim. Trabzon valisi Məhəmməd Əmin paşanın məktubunu da yetirdim. Əvvəldən axıra qədər oxudu. Sonra mənə suallar verməyə başladı. Səfərimin məqsədini söylədim. Əlifbanı da göstərdim. Çox xoşuna gəldi. Və təbəssümlə buyurdu: “Gözəl şeydir. İstanbulda on il bundan əvvəl bəziləri bu məsələni başa düşüb, bir məclis də təşkil etmişdilər. Lakin sonra iş yarımçıq qaldı”.

Sonra qalxıb Sədr-əzəmin hüzuruna getdik. Fuad paşa bizi öz xüsusi otağına dəvət etdi. Trabzon valisinin məktubunu ona verdim. Sonra isə qəsidəmi təqdim etdim. Hamısını oxudu və dedi: “Şerin əsası yalan üzərində qoyulubdur; çünki onun ən çox yalan olanı ən yaxşısı hesab olunur. Yazdığın bu keyfiyyətlər məndə yoxdur”. Mən ərz elədim ki: “Sədr-əzəmin yaxşı sifətləri mən yazdığımdan qat-qat artıqdır, ancaq mənim dilim bütün bu keyfiyyətləri sayıb-söyləməkdən aciz qalmışdır”.

O güldü. Sonra əlifbanı göstərdim və onun lüzumu barədə bəzi dəlillər gətirdim. Buyurdu ki: “Maarifi-ümumiyyə məclisinə veririk. Orada müzakirə edərlər. Yaxşı şeydir. Həqiqətən faydası tamamilə göz önündədir”.

Sonra polkovnik Boquslavskiyə buyurdu ki, “Maarifi-ümumiyyə rəisi Ədhəm paşanı tanıyırsınızmı?” Boquslavski dedi: “Tanışlığım yoxdur”. Sədr-əzəm dedi: “Axundzadəni onun yanına aparmaq lazımdır”. Boquslavski dedi: “Apararam, əvvəlcə özümü tanış edərəm, sonra isə Axundzadəni”.

Bu zaman qəhvə gətirdilər və çubuq verdilər. Təsadüfən ticarət naziri, yəni ticarət vəziri Səfvət paşa məclisə təşrif gətirdi. Ayağa qalxıb ona hörmət etdik. Sədr-əzəm məni onunla tanış etdi və dedi ki: “Yeni əlifba ixtira etmişdir”. Səfvət paşa əlifbanı görmək istədi. Qitəni hüzuruna aparıb göstərdim. Bəyəndi və təsdiq etdi.

Bundan sonra sədr-əzəm gülümsəyərək buyurdu ki: “Şahin bəyi çağırın!” Şahin bəy gəldi. O, xoş görkəmli bir cavandır, sədr-əzəmin adyutantıdır. Sədr-əzəm ona dedi: “Axundzadə də sizin həmyerlinizdir, onu tanıyırsanmı?”. Şahin bəy dedi: “Xeyr, tanımıram”.

Sədr-əzəm mənə üz tutub dedi: “Bu, şirvanlıdır”. Mən dərhal dedim: “Ömər bəy Şahpələngin bacısı oğludur?”. Dedi: “Bəli”. Mən təəccübümdən sinədən bir ah çəkdim. Sədr-əzəm çox güldü. Bu zaman Boquslavski artıq ayağa qalxmışdı. Biz baş əyib çıxdıq və mənzilə getdik.

Məşvərətxanada müzakirə üçün “Təmsilat”dan dörd cild sədrəzəmə təqdim etdim. Əlifba kitabçasını da, Mirzə Əbutalibin xətti ilə yazılmış üç qitə ilə birlikdə ona tapşırdım. “Təmsilat”dan bir cild, əlifba əlamətlərini və Mirzə Məhəmmədin xətti ilə yazılmış bir qitəni də onun özünə verdim.

“Təmsilat”dan vermişəm:

Ömər bəyin bacısı oğlu Şahin bəyə iki cild türkcə (azərbaycanca), iki cild isə rusca verdim ki, onlardan birər cild Ömər bəyə göndərsin. Dövləti-əliyyeyi-İranın səfiri Mirzə Hüseyn xana və cənab Ruhülqüds Mirzə Melkum xana, hər birinə bir nüsxə verdim. Yüksək Osmanlı dövlətində xarici dövlətlərlə aparılan yazışmaların başçısı Münif əfəndi cənablarına bir nüsxə, Xarici İşlər Nazirliyinin baş mütərcimi Arif cənablarına bir nüsxə təqdim etdim. “Təmsilat”dan bir nüsxə əlifbanın hərfləri ilə bərabər, sabiq sədr-əzəm Yusif paşa cənablarına təqdim etdim.

Ədliyyə rəisinə bir nüsxə “Təmsilat” və əlifba hərflərini, Trabzon valisi Məhəmməd Əmin paşanın yazmış olduğu kağızla bərabər verdim. Maarifi-ümumiyyə naziri Ədhəm paşaya Tiflisdəki Osmanlı konsulu Pərtöv əfəndinin məktubunu çatdırıb, bir nüsxə “Təmsilat” və əlifbanın hərflərini bağışladım.

Ticarət naziri Səfvət paşa cənablarına bir nüsxə “Təmsilat” və “Yeni əlifba” hərflərini verdim.

“Təmsilat”dan bir nüsxə fərraşbaşı Hacı Əzim bəyə və bir nüsxə də polkovnik Boquslavskiyə verdim ki, Şərq dillərində kitabxanası olan bir nəfər almana çatdırsın.

1863-cü ilin 10 iyul çərşənbə günü sədr-əzəmin fərmayişi ilə məni Məcmueyi-fünun məclisində toplanan mərifət sahiblərindən bir neçə nəfərin hüzuruna çağırdılar. İstanbulda Xarici İşlər Nazirliyinin baş mütərcimi Münif əfəndi bu məclisin sədri idi. Münif əfəndidən başqa orada: birinci, Sədulla əfəndi adlı 20 yaşlı gözəl bir cavan var idi ki, o, sabiq Ərzurum valisi Əsəd paşanın oğludur. İkinci, Qədri bəy, üçüncü, ermənilərdən Avanes bəy, dördüncü, rumlulardan, yəni yunanlılardan Aleksandr bəy, beşinci, adını bilmədiyim bir nəfər fransız da hazır idilər.

Hamı müsəlman dillərini və fransızcanı bilirdi. Mən yeni əlifbanın düzgün iş və lüzumlu tədbir olması barədə istənilən dəlilləri söylədim. Hamı mənim sözlərimi bir səslə təsdiq edib dedilər ki: “Biz də bir neçə il bundan əvvəl islam əlifbasının yarıtmazlığını başa düşüb, onun hərflərini Avropa əhalisinin işlətdiyi əlifba üslubu əsasında dəyişdirib, bitişməyən hərflərdən ibarət bir əlifba düzəltdik. Lakin onu yüksək olan dövlətimizə təqdim etməyə cəsarət etmədik”.

Mən dedim: “Bitişməz hərflər köhnə islam əlifbasından tamamilə fərqlənir. Şübhəsiz ki, xalq kütlələri bitişməz hərflərin tətbiqindən qorxuya düşər və Qurani-şərifi bitişməz hərflərlə yazmaq olmaz. Bundan başqa kəlmələr həddindən artıq uzun yer tutar və onlar sağdan-sola yazıldıqda çox yavaş yazıla bilərlər. Lakin mənim yeni əlifbamda hər cür dəyişiklik əski hərflər əsasında qurulmuşdur və köhnə hərflərdən tamamilə fərqlənən bir şəkil belə buraya daxil edilməmişdir. Onun yazılış üsulu da köhnə əlifbanın yazılış üsuluna tamamilə uyğundur. Buna görə də xalqı qorxuya salmaz”.

Hamı mənim sözümü qəbul etdi. Bu danışıqdan sonra məclisdəkilərdən biri olan rumlu Aleksandr bəy dedi: “Türk və fars dillərinin doğrudan da eraba (saitlərə) ehtiyacı vardır. Lakin özünəməxsus sərf və nəhvə, vəznlərə malik olan ərəb dilində saitlərin yazılışına heç bir ehtiyac yoxdur”.

Bu etirazın müqabilində mən ərəbcə bir sətir hərəkəsiz yazı yazıb, ona verdim və dedim: “Siz ərəbcə bilirsiniz və buradakı kəlmələrin sərf və nəhvi də sizə məlumdur. Ərəb dilində hərəkəsiz yazdığım bu bir sətri oxuyun!..” O, oxumağa başladı. Lakin bir kəlməsini düzgün oxuya bilmədi. Bu zaman mən dedim: “Sənin sözünün əsassızlığının sübutu budur ki, sərf və nəhv və habelə vəznləri bilmək bu bir sətri oxumaq işində sənə kömək etmədi”.

Cavab verdi: “Mənim sözümün doğru olmadığı bununla sübut edilə bilməz. Oxuya bilməməyim ancaq onu göstərir ki, mən ərəb dilinin sərf və nəhvini və vəznlərini yaxşı bilmirəm”. Mənim ovqatım təlx oldu. Lakin özümü nalayiq hərəkətdən saxladım və bu Aleksandr bəyin cahilliyinə və nadanlığına heyrət edərək, susmağı məsləhət bildim.

Məclisin müzakirəsi başa çatdı. Məclis üzvləri qərara aldılar ki, bu, əlifbanın ümumi faydası tamamilə göz önündədir, söz verdilər ki, biz anlayıb-bildiklərimiz haqqında bir bəyanat yazıb, sədr-əzəmə təqdim edəcəyik.

Mən dedim: “Yeni əlifba haqqında sizdə yaxşı fikirmi, yoxsa pis fikirmi əmələ gəldi?”.

Dedilər: “Xeyr, necə yəni pis fikir? Pis fikir ola bilməz. Əksinə, biz yaxşı fikrə gəldik”.

Dedim: “Ümid edirəm ki, onun ərəb dili üçün də vacib olduğunu qeyd edəcəksiniz”.

Mənim bu fikrimə kifayətləndirici cavab vermədilər. Məclisin sədri Münif əfəndi dedi: “Möhlət verin, siz gedəndən sonra öz aramızda da bu məsələni götür-qoy edək!”.

Qədri bəy dedi: “Yaxşı olmazmı ki, bir daha iclas edək?”. Mən bir söz demədim və ikinci iclasın çağırılmasına meyl göstərmədim.

Məclisdə əyləşən cənablar mənim haqqımda lazım olan hörmət və ehtiramı yerinə yetirdilər. Hətta, mənə bir cild kitab da bağışladılar. Ancaq bilmirəm nədir. Mənzilə qayıtdıqdan sonra fikrim özümdə deyildi. Ona görə də kitabı oxumağa meyl göstərmədim. Onu düşünürdüm ki, nadan Aleksandr bəyin mənasız etirazını hansı dəlillərlə puça çıxara bilərəm. Bu zaman hatifi-qeybi qəlbimə bir dəlil ilham etdi. Həmən saat qaralamasını yazıb, katibimə verdim ki, üzünü köçürsün. Sonra onu zərfin içinə qoyub bağladım və hamin günün səhəri, dünənki məclisin sədri Münif əfəndiyə göndərdim. Cavabı mənə çatdıqdan sonra sakit oldum. Çünki hərifə necə ki, lazım idi qələbə çalmışdım.


1863-cü il avqust ayının 4-də İstanbulda Münif əfəndinin tapşırığı ilə sədr-əzəm Fuad paşanın yanına getdim. Sədr-əzəm hələ hərəmxanadan çıxmamışdı. Kəhya bəyin otağında oturdum. Lakin Kəhya bəydən o qədər də səmimiyyət görmədim. Bunun səbəbi də zənnimcə “Kuryer de Oryan” qəzetinin yazdıqları idi. Bir saatdan sonra Şahin bəy gəlib mənə dedi: “Sədr-əzəm eşik otaqdadır, onun yanına get!”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Kəmalüddövlə məktubları”nın mülhəqatı

“Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir.*

1 мин
Birinci məktub

Mənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm.Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz.

6 мин
İkinci məktub

Hörmətli qardaşım! İqbalınız daimi olsun!Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm:

6 мин
Üçüncü məktub

Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin.Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar.

11 мин

Стихи других поэтов