Страница 5 из 6 · 67%

A l t u n s a ç. Xahiş edirəm ürəyinizi cilovlayasınız. Mən Sizi sevə bilmərəm!

Altunsaç, Salman uzaqlaşaraq Qaplanın qrupuna yaxınlaşır. Bu zama Abdullayev əlində güllər gəlir. O,
növbə ilə Qaplana, Altunsaça, partiya komitəsinin katibi Saryov yaxınlaşır, hər birinə gül verir, bu
zaman xoş söz deyir. Nəhayət, o, pəncərənin
yanında dayanan Salmana yaxınlaşır və ona da gül verir.

A b d u l l a y e v (sakit). Bu gün Bakıya gedirəm, heç bir tapşırığınız olmayacaq?

Salman gülü götürür. Təbəssümünü saxlayaraq, eyni zamanda sakit və ciddi danışır.

S a l m a n. Sakit! Axşam gələrsən.

Abdullayev yenə də təbəssümlü gözləri ilə hamıya nəzər salaraq, baş əyib, gedir.
Katibin səsi eşidilir.

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Yoldaşlar, başlamaq vaxtıdır!

Hamı öz yerini tutur. Salman və Saryov yanaşı oturublar. O biri tərəfdən yanaşı
dayanan, maketə baxan Altunsaç, Mişa, Avak və Həsən görünür.

Q a p l a n. Mingəçevir milyon hektarlardan çox suvarılmış torpaq deməkdir, (kadr: içi ilə su axan saysız-hesabsız kanallar). Ucsuz-bucaqsız Mil-Muğan düzlərini pambıq qozaları örtmüşdür. (kadr: pambıq sahələri) Kür ram edilir və insana qulaq asır (kadr: Kürün bəndləri və şlüzləri), sel yoxdur, bataqlıqlar yoxdur, malyariya da yoxdur...

Bizim əməksevər xalqın üzündən sağlamlıq yağır. (kadr: sağlam kolxozçu kişilər və qadınlar kombaynlarla taxıl biçirlər), Kür gəmiçiliyə yararlıdır və gəmilər bir-birinin ardınca Xəzərə doğru hərəkət edir, şimala və geriyə (kadr: çay gəmiləri)... Azərbaycan çiçəklənir... Yeni şəhərlər və kəndlər salınır (kadr: yeni qəsəbələr, yeni parklar, bağçalar) Varlı həyat, mədəni həyat, şən həyat azad dünyanın bəzəyir, hər yerdə azad əmək var...

Birinci salman əl çalır. Hamı ona qoşulur. Şən səslər. Alqış səsləri.

S a r y o v (kinayəli gülüşlə Salmana). Xam xəyallar!
S a l m a n. Bizdə necə deyərlər: xəyal plov – arzudan hazırlanan plov.
S a r y o v. Yaxşı deyilib (özündən razı hırıldayır)

Gənclər və qocalar Qaplanı əhatəyə alır, onun əlini sıxırlar.
Altunsaçın xoşbəxt çöhrəsi. Qaplanın gözləri onu axtarır.

S a l m a n (Saryovun gülüşünü kəsərək). Gülürsünüz, yoldaş Saryov? Yenə də layihə həyata keçir. Siz bunu başa düşürsünüz, Saryov?

S a r y o v. Həyata keçir!

Axşamdır. Qadınlar və uşaqlar dəstə-dəstə barakın qarşısında dayanıb söhbət edirlər.
Saz və qarmon gəlir. Kimsə oynayır. Mişa və Həsən camaatın arasından çıxaraq,
təpəyə qalxıb, işə gedirlər. Uzağa baxırlar. Yol ziqzaq şəklində dağlardan aşağı enir.
Hava qaralır. Yol ilə atlı gəlir. Birdən onun arxasıyca, elə bil ona çatmaq üçün, bir avtomobil işıqlarını
yandırıb-söndürür. Mişa və Həsən gərginliklə maşını izləyirlər. Maşın ata çatıb onu vurur. Atlı yerə
yıxılır. Fəhlə kütləsi arasına uğultu düşür: o an mahnı və musiqi səsləri kəsilir. Hamı fəlakət baş verən
yerə atılır. Həsən Altunsaç yaşayan evə qaçır. Tələsik pilləkənləri çıxır. Atlar hazır vəziyyətdədir.
Altunsaç və Həsən atlara minib, hadisə yerinə gedirlər. Qaplan yerə uzanmışdır. Onun yanında Mişa və
Avak, onların yanında Salmanın maşını dayanıb. Partiya komitəsinin katibi, milis işçiləri hadisə
yerindədirlər. Salman barmaqlarını sındırır.

S a l m a n (barmaqlarını sındıraraq). Neçə dəfə siqnal verdim.

M i ş a (reprika atır). Nədənsə siqnal səsi eşidilməmişdi...

S a l m a n. Enişdir... Maşını saxlamaq olmurdu. Nə dəhşətli hadisədir!
Altunsaç yerdə hərəkətsiz uzanmış Qaplana tərəf əyilir.

H ə k i m: Onda güclü baş əzikləri var və ayağı çıxıb. Onu təcili xəstəxanaya aparmaq lazımdır. Altunsaç, Mişa, Həsən və Avak Qaplanı xərəyə qoyub, avtomobilə sarı aparırlar. O, huşunu itirmişdir. Qaplana baş verən fəlakət idarə rəisinin gəlməsinə səbəb olur. Altunsaç, Salman, Saryov, partiya komitəsinin katibi və başqaları otaqdadırlar. İdarə rəisi diqqətlə dinləyir.

S a r y o v. Mən bir qoca mühəndis, bitərəf bolşevik kimi işin tamamilə dayandırılmasını təkid edirəm. Layihəni yoxlamaq lazımdır. Risk etmək lazım deyil. İnşaat elmi-dəqiq elmdir... Heç bir fantaziyasız... Mən uğursuzluğu əvvəlcədən görürdüm. Mən layihələri Bakıya göndərməyi təklif edirəm...

S a l m a n. Mən Saryovla razıyam. Görünür, layihədə qeyri-dəqiqlik var. Amma yaddan çıxarmaq lazım deyil ki, dövlətin pulları xərclənmişdir və ona görə də yoxlanmış layihəni tez almaq və işi davam etdirmək lazımdır.

A l t u n s a ç. Məncə, layihəni yoxlaya-yoxlaya, eyni zamanda işləmək lazımdır.

K a t i b (razı şəkildə gülümsünür). Mən də bu fıkirdəyəm. (Altunsaça müraciət edərək) Əgər mən bu işi Sizə həvalə etsəm, siz mənə nə cavab verərsiniz? (gülür).

A l t u n s a ç. Mənə?

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Hə, hə, sənə! İşi davam etdir, Altunsaç!

A l t u n s a ç (qısa düşüncədən sonra, həyəcanlı). Mən hazıram. Mən boynuma götürürəm... ancaq yalnız sizin köməkliyinizlə, kollektivin köməkliyi ilə.

S a l m a n (ona yaxınlaşır, sevinclə əlini sıxır). Afərin, mən sənə kömək edərəm!

Altunsaç əlini çəkərək dinməzcə Salmana baxır. Altunsaçın təklifi ilə iş yerinə yollanırlar. Həsən atları
verir və özü də onlarla gedir. Mişa və Avakı yeraltı yolda işləyən görürlər.

M i ş a. Beton bekaradır və azdır...

S a r y o v (əsəbi). Betonu mən düzəltmişəm?.. Necə var, elə də verirəm. Bax, Bakıdan təzəsini alacağıq. Abdullayev gələcək.

A l t u n s a ç. Abdullayevi daha gözləməyin.

Mişa heyrətlə və sual dolu baxışlarla Altunsaça baxır. Altunsaç Mişaya diqqət yetirmir. (Narazı
halda Saryova) Belə bərkitmə heç nəyə yaramır! Sizə məlum olmalıdır ki, burada süxurların
yatımının şəraiti və onların tərkibi sürüşməyə qarşı əlverişlidir... Siz məyər hiss etmirsiniz ki,
bundan yeni fəlakət iyi gəlir? Yenidən bərkitmək lazımdır... Mən özüm buna nəzarət edərəm.
Saryov vəziyyəti müdafiə etmək istəyir.
Salman elə bil ki, Altunsaçla razıdır.

S a r y o v. Deməli, siz mənə inanmırsınız? Bilirsiniz, mənim çoxillik təcrübəm...

A l t u n s a ç (onun sözünü kəsir). Mən heç vaxt sizin texniki biliyinizə şübhə etməmişəm, amma təkrar edirəm... Bərkitməyə özüm nəzarət edəcəyəm.

Onun ciddi tonu Saryovu susmağa məcbur edir. Ətrafdakılar sakitcə baxırlar.
Saryov bir az özünü itirib.

M i ş a (sözarası, sakitcə Həsənə). Nə əcəb, Abdullayev?

H ə s ə n (hər şeyi bilən bir görkəmlə). Hə! (Sifətinin ifadəsi ilə başa salır ki, o həbs olunub).

Altunsaça yaxınlaşır və sezilmədən onun ovcuna yazı qoyur.

A l t u n s a ç (gülərək oxuyur). Mişa mənə telefonla dedi ki, sən mənim yerimə təyin olunmusan. Təbrik edirəm. Sənə görə, bizim işimizə görə şadam. Aşığın nəğməsini yadıma salıram. “Mənim sazımın dahiyanə tellərinə inan: yaz gələcək və xalq yeni bir Altunsaç yetişdirəcək! Və yenə də arxlarda su şırıldayacaq, torpaq dirçələcək, güc yığacaq və bizim vətənimiz xoşbəxtlik və məhəbbət işığı ilə nurlanacaqdır”... Mən xoşbəxtəm ki, mənim xalqımın ən əziz arzusu həyata keçir!

“Sənin aşiqin Qaplan”

A l t u n s a ç (şən halda telefona tərəf qaçır). Qaplan? Təbrikə görə sağ ol! Keyfin necədir? (pauza) Çox şadam.

Axşamdır. Salman Saryovun qapısını döyür. Qapıdan qoca qarı görünür.

S a l m a n. Yoldaş Saryov evdədir?

Q a r ı (var qüvvəsi ilə, amma sakit). Yoxdur! Bir oğlan gəldi və onu apardı...

S a l m a n (rəngi ağarmış). Çoxdan?

Q a r ı. Beş-altı saat olar!

Salman sarsıntı keçirir. O, nə isə soruşmaq istəyirmiş kimi fikirli dayanır.
Amma bir qədər tərəddüddən sonra tez dönür və gedir.m
Gecədir. Altunsaç tuneldə işləyir. Salman bir dəqiqəlik fasilədən istifadə edərək:

S a l m a n. Yoldaş Altunsaç, mənim başıma bədbəxtlik gəlib; arvadım ölüm ayağındadır. Mən bu saat stansiyaya, oradan da birinci qatarla Bakıya getməliyəm.

Случайное стихотворение

Другие произведения автора

Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 мин
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 мин
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 мин
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 мин

Стихи других поэтов