Страница 2 из 3 · 33%

Məmmədəli. Tələsmə, qəzet vaxtında çıxacaq.

Xəlil. Heç şübhəsiz, bunların ikisi də artistdir. Və mən, bir zritel kimi baxanda bunların hər ikisindən bir zövqi-bədii ala bilirəm. Lakin mən bunlara bir münəqqid kimi baxdığımdan...

Əsəd. A kişi, Hüseynağa nə artistdir?

Cəfər. Bülbül nə artistdir?

Məmmədəli. Adə, genə artistləri dəyişik saldınız, bir bilmədik kim kimi yaxşı deyir?

Ak i f. Xəbəriniz yoxdur ki?..

Xəlil. Şübhəsiz, bu gün biz Hüseynağa və Bülbülü Avropa aktyorları ilə qiyas edəcək olursaq, bəlkə də heç birinin aktyor olmadığı mühəqqəq görünmüş olur. Lakin...

Ak i f. Necə? Nöşün? Hər ikisi yaxşı artistdir. Əsəd. Hər ikisi xarabdır?

Cəfər. Hər ikisi yaxşıdır!

“Yaxşıdır”, “xarabdır” – deyə ümumi bir gurultu qopur.

Əhməd. Pryamo xalturyat. Çortovoy materi! (Əlində qəzet olaraq içəri girir, qəzeti stol üstə ataraq) Nə bu? Qəzetəyi bərbad bir hala salmışsınız. Hələ mahsusu dilimlə ismarlamışam. (Kimsə danışmır.) Burda şəkilləri qatışdırmışsınız. Burda yoldaş Çemberlen yazmışsınız. Kim bunu yazdı?

Pauza.

Cəfər. Cavadlı, o qrankalardan bir-ikisini mənə, məqalələr tökülüb qaldı.

Əhməd. Pryamo xalturit eləyirsiniz... Kim bunu yazdı? Yoldaş Çemberlen...

Ca vadlı. Xəlil, o bıçağı mənə, bu karandaşı çərtim.

Əhməd (getdikcə qızışaraq). Biri yazır yoldaş Çemberlen, biri Hindistan imperializmi... kim bunu yazdı?

Əsəd. Cəfər, o bıçağı bəri ver, dekretlər qaldı.

Əhməd. Burada çinli qadının şəkli altında Ştrezeman... Hələ dilimlə tapşırmışam!

Məmmədə li. Cavadlı, o göy karandaşı mənə, qeyd nömrəsini yazım.

Əhməd. Çortovoy materi! Qeyd nömrəsi! Məmmədəli! Mən söz diyorum. Sanki eşitmir.

Məmmədə li. Sən mənə deyirsən? Hə, nə olub ki?..

Əhməd. Mən dəmindən zurna çalırmıyım? Bunu kim yapdı?

Məmmədəli. Bu gecə mən deyildim növbətçi, Qədirdi.

Əhməd. Cafer, kim bunu yazdı? Sənmi yazdın?

Cəfər. Nəyi?

Əhməd. Nəyi? Dəmindən bağıryorum, partlıyorum, hələ indi soruyor nəyi? Yoldaş Çemberleni!

Cəfər. Mənim xəbərim yoxdur.

Əhməd. Əsəd, sənmi yazdın?

Əsəd. Nəyi? nədir o?

Əhməd. Yahu, partlayacağım gəlir. Nəyi?! Zəhrimarı!..

Əsəd. Mənim xəbərim yoxdur.

Əhməd. Cavadlı, həpsindən ayrı-ayrımı sorayım? Kim yazdı?

Ca vadlı. Mənim xəbərim yoxdur.

Əhməd. Sən yazmadın... sən yazmadın... Kim yazdı? Qapılarmı yazdı? Mənmi yazdım? Tap pojalusta arjinalı!

Ca vadlı. Mən dünən Çemberlen yazmışam, amma yoldaş sözü yazmamışam.

Cəfər. Mən də Çemberlen yazmışam, amma yoldaş sözü yazmamışam.

Əhməd. Yaxşı, yaxşı! Qəbahət məndə.

Əli Kərimov. Razaydis, strelyat budu!

Əhməd. Pryamo bezobraziye! Xalturyat... Məsuliyyət mənim boynumda qalacaq. Çortovoy materi! Ya zautra naçnu inaçe.

Birrusqadını. Tovariş, qde vaş redaktor?

Əhməd. Kakoy redaktor?

Qad ın. Tovariş Aqakişiyev!

Ə z im. Tovariş, on redaktor vozduşnoy qazetı.

Əl i. A redaksiya yeqo u neqo mozqu na pravom poluşarii.

Əhməd. Gör, ada, köpək oğlunun qoduğu nə xalet ediyor? Habib Almaniyada oturmuş, bunun burada yediyi nanaya bax!

Qad ın. Slovom, on mne doljen za...

Əl i. On uyexal!

Əhməd. Yaxşı, yaxşı! Al pojalusta...

Ca vadlı. Vaxsey, neçə səhifədir o?

Əsəd. 28-ci səhifə. Bu haçana olacaq?

Əhməd. Bu günə!

Cəfər. Balam, bunu bir gündə eləmək olmaz ki!

Əhməd. Nikakix! Polnosti gedəcək. Sadə dildə. Al, Cavadlı, sən də bu teleqramları!

Telefon zəngi çalınır.

Əl i. Məni çağırsalar, de yoxdur.

Ak i f. Əli... telefona!..

Əl i. Genə kimdir o? Deyəydin yoxdur də. (Gedir.)

Əhməd. Al bunu da! Polnosti gedəcək.

Ca vadlı. Bu da otuz səhifə. Qaldıq gecəyə.

Bağır. Alın bu iki məqaləni bir tərcümə eləyin.

Əsəd. Heç yeridir! Onsuz da bir dünya iş var.

Əhməd. Al pojalusta bunu da...

Cəfər. Uşaqlar, durun gedək, Qədirə deyək pul versin, kabablayaq. Iş ciddiləşdi. Cavadlı, keç stolun altına.

Əsəd. Deyək hələ sətr hesablarını versin də...

Ca vadlı. Doğrudan, balam, altı gündür vaxtından keçir ki...

Qədir girir içəri.

Qədir. Yoldaş Əsəd, onları qoy yerə, tez bir bu elanları tərcümə elə getsin.

Ca vadlı. Yoldaş Qədir, bu gün ayın... neçəsidir? Bu vaxtadək...

Qədir. Ay uşaqlar, hansınızda bir on manat var? Kassada bir köpük də yoxdur. Qalmışam məəttəl.

Ə z im. Qədir, köpək oğludur yalan deyən, heç bir köpüyüm də yoxdur. Özüm də...

Qədir. Gör Cavadlıda var, beş-altı şahı al, bir-iki günə düzəldərik.

Ə z im. Qədir, it oğludur yalan deyən. Həzrət Abbas haqqı, atovun goru üçün, oğlanlarımın canı üçün bir köpüyüm də yoxdur. Heç olmasa altı şayı ver, papiros aldırım.

Qədir. Oldu olmadı. Siz öləsiniz beş min manatlıq vekselim var.

Mahmud Sadıqov (Qədirin çiyni üzərindən). Kassada siçan oynayır.

A k if (qaçaraq gəlir). Xəbəriniz yoxdur ki? Əli telefonu sındırdı, trubkanı-zadı vurdu yerə. (Deyib qayıdır.)

Qədir. Yaxşıdır də. Gündə ustaya bir ətək pul veririk.

Ak i f. Adə, vaxsey, Əli genə dəli olub stolları qırdı çatdı.

Əli (yüyürərək gəlib Məmmədəlinin boynuna sarılır). O Bayadera!.. (Oxuyur, Məmmədəlini öpür.)

Məmmədə li. Dayan, ay Əli, iş rəsmidir.

Əl i. Molçat!.. Laç!.. Vot tebe!.. (Şkafa bir təpik çəkir, üstündəki kağızlar tökülür.)

Məmmə dəli (telefonu götürür). 10-40...

Ya z ı. Ponedelnikdir. Smiritelni rubaşka götürüm.

Əl i. Molçat!.. Vo...laç! (Onun ardınca qaçır, o biri evdən oxumasının səsi gəlir... Tamara Dmitriyevna)

Məmmədə li. Qədir, mən mestkom olduğum üçün sənə deyirəm: bu gün əvvələn, məvacibləri ver!

Qədir. Pul yoxdur, bu heç. Sonrasını de görək.

Məmmədəli. Mən yoxdur-moxdur bilmirəm. Mən əmr etdim; gərək verilsin.

Əli (girərək). Pravilno! Bravo mestkom! Ya kak çlen seksii rabprosa podderjivayu! I, trebuyu ot imeni mnoqomilyonnoqo, uqnetyonnoqo çeloveçestva və dəlixanada yaşayan bütün vətəndaşların adından trebuyu platit! A yesli ne seqodnya, to zavtra, yesli ne zavtra, tak altısında ver, yeddisində ver, səkkizində ver, doqquzunda ver, onunda, on birində... (və ilaxır sayır.)

Məmmədəli. İkinci, peç üçün odun aldır!

Mahmud Sadıqov (Qədirin çiyninin üstündən). Pul yoxdur, müsülman!

Qədir. Yığışın hamınız bir otağa, nəfəsinizdən isti olsun.

Məmmədəli. Sonra sətr hesablarını ver!..

Qədir. Mahmud, doğrudan, pulun var bir beş manat ver, iki min manatlıq vekselim var, gərək bu gün düzəldim verim.

Mahmud. Oğlumun canı üçün ki, kassada bir qara qəpik də yoxdur.

Əli Cəlilzadə (Mahmudun qoltuğu altından). Calaqoniya da pul gətirmədi. Sinkoqrafiya da pul üçün gəlmişdir.

Qədir. Yaxşı də, düzəldərik bir-iki günə. (Deyə əkilir.)

Cavadlı, C ə f ə r, Ə s ə d, Əzimov və başqaları (dalbadal). Əli, başına dönüm, bir yeri, bəlkə Qədirdən bir şey düzəldəsən, yoxsa cib boş, qarın boş baş da ki, boşalmaq üzrədir...

Əl i. Yaxşı, siz işləyəsiniz, mən bu saat xəbər gətirim. (Gedir.)

Ə z im. Ay uşaqlar, altı köpüyüm var, üstünə iki manat da qoy, bir dənə yaxşı limon, bir qutu manpası...

Ca vadlı. Bir də bir avtomobil alaq, səni də mindirək içinə.

Akif. Göndərək Moskvaya, istoriçeski redkostların arxivinə!

Ə z im. Niçevo podobnovo! Mənim onsuz da muzeylərdə adım var. Gərək sənin özünü göndərək Ərdəbilə...

Əsəd. Tutmadı, Əzim, nömrən tutmadı!

Ə z im. Niçevo podobnovo! Mənim onsuz da muzeylərdə adım var. Göndərək, çünki...

Əsəd. Sənin adını muzeyə kim buraxır. Mənim adım isə doğrudan da Moskva muzeyində vardır. Tərcüməmin afişasını divara vurublar. Hətta Leninqrad muzeyində də vardır.

Xəlil. Mənim də muzeydə adım vardır. Hətta Almaniyada da vardır. Kitab kataloqunda yazılıb tərcüməçisi Xəlil İbrahim... Ancaq 1916-cı ildə yanvar ayının 18-də, cümə axşamı mən “Səda” da bir məqalə yazdım, onu 1916-cı il avqust ayında Parisdə “Pti Parisen” qəzeti tərcümə elətdirmişdi. Ancaq zəhrimar adımı yazmamışdı. Yandırdı tökdü məni!

Cəfər. Əligil gec gəldi. Mən gedim bir xəbər gətirim. (Gedir.)

Ca vadlı. Uşaqlar, türkcə necə demək traktovka?

Ə z im. Hələ traktorlaşdırmaq.

Əsəd. Yox, ada, avtomobilləşdirmək, ya da parovozlaşdırmaq.

Ə zi m. Get, ada, malçişka! Nakonse konsev mən yüz dənə sizin

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов