Страница 2 из 4 · 25%

B i r i n c i ə s k ə r
(alayçı gülüşlə)
Gözəllərə baqmaq könül qidası,
Sən hiç təlaş etmə, çıqmaz qavğası.

B i r ə s k ə r
(çinli rəqqasəyi gətirir. Arıq, çirkin və yüzü bürüşük bir kösə də onları izlər)
İştə, yad ellərin incə töhfəsi!

B i r i n c i c ə n g a v ə r
Bəhey! Sən nəçisin?

K ö s ə
(qızı göstərir)
Onun kölgəsi!

B i r i n c i c ə n g a v ə r
(elçi ilə kösəyə)
Siz gedin, çadırda bəkləyin bir az.
Haydi!
Elçi gedər.

R ə q q a s ə
(həyəcan ilə)
Ah!

K ö s ə
Bən, xayır.

B i r i n c i c ə n g a v ə r
Xayırmı… haylaz!
(Ayağını hiddətlə yerə vurar.)

K ö s ə
Nasıl ayrılayım yosma qızımdan?

B i r i n c i c ə n g a v ə r
Bu mümkünmü?! O bir mələk, sən şeytan!

K ö s ə
Ən parlaq gündüzlər gecədən doğar.

B i r i n c i c ə n g a v ə r
Sus!

K ö s ə
Lələyəm ona, əməklərim var.

-Köyə yardıma gedən mə’murlar və əskərlər əllərində piyalələr, şərab dəstiləri və talan edilmiş şeylər gəlirlər.*

B i r i n c i c ə n g a v ə r
Nə tez?

İ k i n c i c ə n g a v ə r
Savuşmuşlar, yoqdu bir nəfər.

B i r i n c i c ə n g a v ə r
(dəstiləri göstərir)
Bunlar nə?

İ k i n c i c ə n g a v ə r
Ən nəfis, içimli şeylər!
(Çirtik çalar.)
Ortaq olduq köylü vətəndaşlara,
Böylə gözəl şərab görmədim asla.

B i r i n c i c ə n g a v ə r
Bu mümkün…
(Rəqqasəyə)
Haydi, sən bizə şərab ver!

K ö s ə
Bən verəyim, o pək gözəl rəqs edər.

İ k i n c i c ə n g a v ə r
Onun sonduğu mey daha nuş olur.

K ö s ə
Siz nə dilərsiniz əlbət xoş olur.

-Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kösə dürlü hərəkətlər və hoppalıqlarla oynar.*

B i r i n c i c ə n g a v ə r
(ikinciyə rəqqasəyi göstərir)
İştə Çin ahusu, görmədinsə gör!
Nur gəlir gözünə ona baqsa kör.

İ k i n c i c ə n g a v ə r
(Kösənin qolundan tutub kənara fırlatır)
Qız oynasın, sən də şərab ver bizə!

K ö s ə
Pəki, baş üstünə, can qurban sizə.
-Musiqi dəyişir, qız rəqs edər. Kösə qoynundan kağıza bükülü bir qadar bəng çıqarır, dəstiyə dökər. Sonra piyalələri doldurur. İçərlər. Kəndisi də dodaq altından zəmzəmə eylər.*
Bəngi qatdım şərabə,
Dəniz döndü sərabə.
İçərlər, həp içərlər,
Qayğıdan vaz keçərlər.
Nəş’ələndir həyatı,
Qalındır yerin qatı;
Çəkər səni kamına,
Ağu qatar camına.
Varkən əlində fürsət,
Qoyma könüldə həsrət.
Ömrün hər sevincindən
Bir busə al da əylən!

H a m ı
Ömrün hər sevincindən
Bir busə al da əylən!

N ö v b ə t ç i
(ətrafa baqar, təlaş ilə)
Bəhey, orda bir qaraltı var.

B i r i n c i c ə n g a v ə r
Şübhəsiz, aqınçılar!

İ k i n c i c ə n g a v ə r
Əvət, bıraq gəlsinlər,
Gücümüzü bilsinlər.

B i r i n c i c ə n g a v ə r
Haydi, saqlanalım gizli bir yerdə.

İ k i n c i c ə n g a v ə r
Şərablar nə olsun?

B i r i n c i c ə n g a v ə r
Qoy içsinlər də,
Sərxoş ikən qollarını bağlarız.
(Kösəyə)
Al şu qızı, rədd ol! Unutma yalnız,
Ağzınızdan bir söz belə çıqarsa,
Batacaqdır evdə ananız yasa.

K ö s ə
Xayır, xayır, bizim ağzımız bütün.
(Rəqqasə ilə bərabər gedirlər.)

B i r i n c i c ə n g a v ə r
(arqadaşlarına)
Haydi, qorqunc olur hücumu türkün.

İ k i n c i c ə n g a v ə r
Saqın, hiç şaşırma, hanki düşmana
Saldırsa ordumuz, dönər davşana.

B i r i n c i c ə n g a v ə r
Gurlama, düşmanı küçük görənlər,
Küçük göstərənlər çoq sürməz inlər.
Dikbaşlar ansızın həp diz çökərlər,
Qaliblərə qarşı boyun bükərlər.

İ k i n c i c ə n g a v ə r
(alaycı gülüşlə)
Gəl, canım, görünür çocuqkən anan
Yıldırmış gözünü yabançılardan.

-Çəkilirlər, muzika… Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri yoqlar, qədəhlərdəki içkiləri içərlər.*

B i r i n c i d ə l i q a n l ı
Dəstilər doludur, amma kimsə yoq.

İ k i n c i d ə l i q a n l ı
Qorqub savuşmuşlar.

Ü ç ü n c ü d ə l i q a n l ı
Öyünməyin çoq.

B i r i n c i d ə l i q a n l ı
Az içəlim…

İ k i n c i d ə l i q a n l ı
Gözəl şərab, baqsana!

Ü ç ü n c ü d ə l i q a n l ı
Umulmaz bir nəş’ə verir insana

-Təkrar doldurub içərək coşğun bir ahənglə türkü söylərlər.*

B i r i n c i d ə l i q a n l ı
Qılıclar parlasın, yer-göy çınlasın.

H a m ı
Çınlasın, çınlasın, ho, çınlasın, çınlasın.

B i r i n c i d ə l i q a n l ı
Dost ya düşman bizim gücü anlasın.

H a m ı
Anlasın, anlasın, ho, anlasın, anlasın.

B i r i n c i d ə l i q a n l ı
Oq atmayız qorqub qaçan davşana.

H a m ı
Davşana, davşana, ho, davşana, davşana.

B i r i n c i d ə l i q a n l ı
Nerdə qəhrəmanlar? Çıqsın meydana!

H a m ı
Meydana, meydana, ho, meydana, meydana!

B i r i n c i d ə l i q a n l ı
(qılıcını çəkərək)
Arş iləri, hücum, hücum!

İ k i n c i d ə l i q a n l ı
Bıraq bəni, sərxoş oldum.

B i r i n c i c ə n g a v ə r
(arqadaşları ilə bərabər sıyırmaqılıc pusqudan çıqar)
Bəhey, qoçaq, siz kimsiniz?

B i r i n c i d ə l i q a n l ı
Qorqu bilməz yigidləriz.

B i r i n c i c ə n g a v ə r
Öylə isə gəl baqalım.

B i r i n c i d ə l i q a n l ı
Haydi, haydi çarpışalım.

-Hər iki tərəf sərxoşca hərəkətlərlə çarpışırlar. Bir qısmı yaralanıb, digər qısmı səndələyir. Bu sırada bir yandan Gərşivəz, bir yandan Bəhram və Tus kəndi əskərləri ilə onlara qarışır, qavğa daha qızışır. Ən sonra R ü s t ə m l ə S ə y a v ü ş gələr.*

R ü s t ə m
(məğrur və amİranə bir səslə bağırır)
Bəhey! Durun, sayğısızlıq yetər!

S ə y a v ü ş
Aqan qanlar artıq yetər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü pərdə

СЦЕНА ПЕРВАЯЧерез полтора года. Конец весны, лунная ночь. В одном углу сцены свинарник. У входа спят две свиньи. Слева кувшин для воды. Хлев тускло освещен. Вдалеке виднеется комната Хумар, которая привлекает нежным, ясным светом. Серго с кувшином вина в руке, выходит из хлева.

191419 мин
Dördüncü pərdə

СЦЕНА ПЕРВАЯУ дороги веранда, как это было во втором действии. Цветущий сад. Май. Воскресенье. Когда поднимается занавес, несколько молодых грузин, навеселе, проходят по дороге. Один из них играет, другой причудливо и смешно пляшет, остальные рукоплещут. Нина выходит на веранду, смотрит на них. Юноши, продолжая петь и плясать, уходят. На веранду выходит Xумар.

191415 мин
İlavə

Ясная майская ночь. Поодаль от Куры зеленый, утопающий в цветах склон горы. Шейх-Санан, держа Xумар в объятиях, задыхается, но делает попытку подняться на вершину горы, однако у него нет больше сил. Он опускает бездыханное тело Хумар на землю, кладет ее голову себе на колени и гладит ее растрепанные кудри.Шейх-Санан О мой бутон, весна моя, Хумар,

19146 мин
Topal Teymur

ƏŞXASI

19251 мин

Стихи других поэтов