Altunsaç
Страница 6 из 6 · 83%
A l t u n s a ç. Bizim tələsik işlərimiz var. Sabaha qədər gözləyərsiniz.
S a l m a n. Axı arvadım... uşaq...
A l t u n s a ç. Yoldaş Salman, arvadınızı yadınıza salmısınız? O axı savadsızdır. Sizi heç kəs başa düşmür və başa düşməyəcək! Məndə mərhəmət axtarmayın, verə bilmərəm.
Salman, Altunsaçın əhval-ruhiyyəsini anlayıb, dönüb gedir. Xəstəxana. Qaplan uzanıb. Altunsaç, Mişa,
Avak və Həsən ona baş çəkməyə gəliblər. Gül, şirniyyat gətiriblər. Həsən isə dəsmalın arasında ev
piroqu gətirib. Qaplan mütəəssir olmuşdur. O,
hər şeydən əvvəl işlə maraqlanır.
Q a p l a n. Tunel necədir?
A l t u n s a ç. Bu günlərdə nəticəni gözləyirik.
Q a p l a n. Heyif ki, mən olmayacağam.
M i ş a. Eybi yoxdur. Sən sakit uzan. Tez sağal.
A v a k (nəfəs alaraq). Qaplan, sən öküzü öldürmüsən, ancaq dərisini
çıxaranda bıçağı sındırmısan.
Q a p l a n. Təəssüf.
M i ş a. Eybi yoxdur, Qaplan. Dərini bir yerdə soyarıq.
Altunsaç Qaplanın canlanmış sifətindən gözünü çəkmir. Mişa onun baxışlarını tutur və hər şeyi başa düşür, pauzadan sonra.
M i ş a (təlaşla). Həsən, Avak, gedək işə...
Mişa və Həsən ayağa dururlar. Sağollaşırlar. Həsən axırıncı dəfə Altunsaça və Qaplana nəzər salır Mişa və Avaka baxıb bic-bic gülür.
Yerin altında qızğın iş gedir. Tunelin çəkilməsinin qızğın çağıdır. Altunsaç işə rəhbərlik edir. Mişa, Avak və Həsən də buradadırlar.
M i ş a (işləyə-işləyə). Uşaqlar, xəbəri eşitmisiniz? Gecə Salmanı tutublar.
H ə s ə n (sevincək). Bizdə atalar sözü var: “Suyun lal axanından qorx”.
A v a k. Deməli, onu da bizim ağcaqanadlarla döyüşən döyüşçünü saldıqları yerə salıblar.
H ə s ə n (vurğulu). Cəhənnəmə gedən özünə yoldaş axtarar.
Hamı gülür. Səs eşidilir.
S ə s. Bizim Həsənin sözlərində nə qədər həqiqət var!”
İş öz gərgin anına yaxınlaşır. Tuneli yaran iki fəhlə qrupun bir-biriləri ilə qarşılaşması gözlənilir. Altunsaçın həyəcanı hiss olunur. Həsən tez-tez ona yanaşır.
H ə s ə n. Telefona çağırırlar...
A l t u n s a ç. Partkom? Hələlik müvəffəqiyyətlə...
Qayıdır. İş qaynayır. Altunsaç, dinləyərək, bir fəhlənin yanından digərinin yanına keçir, ruhlandırır: “Afərin, uşaqlar!”
H ə s ə n. Telefona çağırırlar...
A l t u n s a ç (narazı halda telefona yaxınlaşır). Hə, hələ görüşməmişik, gözləyirik...
Yerinə qayıdır. Mişa, gülərək işləyir.
M i ş a. Görünür: tək biz həyəcanlanmırıq.
Yenə də Həsən gəlir. Altunsaç bunu anlayır.
A l t u n s a ç (əsəbi). Dəstəyi götürmə!
Xəstəxana. Qaplan özünü yuxuluğa vurub. Tibb bacısı barmaqlarının ucunda gedir.
Qaplan ehtiyatla gözlərini açıb, tibb bacısını izləyir. Onun getdiyinə əmin olub, ayağa
qalxır, axsaya-axsaya telefona yaxınlaşır. Telefon cavab vermir.
Səsə tibb bacısı gəlir.
T i b b b a c ı s ı. Xəstə, Allah xatirinə! Mən axı Sizdən xahiş etmişdim... xəstə, indi həkim gələcək və dava düşəcək...
Tuneldə işlər daha gərginliklə davam edir. Altunsaç daha həyəcanla qulaq asır.
Əks tərəfdən küt səs gəlir. Onun üzü işıq saçır, amma həyəcan onun üzündən tam
çəkilməyib:
A l t u n s a ç. Cəld, uşaqlar! (Telefona yaxınlaşır, zəng edir) Daşınma üçün adam göndərin...
Tuneldə fəhlələr işi daha əzmlə davam etdirirlər. Altunsaç işə gərgin nəzarət edir.
Tunelin ağzı açılır. Torpaq parçaları Həsənin üstünə tökülür, o, yerə yıxılır. Mişa
onu qaldırır, sağ-salamat olduğunu görüb, gülür.
M i ş a. Az qalmışdı ki, Nazlı dul qalsın. (Ətrafdakılar gülür.)
Hər iki qrupun fəhlələri ağzı açılmış torpağın arasından bir-birilərinə əl verirlər.
Şənlik əks-sədası.
S ə s l ə r. Yaşasın Altunsaç!, Yaşasın Qaplan!
Altunsaç özündə deyilmiş kimi telefona qaçır. Qaplanı çağırır.
Xəstəxana. Qaplan telefondadır. Tibb bacısı onun yanında vurnuxur:
T i b b b a c ı s ı. Xəstə, Allah xatirinə! Siz məni pis vəziyyətdə
qoyursunuz... Baş həkim bilər... Uzanın, xəstə.
Tunel... Altunsaç telefonla danışır:
Q a p l a n. Altnsaç, Altunsaç!
A l t u n s a ç. Tuneli keçdik... Təbrik edirəm! İşləri qurtaran kimi sənin yanına gələcəyəm. (Səs kəsilir.)
Xəstəxana. Qaplan telefonla danışır:
Q a p l a n. Altunsaç, Altunsaç!
Cavab yoxdur. Yalnız fəhlələrin şən səsləri eşidilir. Birdən sakitlik çökür. Həsən
sazda Altunsaç haqqımda əfsanə oxuyur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-altunsac
Другие произведения автора
ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Qulluq və əsirlikQULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.
Bizə ciddi mətbuat çoxdan lazım idiBİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.
Стихи других поэтов
Hər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,