Страница 2 из 2 · 50%

Qalxıb getdim. Sədr-əzəm məni görən kimi ayağa qalxdı və özü oturduğu yerdən yuxarıda mənə yer göstərdi. Əyləşdim. Lazım olan rəsmi təvazökarlığı yerinə yetirdi. Lakin sədr-əzəmin hərəkətlərində də onun birinci görüş günündə mənə göstərdiyi səmimiyyəti duymadım. Görünür ki, bunun da səbəbi yenə “Kuryer de Oryan”ın yazdıqları idi. Sədr-əzəm əvvəlcə əhval soruşdu. Təşəkkür və dua etdim. Bir qədərdən sonra dedi: “Sizin əlifbaya Məcmueyi-ülum iclasında baxmışlar. Çox bəyənib tərif etmişlər. İnşallah, dövlət tərəfindən də təqdir olunar, yəni qədri bilinər. Çox faydalı bir əsər və yadigardır”. Mən ərz etdim ki: “Pak Allah həzrətləri həzrətinizin ömrünü və dövlətini artıq eləsin ki, cənabınızın sədrlik dövründən islam xalqları üçün belə bir faydalı yadigar qalacaqdır. Hal-hazırda islam xalqlarının tərəqqisi üçün əlifbadan əhəmiyyətli və lazımlı bir şey yoxdur. Köhnə əlifba elmləri öyrənmək qapısını bütün xalqın üzünə bağlamışdır. Yalnız əyanlar və sərvət sahibləri savad əldə etməyə qadirdir ki, o da çox çətinliklə müyəssər olur”.

Sədr-əzəm dedi: “Doğrudur!”

Lakin onun danışığında və simasında birinci görüş günündə olan səmimiyyət görünmürdü. Sonra mən dedim: “Sərkar Qrandukdan iki aylıq icazə almışam, vaxtım bitmişdir, xahiş edirəm ki, əlifba haqqında söylədiyiniz bu məsələlər barədə, lütfən, tapşırıq verəsiniz ki, mənə bir yazılı sənəd versinlər ki, vətənə qayıtdıqdan sonra mənim fəxr etməyimə bais olsun”.

O dedi:

“Çox yaxşı, bir neçə gündən sonra belə bir məktub yazılar və dövlət tərəfindən də sizə bir şey, bir nişanə yetişər”.

Mən təşəkkür və dua edib dedim: “Əgər sədr-əzəm əfəndiniz məsləhət bilərsə, əlifbadan daha bir nüsxə hüzurunuza təqdim edim ki, məktubunuzla bərabər Misir valisi İsmayıl paşaya göndərəsiniz”.

Dedi: “Çox yaxşı olar”.

Dərhal əlifba haqqında kitabdan bir nüsxə və “Təmsilat”dan iki nüsxə verib ayağa qalxdım və baş əydim. Sədr-əzəm də ayağa qalxdı. Dua və təşəkkürlər edib, mürəxxəs oldum.

Hələ onu qeyd etməmişəm ki, bu məclisdə də qəhvə və çubuq verdilər. Əlifba haqqında bunu da demişəm ki: “Yeni əlifbanın tətbiqi ilə sərf və nəhvi atmaq heç də lazım deyildir. Necə ki, firənglərin saitli əlifbası olmaqla bərabər, dillərində sərf və nəhv də vardır. Doğrudur, sərf və nəhv oxunuşda lazım olmur. Ancaq o, inşa üçün lazımlıdır. Belə ki, əgər bir nəfər yazsa (Məsciddən çıxdım, bazara sarı getdim), əgər nəhvi bilməzsə, ya “xərəctə”, ya da “xərəcti” yazacaqdır.

Həmin gün İstanbula Münif əfəndinin yanına getdim və əhvalatı xəbər verdim. O dedi: “Çox yaxşı olmuşdur”. Bir-iki gündən sonra sədrəzəmin möhrdarı Şövqi bəyi görüb, ondan cavab almaq lazımdır.

Səfər ayının on ikisində çərşənbə günü yenə də əlifba haqqında Məcmueyi-fünun məclisində çoxlu adamlar toplanıb iclas etmişlər. Məclis rəisi Münif əfəndi belə söylədi:

– Keyfiyyəti üç məsələyə bölüb müzakirə etdik. Birinci, bizim qədim əlifbanın qüsuru var, ya yox? Məclis üzvləri bir səslə dedilər ki, qüsuru vardır. İkinci, bu qüsuru aradan qaldırmaq üçün Mirzə Fətəli Axundzadənin yazıb düzəltdiyi yol lazım və yararlıdır, ya başqa bir yol aramaq lazım gəlir? Bəziləri dedilər: – Axundzadə yaxşı yol tapıbdır, onu qəbul edək. Bir parası da dedilər: – Xeyr, Axundzadənin yolundan yaxşı bir yol tapmaq olar. İki nəfər də dedi ki, qüsuru aradan qaldırmağı biz yalnız türk və fars dillərində cayiz bilirik, çünki ərəb dilinin təkmilləşməyə ehtiyacı yoxdur. Ona görə ki, ərəb dilinin sərf, nəhv və vəznləri vardır, xəttinin təkmilləşməyə ehtiyacı yoxdur. Ərəb dilində vəznlərin köməyi ilə cümlələri düzgün oxumaq olar. Bu iki nəfərdən biri Rum tayfasından, yəni yunanlı Aleksandr əfəndi və o birisi alman idi. Bu vaxt məclisin üzvlərindən sağlam zehnə malik olan bir alim, təəssüf ki, adını bilmirəm, bu iki axmağın iddiası müqabilində heç bir rədd cavabı verməyib, yalnız söylədi ki, ehtimal ki, bu həzəratın sözləri doğru olsun. Biz onu bu saat görə bilərik. Otağın taxçasından məclisə bir ərəb kitabı gətirin, verək bu ağalar onun bir səhifəsini oxusunlar, əgər düzgün oxusalar, onda bilərik ki, haqq buyurublar. Məclisin bütün üzvləri güldülər və bildilər ki, o düşüncəli və təmiz niyyətli alim tərəfindən müddəini bu cür sakit etmək bütün dəlillərdən daha təsirlidir.

Üçüncüsü, əgər əlifbanı təkmilləşdirməni, ya Axundzadənin təklif etdiyi yolla və ya yenidən tapılacaq yolla, vacib hesab ediriksə, millət arasında onun icrası necə olmalıdır? Sabiq xətti birdəfəlik və ani surətdə tərk etmək olmaz. Yeni xətt tədriclə millət arasında yayılmalıdır. Məsələn, dövlət tərəfindən hökm verilər ki, yeni xətti məktəblərdə öyrənsinlər, qəzetlərdə də çap olunar, dövlət ona kömək edər, dövlətin himayəsi altında bir nəfər və ya bir müəssisə yeni xətti yaymağı öhdəsinə götürər, çapxana açar, bir sıra münasib kitabları yeni xətlə çap edər. İstanbul qəzetlərindən birini də həmişə yeni xətlə nəşr edər. Neçə il keçdikdən sonra xalq yeni xətlə tanış olduqda qədim xətt özözünə aradan gedər.

Münif əfəndi dedi ki, bu müzakirəni mən yazılı surətdə söyləyəcəyəm və üzünü yazıb gələn çərşənbə günü məclisin üzvlərinə verəcəyəm ki, hər birisi öz rəyini yazıb qol çəksin, sonra o müzakirənin keyfiyyətini cənab sədr-əzəmə təqdim edəcəyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Kəmalüddövlə məktubları”nın mülhəqatı

“Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir.*

1 мин
Birinci məktub

Mənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm.Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz.

6 мин
İkinci məktub

Hörmətli qardaşım! İqbalınız daimi olsun!Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm:

6 мин
Üçüncü məktub

Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin.Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar.

11 мин

Стихи других поэтов