Sitarə
Содержание
Страница 4 из 5 · 60%
Beşinci pərdə
Yoldur. Sitarəçadırda öz uşaqlarına layla çalır, Vəz ir də kənarda durub qulaq asır.
Sitarə
Layla dedim, yatasız,
Qızılgülə batasız,
Qızılgül yorğan olsun,
Içində siz yatasız.
Lay-la gələr ellərdən,
Seçilməzsiz güllərdən,
Allah sizi saxlasın
Yaman-yaman dillərdən...
Vəz ir
Qəlbim tələsir bir mahi-rəxşanidən ötrü,
Ol qaşı kaman, nizəli müjganidən ötrü.
Olsun belə dövran, getsin qəmi-hicran,
Ol mahi-pərirux olsun mənə mehman.
Olsun, olsun, olsun, olsun...
Ol yarı basım sinəmə, kamim alım ondan,
Bu bir gecə bir qətrədi ümmanidən ötrü.
Olsun belə dövran, getsin qəmi-hicran,
Ol mahi-pərirux olsun mənə mehman.
Olsun, olsun, olsun, olsun...
Çəksə məni Mənsur əgər zirveyi-darə,
Mən qorxmam əsla bu qoca canidən ötrü.
Olsun belə dövran, getsin qəmi-hicran,
Ol mahi-pərirux olsun mənə mehman.
Olsun, olsun, olsun, olsun...
(Rast üstə)
Etmək gərək şüru bu karə yavaş-yavaş,
Bir yar üçün çıxdım da şikarə yavaş-yavaş.
Məlum ki, yatıbdı hamı, yoxdu bir səda,
Bir çadıra edimmi nəzarə yavaş-yavaş?
Yatmış hamı, dəxi mənə mümkündür hər bir iş,
Indi girim sərayi-nigarə yavaş-yavaş.
Vəz ir içəri girib uşaqların qolunu bağlayır...
Bağlandı bunların qolu, indi onun qolun
Bərk bağlamaq gərəkdir yavaş-yavaş...
Sitarə
Çəkil... ədna... əl çək!
Vəz ir
Qaçma, qaçma, qaçma, qaçma dayan!
Qaça ki, bilməzsən əlimdən.
Qaçma, qaçma, qaçma, qaçma dayan!
Axır ki, tutaram səni mən.
Sitarə qaçıb bir ağaca çıxır. Kürd-şahnaz üstə oxuyur.
Sitarə
Göründü bir də xəyanət xəyanət üstündən,
Varımdı leyki dəyanət dəyanət üstündən.
Olub xəyanət əlilə bu qəlbi-zarım zar,
Rəqibi-bülbül olur gülşən içrə daim xar.
Belə bir həyatdan hərgiz mənə gözəldi məzar,
Nədir bu qədri xəyanət xəyanət üstündən?!.
Dəhşətli musiqi.
Vəz ir
Gəl düş, gəl düş, gəl düş,
Səni yoxsa zor ilə sallam.
Sitarə
Düşmərəm bil,
Məni incitmə bir belə sən.
Vəz ir
Tapdım əvvəl... səni...
Sonra aldı Mənsur əlimdən.
İndi gərək... alım...
Bu gecə mən kamımı səndən.
Sitarə
Əl götür... əl götür bir...
Məni incitmə bir belə sən.
Vəz ir
Hərgah, dursan... orda...
Gətirib öldürərəm oğlunu.
Sitarə
Rəhm qıl... rəhm qıl... sən,
Məni sən odlara yandırma.
Vəz ir gedir, oğlunu gətirir.
Vəz ir
İndi... indi... oğlun...
Verəcəkdir can qabağında.
Aşağı düş sevirsən onu.
Uşağı yerə yıxır
Sitarə
Ey pir... rəhm et... sən...
Balamı et əlindən azad,
Məni zarın qəlbini et şad.
Vəz ir
Bəsdir... bəsdir...
Əsəd
Ana!.. Ana!..
Sitarə
Oğlum!.. Oğlum!..
Əsəd
Qoyma... qoyma məni öldürür...
Vəz ir
Bəsdir... bu qədər guftigu etdiz siz,
Gəl düş... yoxsa... indi
Kəsərəm oğluvun başını.
Sitarə
Rəhm et!.. Rəhm et!..
Vəz ir
Bəsdir... bəsdir... bəsdir!
Əsəd
Ah... ana...
Vəz ir kəsir.
Vəz ir
Necə gör bir oğlun can verir?
Sitarə
Oğlum!.. Oğlum!.. O...ğlu...m!
Vəz ir
Gəl düş... yoxsa... indi...
Getdim o biri oğlunçun.
Sitarə
Oğlum!.. Oğlum!.. O...ğlu...m!
Cəfər
Ana, gəl düş yerə!
Vəz ir
(Cəfərə)
Bir bax, burda... ölmüş,
Ölmüş sənin... qardaşın.
(Sitarəyə)
Hərgah düşməsən sən,
Kəsdim bunun da başın.
Sitarə
Rəhm et, bari, əl çək!
Onu bağışla!
Vəz ir
Gəl düş, yoxsa... indi...
Cəfər
Ana... a...na!..
Vəz ir
Öldürdüm... mən... bunu da.
Musiqi. Sitarə qəşş edib yıxılır.
Nə işdir... nə işdir... nə işdir
Etdim... etdim mən belə?
Bəs getdim... birtəhər... birtəhər
Xəbər... verim... qoşuna!
Gedir. Sitarə oyanır.
Sitarə
Lay-la dedim yatasız,
Qızılgülə batasız,
Qızılgül yorğan olsun,
İçində siz yatasız.
Xor
Heç belə zülm olmaz insanə,
Biçarə qız olub divanə.
Öldürüb, öldürüb, öldürüb, öldürüb uşaqlarını,
Zülm ilə kəsibdir, zülm ilə, zülm ilə boğazlarını.
Biçarə olubdur divanə,
Heç belə zülm olmaz insanə.
Biz gedib xəbər verək xanə,
Biçarə qız olub divanə.
Öldürüb, öldürüb, öldürüb, öldürüb uşaqlarını,
Zülm ilə kəsibdir, zülm ilə, zülm ilə boğazlarını.
Sitarə
(Bayatı-şiraz üstə)
Fələk saldı məni pərvanətək dilsuz olan narə,
Nəsib etdi həyatım gülşənini pəncəyi-xarə.
Cünun etdi qəza bağlandı zənciri-qəmə canım,
Əsib badi-xəzan vəhşət düşürtdü səhni-gülzarə.
Nədir hikmət, qəza dövründə, yarəb, raz edir büdət,
Edir qismət iki dilparəni şəmşiri-xunxarə?
(Kürd-şahnaz)
Ya rəbbi, nədir bu duni canı
Etdi iki növrəstəmi fani?
Dövran dili-zarım etdi rəncur,
Etdi iki növrəstəmi fani?
Bir dərd ki, gəlməyir gümanə,
Qismət mənə etdi bu zəmanə.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-sitare
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Novbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.
Boranlı qış gecəsiBoranlı qış gecəsi, şaxta şiddətilə kəsirKülək vıyıldayaraq səs salır biyabanə;
Bu həqiqətdir kiBu həqiqətdir ki, bir səslə edib aləm qəbul:Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.