Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi
Содержание
- Xristofor kolumbun doğulması
- Xristofor kolumbun gəncliyi
- Portuqaliya şahzadəsi henrixin
- Məlum olmayan torpaqları kəşf etmək
- Sahəsində nailiyyətləri haqqında
- Kolumbun lissabonda sakin olması və
- Mühit dənizinin o tərəfindəki bə’zi
- Adalar haqqında müxtəlif xəbərlər
- Qərbin o tərəfində namə’lum torpaqların
- Olması haqqında xristofor kolumbda
- Təsəvvür yaradan səbəblər
- Kolumbun portuqaliya padşahına
- Təklifi
Страница 2 из 3 · 33%
Portuqaliya şahzadəsi henrixin
Məlum olmayan torpaqları kəşf etmək
Sahəsində nailiyyətləri haqqında
Mə’lum olmayan torpaqları tapmaq həvəsi hələ Kolumbdan bir qədər əvvəlki adamların xəyalında baş qaldırmışdı. Buna görə də o zamanlarda Atlantik dənizinin qərb sahillərində bir çox adamlar dəniz səfərinə çıxırdılar.
Tarixçilərdən bə’ziləri sübut edirlər ki, xalqın dəniz səfərinə bu cür meyl etməsinin səbəbi o idi ki, Masam adlı bir nəfər ingilis bir qıza aşiq olub, onu gəmiyə oturdaraq İngiltərə torpağından qaçmışdı ki, öz sevgilisi ilə Fransaya yetişsin. Təsadüfən yolda tərs külək əsərək Masamın gəmisini o vaxta qədər heç kəs tərəfindən nişan verilməyən və əhalisi olmayan bir adaya çıxardı. Bura cürbəcür meyvələr, məhsullar və ağaclarla dolu idi; sonralar bu adanın adını Madrav qoydular.
Amma başqa tarixçilər deyirlər ki, başdan-ayağa behişt bağlarına oxşayan və keçmişdə “Xoşbaxtlar adaları” adlanan Qanar adaları tapıldıqdan sonra, Betlimosun zamanından Kolumb əsrinə qədər yenə də itirilmişdi. Bu da insanların dəniz səfərinə həvəsinin artmasına səbəb oldu.
Maraqlananlardan biri də Portuqaliya şahzadəsi Henrix idi ki, ilk gənclik illərində atası ilə birlikdə Afrika ərəblərinə qarşı müharibəyə başlayıb, Qeyt şəhərinin qapısına qədər qələbə və qəhrəmanlıq bayrağını yüksək tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət nümunələri göstərirdi. Lakin şahzadənin elmə həvəsi onun müharibəyə meylindən çox-çox artıq idi. Müharibənin ciddi anlarında da elm və fəlsəfi təhqiqat ilə məşğul olmaq xəyalı onun fikrindən çıxmırdı. Şahzadə Qeyt şəhərində olduğu zaman Afrika haqqında ərəblərdən bir çox mə’lumat əldə etdi və burada onun fikrinə gəldi ki, əgər Afrikanın qərb sahillərindən keçilərsə, hər halda elə torpaq tapmaq mümkündür ki, o vaxta qədər heç kəsə mə’lum olmamış olsun. Bu məqsədlə də o, Portuqaliyaya qayıtdıqdan sonra, həmişə alimləri öz mənzilinə yığıb gəmi sürmək sahəsində təhqiqata məşğul olurdu. Henrix riyaziyyatı yaxşı bildiyi üçün, o əsrdə ərəb alimlərinə məxsus olan elmi-nücumu az bir vaxtda öyrəndi. Lazımi təhqiqatdan sonra şahzadə Henrix yəqin etdi ki, dəniz üzərində səfər etdikdə Afrikanı keçib Hindistana çatmaq və Afrika qit’əsinin bütün sahillərini kəşf etmək mümkün olacaqdır. Bu səfərdən böyük qazanclar əldə etmək və öz vətəni olan Portuqaliyanı namə’lum yerlərin məhsulu ilə doldurmaq mümkün olacaqdır.
Şahzadə Henrixin arzuları bədbin adamlara oyuncaq kimi görünürdü. O günə qədər adamlar belə bir rə’ydə idilər ki, havanın istiliyinin şiddətindən xətti-üstüvanın altından keçmək mümkün deyildir və deyirdilər ki, yalnız Boyador boğazına qədər getmək olar. Ancaq bir adam bu boğazdan uzaqlaşdımı, bir daha buraya qayıda bilməyib həlak olar. Bu boğazın yaxınlığında elə burulğanlar vardır ki, insan onları xatırlayanda dəhşətə gəlir.
O əsrin adamları bu fikirdə idilər ki, həmin boğazdan bu qədər uzaqda dənizin suyu, od üzərində qaynayan su kimi, Günəşin istisindən qaynayır. Bu əqidəni alt-üst etmək üçün şahzadə Henrix gəmiçilik elmi sahəsində çox zəhmətlər sərf etdi. O, əsrin bütün alimlərini Saqr şəhərinə çağırıb dənizin məsafəsini, düşərgələri və duracaqları tə’yin etmək üçün məsləhətləşməyə və xəritələr tərtib etməyə başladı. Henrixin bu hümmətinin nəticəsi o oldu ki, onun buyuruğu ilə Portuqaliya gəmisi xəritə və kompasın varlığı ilə cür’ətlənib Boyador boğazından keçməyə cəsarət etdi və gördü ki, bütün qorxular nahaq imiş. O, Afrika sahillərinin bir çoxunu bələdləməkdən başqa, Azor adalarını da tapıb geri qayıtdı.
1473-cü ildə şahzadə Henrix vəfat edib, bütün vətəndaşlarını təəssüf və kədərə düçar etdi. Naməlum adaları kəşf etmək haqqında onun arzuları öz sağlığında tamamilə yerinə yetmədisə də, onun bu sahədəki sə’yləri nəticəsində o əsrin adamları qəflət yuxusundan oyanıb, coğrafiya elmini öyrənmək və gəmi sürmək sənətində məharət əldə etmək üçün çalışmağa başladılar.
Portuqaliya camaatı tez-tez dəniz səfərinə iqdam edib bir yer, bir ada tapırdı. Qol gücü və silah hədəsi ilə yox, elm sayəsində əldə edilən bu qələbələrlə, Avropa ölkələrinin ən kiçiyi olan Portuqaliya fövqəl’adə bir əzəmət kəsb etdi və qonşu dövlətlərin həsədəsinə səbəb oldu.
Bəli, hansı ölkədə ki, millətin başçısı şahzadə Henrix kimi nəfsani ləzzətləri tərk edərək, elm və inkişaf ardınca getsə, onun vətəndaşları belə bir hümmətin sayəsində çoxlu mənfəətə çatarlar.
Dördüncü fəsil
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-yengi-dunyani-feth-eden-xristofor-kolumbun-tarixi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Действующия лица:ГЕЙДАР-БЕК.
Əvvəlinci məclisДЕЙСТВИЕ ПЕРВОЕ(Сцена происходит неподалеку кочевья, под большим деревом, в светлую ночь. Сафар-Бек, одетый и вооруженный, сидит на камне; Гейдар-Бек, также одетый и вооруженный, с печальным видом стоит перед ним).
İkinci məclisДЕЙСТВИЕ ВТОРОЕ(Сцена происходит в деревне Агджабаде, на базаре; в одной лавке лежат кучами красная бязь, простые ситцы, бурмет и тому подобныя вещи. Гаджи-Кара, держа в руках аршин, печально сидит перед этими товарами).
Üçüncü məclisДЕЙСТВИЕ ТРЕТИЕ(Сцена происходит ночью на берегу Аракса, на Персидской стороне; Беки и Гаджи-Кара пешком являются на самый берег; Аракс течет с большим шумом, погода туманная, иногда блестит молния).