Sitarə
Содержание
Страница 5 из 5 · 80%
Altıncı pərdə
Hacı Səyyadın evi.
Hacı
Gecə yatıb, yuxuda görmüşəm Sitarəni mən,
Gəlib deyir ki, ata, razı olmaram səndən.
Əlində vardı iki şəm, çox işıqlı odu,
Qəza vurub vəli ol nuri-şəmi söndürdü.
Düz on beş ildi ki, ölmüş Sitarə biçarə,
Vurub onun ölümü qəlbimə dərin yarə.
Vəfası yox bu qəzanın həmişə kəc rəftar.
Əlimlə etdim öz övladımı bəlayə düçar.
Mənim qızım elə ədnalıq etməz idi əyan,
Yəqin bu Tapdıq ona eyləyir bütün böhtan.
Səfər
Borcumdu sizə xəbər vermək,
Bir kəndli dilər ağanı görmək.
Hacı
Ehzar elə onları buraya,
Məlum ola sözləri ağaya.
Çoban
Ağa, bu oğlumu lazım isə sən
Qəbul eylə nökər olmağa məndən.
Özü hər iş bilir, çox da zirəkdir,
Çalışqanlıqda misli yoxdur, təkdir.
Hacı
(kənara)
Mənə onsuz da lazım idi mehtər,
Nə qədər istəyir məndən bu nökər?
Çoban
Bir ildə on manat, səndən yeməyi.
Hacı
(kənara)
Ucuzdur, lap olubdur dəmdəməki.
Zərər yoxdur, qəbul etdim onu mən.
Çoban
Qabaqca bir qədər ver, Hacı, puldan.
Hacı
Ala, bu on manat, lazımsa hərgah.
Çoban
Bunun var tutması hərdəm, ol agah.
Sağ olsun Hacı, yetsin hər məramə,
Yetişsin, var ikən bu dövrü, kamə.
Gedir. Sitarə nökər cildinə girib öz atasının evində qulluq edir.
Atası onu tanımır. Bir müddətdən sonra Mənsur xan
Hacı Səyyada qonaq gəlir.
Nökər
Gəlib bizə, ağa, bir şəxs, adı Mənsur xan,
Dilər: gəlib bura, olsun bir gün bizə mehman.
Hacı
Ey sahibi-şən, əhli-qüdrət,
Etdiz məni şad, əhli-izzət.
Çox şükür məni edibsiz yad,
Bu gəlməyə oldum indi mən şad.
Mənsur
Çox razıyıq, ey vahidi-dövran,
Ey qədrşünas, qədrmehman,
Qəlbin ola daima sənin şad,
Olsun bu evin həmişə abad.
(Çay gəlir.)
Sitarə
(Səhnənin dalından)
Çərxi-fələk bu dövrdə
Etmədi mənimlə rəftar,
Saldı məni yüz möhnətə,
Min bəlayə etdi düçar.
Hacı
Dün bircə nəfər həqir dehqan
Gəldim bura, etdi ah-fəğan;
Oğlun mənə verdi onda nökər,
Etdim onu mən özümə nökər.
Daim, vəli ağlayıb edir şur,
Bir qədər olubdur ağıldan dur.
Sitarə
Yaxıldı odlara canım, möhnət aldı tavanımı.
Zülmü zalım zəmanədə kəsdi mənim amanımı.
Mənsur
Bu səs, yəqin ki, ey dil, Sitarəmin səsidir,
Bu səs havadan enən mehparəmin səsidir.
Bu nəğməni də həmişə Sitarə söylərdi,
İki balası ölən bəxti qarəmin səsidir.
Sitarə
Zalım xain zülm eləyib rəhm etmədi bu halıma,
İki nazlı balalarım çəkildi tiği-zalıma.
Mənsur
Bu naləyə eylədikcə mən guş,
Əhvalımı etdi xeyli məxşuş.
Hökm et ki, gəlib o şəxsi məhzun
Bir qədər bizə tərənnüm etsin.
Ata, cəzb etdi bu səs məni sərasər,
Əhvalımı etdi zarü-müztər.
Hacı
Ey sahibi şən cahi-şövkət,
Divanədir, onda var nə hacət!
Rəhmim gəlir, etmirəm onu dur,
Layiq deyil o bu bəzmə, məzur.
Mənsur
Hər kimdi, düşübdür min bəlayə,
Möhnət gətirir onu nəvayə;
Incitmiş onu bu taleyi-şum,
Etmə bizi söhbətinə məhrum.
(Durub çağırır. Rast üstə oxuyur.)
Ey şəxs zəbun, qəlbi naşad,
Söylə nədi bunca dad-fəryad?
Kim oldu səbəb bu ahü zarə?
Kimsən, nəçisən, çıx aşikarə!
Sitarə
Eşitmişəm belə ustadımın zəbanından,
Mən indi söylüyürəm xalq arayilən doludur.
Deyim sizə sözümü guş-huşilən eşidiz:
Mənim bu zar ürəyim macərayilən doludur.
(Təsnif)
Sizə ərz eyləyim əziz ağalar,
Adil ağalarım, ediz divanım.
Qəlbimə vurulmuş dərin yaralar,
Adil ağalarım, ediz divanım.
Bir gül idim bürünmüşdüm hasara,
Fələk vurdu saldı qürbət diyara,
HacıSəyyad qızıyam, adım Sitarə,
Adil ağalarım, ediz divanım.
(Yaxasını açıb çuxasını çıxarır.)
Hacı
Bu mənim bəs qızım imiş, bəs bunu mən ölmüş bilirdim.
İsmayıl
Doğrudur, mən rəhmim gəldi, azad edib öldürmədim.
Sitarə
Xain qardaş zülm elədi mən zarə,
Qoydu məni bu aləmdə avarə,
Qaldım səhralar içrə mən biçarə,
Adil ağalarım, ediz divanım.
Vəz ir həm öz xainliyin bildirdi,
Qovub məni çinar üstə mindirdi,
Axır zalım cüt balamı öldürdü,
Adil ağalarım, ediz divanım.
Gəldi zülmdən cana, oldum axır divanə, divanə...
Vəz ir
Görürsüz bu bir divanə, qoy rədd olsun getsin burdan
Sitarə
Hara gedim məni-naşad, oğlumu sən öldürmüşsən...
Hacı
Qızımı sən incitmişsən? Öldürüz bunu, kəsin başını.
Vəz ir
Onu əvvəl sevmişdim mən,
Düşmədi yerə, öldürdüm oğlun.
Öldürdüm mən, öldürdüm mən, öldürüz məni, alız intiqam.
Sitarə
Ah, zalım Vəz ir, necə qıydın balalarım öldürdün?
On iki il zəhmət çəkib gül təki oğul bəslədim,
şəm çırağım söndürdün?
Gecələr mən sübhə kimi layla deyib səslədim,
Axır namus yolunda başlarını kəs dedim.
Zalım Vəz ir, necə qıydın balalarım öldürdün,
şəm çırağım söndürdün?
Vəz ir
Doğrudur, doğrudur, doğrudur,
Oğluvu zülm ilə qətl eylədim.
Öldürdüm, öldürdüm, öldürdüm,
Oğluvu qanlara qərq eylədim,
Öldürüz siz məni, öldürüz,
Siz də cəzasın veriz mənə.
Mənsur
Ey xəbis, ey xain, ey ləin,
Tez aparıb bunu qətl eyləyin!
Qoy cəzasın ala, qətl ola,
Qoy görsün öz işinin səmərin,
Nuş eyləsin mövtun zəhərin.
Vəz iri aparırlar.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-sitare
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Novbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.
Boranlı qış gecəsiBoranlı qış gecəsi, şaxta şiddətilə kəsirKülək vıyıldayaraq səs salır biyabanə;
Bu həqiqətdir kiBu həqiqətdir ki, bir səslə edib aləm qəbul:Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.