2000 pərdə
Страница 3 из 3 · 67%
kimi malçişkalara dərs verərəm.
Cəfər (qaçaraq, dirijor vəziyyəti alır). Uşaqlar başlayın.
Əsəd. Hansından?
Cəfər. Şopendən.
Əsəd bas ilə Şopenin yas marşını başlayır, Cəfər dirijorluq edir və
Cavadlı bariton ilə səs verir. Xor ilə yas marşı.
Ak i f. Vaxsey, Əhməd gəldi.
Əhməd. Yahu, bu nə?
Cəfər. Ə h m ə d, doğrusu, pulumuz yoxdur.
Ca vadlı. Özümüz də ac.
Əsəd. Vur öldür, artığını ver.
Əl i. Qədir də, Mahmud da and içirlər ki, bir qara köpük də yoxdur.
Əhməd. Necə yoxdur? Çağır pojalusta Qədiri! Yaqub!
Əsəd Əyyubi. Yaqubu yumurta almaya göndərmişim. Allah bəlasını versin.
Əhməd. Nerdə o birilər? Abuzər!
Əsəd Əyyubi. Abuzəri içməli su gətirməyə göndərmişəm. Qadır para verməmiş, bizim suları qapamışlar.
Əhməd. Yahu! Allah bəlasını versin, bu Şəmsülnisa nerdə?
Əsəd Əyyubi. O da çay gətirməyə getmiş.
Əsəd. Atam, Qədiri mən gedim çağırım da, təki o pul versin. (Gedir.)
Əsəd Əyyubi. Durunuz hələ sizə bir şiir oxuyayım. O divar, o divar, o divarın dibində...
Ə z im. Ac qarına bizim üçün çargah oxuyacaqdır.
Ca vadlı. Olmaz ki, sonra oxuyasan?
Əsəd Əyyubi. Yox, hələ ufacıq bir şiir.
Cəfər. Di tez ol görək nə deyirsən!
Əsəd Əyyubi. O divar, o divar o divarın dibində... O divar, o divar vız gəlir bizə, vız...
A k if (qaçaraq gəlir). Xəbəriniz yoxdur ki?.. (Əhmə di görüncə birdən sözünü saxlayır və Əhmə də yanaşaraq) Əhməd yoldaş, xəbəriniz yoxdur ki? Axşam burada qiyamət idi. Səkimizdən iki piyan urus keçirdi. Biri valayladı, qapımıza dəydi. Gördü mən baxıram, düz getdi.
Əhməd. Nə oldu? Bu Qadırın Allah bəlasını versin!
Əsəd (girərək). Budur gəlirlər. Kontoru bağlayıblar, gedirlər.
Qədir, dalınca Mahmud əlində açarlar, Əli, Əziz, Ruxsarə və
Ləman gəlirlər. Hamısı da paltolarını geymişlər.
Əhməd. Nerəyə böylə?
Qədir. Ə h m ə d, cümə axşamıdır, saat ikidə kontor bağlanır.
Ca vadlı. Hələ ikiyə 10 dəqiqə vardır ki!
Qədir. Ə h m ə d, pul yoxdur, indi sinkoqrafiya da pul üçün gələcək. Ona görə bir az tez gedirik.
Mahmud. Onsuz da kassada bir köpük də yoxdur. Oğlumun canı üçün ki...
Əhməd. Nasıl yoxdur?! Baksovet vermədimi?
Hidayət. Cəmisi yalvar-yaxar üç yüz manat pul qopara bilmişəm.
Qədir. Ə h m ə d, hələ tutaq ki, var. Sinkoqrafiyaya pul verməmişik. Tipoqrafiya qalıb, ayın on səkkizinə də vekselim vardır.
Əhməd. Gör, ada, ayın on səkkizinə hələ altı gün var. Çortovoy materi! Ver pojalusta bunlara pul!..
Qədir. Ə h m ə d, telefonların pulu qalıb, suyu kəsiblər!...
Mahmud. Siz öləsiniz, köpəy oğludur yalan deyən...
Əhməd. Ver pojalusta! Nikakix! Avans ver!
Qədir. Yaxşı də, Mahmud, gör əlli manatdan-zaddan bəlkə düzəldə biləsən, verək, hələlik bölüşdürsünlər.
Mahmud. Gedim görüm bəlkə bir otuz manat bir təhərlən düzəldim.
Ə z im. Bəs səhərdən bir köpük də yoxdur?
Mahmud. Siz öləsiniz, atamın goru üçün ki, onu da qayınatamın pulundan verəcəyəm.
A k if (gəlir). Xəbəriniz yoxdur ki? Əli Əzimin balığını oğurlayıb yedi!
Bu aralıq Əl i qaçır, Əsəd Əyyubi ardınca yüyürür.
Əhməd. O nə?
Əsəd Əyyubi. Yahu, Allah bəlasını versin, yumurtalarımı çaldı da, qaçdı!
Əhməd. Yaxşı, yaxşı, dağılışın! (Özü gedir.) Pojalusta.
Əl i. Ay uşaq, Xəlil qaçır, qoymayın!
Cəfər. Ada, götür papağını, qoy şkafın üstünə! (Əli götürür papağını, şkafın üstünə qoyur.)
Əsəd. Cəfər, zəngi bas, kabablayaq.
A k if (qaçır). Xəbəriniz yoxdur ki? Mahmud əlli manat pul gətirir.
Ə z im. Siz öləsiniz, köpək oğludur yalan deyən, mənim 46 manat borcum var, bu günə söz vermişəm, gərək aparıb verəm.
Ak i f. Onda olmaz ki, hələ o əlli manatın hamısını verək sənə?
Ə zi m. Sən səsini kəs! Sən malçişkasan. Mən sənin tayın deyiləm. Mənim oğlumun nəvəsi səndən iki yaş da böyükdür.
Məmmədə li. Ada, genə nə vurhavurdur?
Xəlil (gələrək). Balam, mənim bu papağımı oraya kim qoyub?
Əl i. Xəlil, qaçdı yoxdur.
Xəlil. Mühüm bir işim vardır, siz allah papağımı veriniz!
Əl i. Elə şey yoxdur!
Xəlil iki stul tapıb, bir-birinin üstünə qoyur, şkafın üstünə dırmaşır.
Əsəd. Cavadlı, orta qapını bas!
Bu aralıq Əl i qaçır, Tamara Dmitriyevna onun dalınca yüyürür.
Tamara Dmitriyevna. Gerimiç, day pojaluysta pudru!
Əl i. Molçat! Oyyo! O Bayadera!..
Cəfər. Uşaqlar, başlayın o birini.
Xor.
Ağ dəvə düzdə qaldı, ya ləlli, qurbanın olum;
Yükü Təbrizdə qaldı, ya ləlli can, ləlli.
Oğlanı dərd apardı, ya ləlli qurbanın olum;
Dərmanı qızda qaldı, ya ləlli can, ləlli.
Xəlil şkafın üstünə döyür, bu halda Əli, Xəlili qaldırıb
şkafın üstünə qoyur; Xəlil ayaqları ilə şkafı döyür.
Cəfər. Uşaqlar, oğlanı dərd apardı yox, oğlan dərdi apardı, dərmanı qızda qaldı.
Əsəd. Yox, oğlanı dərd apardı.
Cəfər. Heç yox! Oğlan dərdi apardı daha gözəldir.
Xəlil (göydən). 1918-ci ildə iyul ayının 14-də, cümə axşamı mən Şuşada idim. Orada...
Cəfər. Xəlil, di bazar açma, xronologiyada işimiz yoxdur. Başlayın!
Ca vadlı. Di, yaxşı, hər kəs öz istədiyini desin. Başlayın.
Xəlil şkafı ayaqları ilə nağara kimi çalır. Əsəd stolu çalır, özü də başı ilə oxuyur.
Əli Kərimov Tamara Dmitriyevnanı qucmuş bir halda dayanmış, Cəfər bir
stulda oturmuş, ayaqlarını da o biri stula qoymuş, Cavadlı da stulu döyür.
Ak i f. Xəbəriniz yoxdur ki? Mahmud gəlir, pul gətirir.
Xəlil. Ay uşaqlar, siz allah məni düşürün!
Cəfər. Olmaz, olmaz, di başlayın!
Xor.
Ağ dəvə düzdə qaldı, ya ləlli qurbanın olum;
Yükü Təbrizdə qaldı, ya ləlli can, ləlli.
Oğlan dərdi (“oğlanı dərd” yerini hər kəs öz bildiyi kimi)
A ləlli can, ləlli can, ləlli;
Apardı, ya ləlli qurbanın olum.
Dərmanı qızda qaldı, ya ləlli can, ləlli.
A ləlli can, ləlli can, ləlli.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-2000-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey dil, baxırmısan gölü dərya bilənlərə,Zaği-siyahı bülbüli-şeyda bilənlərə.
EşidənlərəSevgilim əhbabi məndən qət ediblər ülfəti,Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!..
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminəQəlbim yanır baxınca bu çərxin mədarına,Baxdıqca zülmünə, sitəmi-aşikarına.