Altunsaç
Страница 3 из 6 · 33%
S ə s l ə r. Rəis Saryov!
Q a p l a n. Bir gəlin görək!
Qaplan hirsli halda Saryovun idarəsinə yollanır, kolxozçular da onun ardınca gedirlər.
Axşamdır. Saryovun otağı. Salman onun yanındadır. Saryov pulverizator ilə mayeni tozlandıraraq
ağcaqanadlarla mübarizə aparır.
S a r y o v (kinayə ilə). Nədir? Bu günkü incikliyinizin əvəzini çıxırsınız? Avam camaata görə Qaplan mənə öyüd-nəsihət verdi. Təzə xəbəri eşitmisiniz? Bu sizi maraqlandırar. Idarə layihənin hazırlanmasını bizim çox hörmətli Qaplana həvalə edib.
S a l m a n. Hə... Sizi incidiblər, yoldaş Saryov! Sizin çoxillik səriştəniz, sizin iş stajınız... başqa münasibətə layiq idi.
S a r y o v. Hə, heç! Mən bitərəfəm. Amma siz! Axı, siz partiyaçısınız, həm də yaşca böyüksünüz. Siz... Qaplanın yerində siz olmalıydınız!
S a l m a n. Mən? Mən – bizdə necə deyərlər, səhrada dəvəsi ölmüş ərəbəm:
S a r y o v. Mən Sizi başa düşürəm, ancaq siz özünüz Qaplanın təklif etdiyi iş üsuluna necə baxırsınız?
S a l m a n. Cəsarətli addımdır! O, bunu obrazlı formada “gələcəyə sıçrayış” adlandırır.
S a r y o v (dodaqaltı). Hə, görək bu “sıçrayış” nə ilə qurtaracaq.
S a l m a n. Nə? Siz nə dediniz?
S a r y o v. Hə, heç, elə-belə... (hamıya lazımlı bir şəxs olan təsərrüfat hissə müdiri Abdullayev içəri daxil olur. O, mərkəzdən gətirilmiş hədiyyələri: avtomat qələmi və pnevmatik balıncı çıxarır).
S a r y o v. O...o, xoş gəlmisiniz, Abdullayev! Yenə də hədiyyələrləsən? Budur insanların qayğısına qalan. (Pnevmatik balıncla əlləşməyə başlayır. Sonra otaqdan çıxır).
S a l m a n (sakitcə Abdullayevə). Hə, necədir? (Abdullayev məktub verir). (Salman məktubu gizlədir). Yaxşı! Deməli, hər şey yaxşıdır?
A b d u l l a y e v. Salamları var... iş gözləyirlər. Təfsilatı məktubdadır.
(Çıxır)
Qapıda Saryovun müşayiət etdiyi Qaplanla qarşılaşır.
Q a p l a n. Mən sizin yanınınza işlə əlaqədar gəlmişəm. Qalereyada iş necədir? Bu, məni narahat edir.
S a r y o v. Hər şey necə lazımdır, eləcədir. Iş gedir.
Q a p l a n. Sizi xəbərdar edirəm: mühəndis-Altunsaçın təcrübəsi göstərir ki, qrunt etibarlı deyil, bərkitmək lazımdır... Yoxsa...
S a l m a n. Mənə elə gəlir ki, inşaat materiallarını qənaətlə sərf etmək lazımdır. Qalereyanın özülü tab gətirər... Material fondu məhduddur.
Tikinti yerində SES ön planda. Qaynar iş gedir. Altunsaç işlərə nəzər salır. Digər sahəyə keçir və Qaplanla görüşür. O, həyəcanlı və arxayındır. Işlər yaxşı gedir. Qaplan görüşdən məmnundur. O, qızın əlini möhkəm sıxaraq ona solğun gül verir.
A l t u n s a ç. Mən çox məmnunam. Burada güllər necə solğundur!
Q a p l a n. Çiçək nəmlik sevir, hisslərsə – qarşılıqlı əlaqə...
A l t u n s a ç. Oho, Siz əsl şairsiniz!
Q a p l a n. Məyər bizim məqsədimiz işgüzar həyatımızı poeziyaya çevirmək deyil?
Onların baxışları rastlaşır, elə bil ki, onlar öz aralarında gizli, sözsüz, lakin hər ikisi-
nin başa düşdüyü sirli bir dildə danışırlar.
Q a p l a n (həyəcanlı). Bilirsiniz, mən çoxdan Sizə demək istədim...
Həyəcan siqnalı Qaplanın sözünü kəsir. Mişka xəbər verir ki, yeraltı tədqiqat yolu uçub-dağılmışdır.
Qaplan və Altunsaç faciə yerinə atılırlar. Partiya komitəsinin katibi artıq orada göstəriş verir... Həsən və
Avak var qüvvələri ilə işləyirlər. Yaralıları xilas edir, uçqun altda qalmış fəhlələri çıxarırlar. Mişka
yaralıdır. Qaplan və Həsən onu əllərində gətirirlər. Burada da ağcaqanad və ilanlarla “təqib olunan”
Saryov, elə bil nə isə edir. Salman zərərçəkənləri torpağın altından çıxartmağa kömək edir. Qaplan
Mişkanı otaqda qoyub, geriyə qayıdır və axırıncı yaralını çıxarır, ona Salman və Avak kömək edirlər.
Uçqun altından axırıncı Saryov və Altunsaç çıxırlar.
S a r y o v (fürsət tapıb). Görürsünüz bizim Qaplan neylədi? Hərçənd ki, Qaplan azərbaycanca pələng deməkdir, ancaq onun hər sıçrayışıuğurlu deyildir. Bunu müasirlərin dilində adlandırmaq olar...
A l t u n s a ç (kəskin). Demək istəyirsiniz ki, ziyankardır?..
S a r y o v (çox mənalı halda çiynini çəkərək). Necə istəyirsiniz adlandırın. Sübut edir ki, bütün günah Qaplanın boynundadır.
Partiya iclası uçqun barədə və fəhlələrin ölümündən həyəcanla danışırlar. Saryov
şahid qismində cəlb edilmişdir.
A l t u n s a ç. Partiyaçı Qaplana belə hərəkətləri bağışlamaq olmaz! Bu, sadəcə ziyankarlıqdır. Partiyanın sıralarında ona yer ola bilməz. (O, həyəcanla geriyə atılır və əlləri ilə üzünü tutur).
S ə d r. Şahid Saryova söz verilir.
S a r y o v. Mühəndis hər şeydən əvvəl soyuq düşüncəyə malik olmalıdır. Ciddi hesab-kitabı olmalıdır. Və biz ciddi hesabı rəhbər tutmalıyıq. Ancaq Qaplanın fantaziyası dəqiq hesaba üstün gəlir.
S a l m a n. Yoldaş Saryova, əlbəttə ki, onun qanuna müvafiq hərəkətlərinə, təmizliyinə və güclü əmək qabiliyyətinə baxmayaraq, texnikada görünməmiş yaradıcı uçuş, yenilik hissi yoxdur. Qaplan bu barədə əvəzedilməzdir. Onun risk etməyə hüququ vardır. Onda yaradıcı təklifin yeniliyi duyulur ki, bu da bizim böyük dövrümüzün əsas keyfiyyətlərindən biridir.
S ə d r (onun sözünü kəsərək). Yoldaş Salman, obyektiv ol! Öz dostluq hisslərini Qaplan üçün saxla...
Unutma ki, sən partiyaçısan!
S a l m a n. Haqq-ədalət Qaplanı müdafiə etməyi tələb edir!
Salmanın alovlu müdafiəsinə baxmayaraq, partiya qrupunun ümumi münasibəti
Qaplanın əleyhinə deyil. Ayrıca çıxışlarda Qaplanın “riski” fəhlələrin həyatı hesabına başa
gəldiyi üçün onu tənqid edirlər. Mişka və Avakın başçılığı altında olan fəhlə qrupu
Qaplanın müdafiəsinə qalxır. Narazılıq, etiraz səsləri eşidilir.
S ə d r. Yoldaşlar, bizim qərarımız müvəqqəti olaraq saxlanılır və
iş xüsusi komissiyaya verilir.
Hamı dağılışır.
P a r t i y a k o m i t ə s i n i n k a t i b i (sözarası Mişaya). Mənim yanıma gələrsən!
Nahardan sonrakı vaxt. Qaplan həyəcan keçirir. Qərar tuta bilmir, o otaqda var-gəl edir, layihələri,
kitabı götürür - bir şey alınmır, kənara tullayır. Çarpayıya uzanır,
ancaq sakitləşə bilmir, ayağa qalxıb pəncərəyə yaxınlaşır.
M i ş a. (düşüncəli halda onun hər bir hərəkətini izləyir). Qaplan, bəsdir, üzüldün, hər şey yaxşı olacaq. (yavaşca qapıya yaxınlaşır)
Q a p l a n. (təəccüblə) Sən hara belə?
M i ş a. Məni partiya komitəsinə... çağırıblar... getmək vaxtıdır.
Q a p l a n. Nəyə görə?
M i ş a. Çağırıblarsa, demək lazımdır.
Qaplan fikri dağınıq halda gözləri ilə onu yola salır, görünür, onun həyəcanı son həddə çatmışdır... Salman daxil olur.
S a l m a n. Ey, əzizim, belə yaramaz. Sən arıqlamısan. Belə zəiflik partiyaçıya bağışlanmır.
Q a p l a n. Salman, başa düş, cavabdehlik partiyanın və hökumətin böyük etimadıdır. Amma mən onu doğrultmadım... Mən qalereyanın layihəsini verəndə elə bilirdim ki, hər şeyi nəzərə almışam. Heç nə başa düşmürəm, axı, bu necə oldu?
S a l m a n. Sən bilirsən, Qaplan, mən səni müdafiə etdim. Həmişə də müdafiə edəcəyəm. Bir partiyaçı kimi, bəlkə də mən bunu etməli deyildim, çünki mən sənin layihənə inanmırdım. Amma mən türkəm və sən də türksən... Mən səni pis vəziyyətdə qoymaq istəmədim və bunu bacarmadım da...
Q a p l a n (qəfil coşaraq, kəskin). Necə yəni “mən də türkəm, sən də türksən?” Sən bununla nə demək istəyirsən? Deməli, sən mənim layihəmin əleyhinəsən? Sən bunu mənə indi açıq deyirsən?
S a l m a n. Qışqırma. Məni sakit dinlə. Bu o deməkdir ki, biz, gənc mütəxəssislər, türklər, Ittifaq qarşısında biabır olmamalıyıq. Sən bir işə məftun olursan və mən səndə bu keyfiyyəti sevirəm. Ancaq məsləhət görürəm ki, bu hoqqanı buraxasan – o səni məhv edəcək, onu həyata keçirməyə çalışma. Bizim yazıq xalq boş yerə deməyib: “Çoxu istəyən azdan da olar”. Sənin layihənin mahiyyəti yoxdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-altunsac
Другие произведения автора
ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Qulluq və əsirlikQULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.
Bizə ciddi mətbuat çoxdan lazım idiBİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.
Стихи других поэтов
Hər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,