Страница 4 из 6 · 50%

Q a p l a n (Salmana sınayıcı nəzərlərlə baxaraq). Bütün bunları necə başa düşək? Bunu sən, partiyaçı deyirsən: “Bizim yazıq xalq”? O, niyə yazıq olsun ki?

S a l m a n (ciddi görkəm alır). Sözlərə ilişmə... Mən sənə dediklərim haqqında düşün, (pauza) Lakin mən getməliyəm, iş var. Hə, möhkəm ol, Qaplan... Hər şey yaxşı olacaq. (Gedir. Qapıda isti süd gətirən Həsənlə qarşılaşır). Hə, Həsən, sağ ol!

H ə s ə n. Sağ ol! (Qaplan düşüncəli halda otağın dərinliyində dayanıb. İnamsızdır) Rəis, süd istəyirsən?

Q a p l a n. (elə bil ki, ayılır, divara yaxınlaşır, silahı divardan alır, kepkasını başına qoyub, tez çıxır) İstəmirəm!

H ə s ə n. Onu hirsləndirən zalımın atasına lənət. Çaşdırıblar yazıq rəisi, çaşdırıblar...

Axşam tərəfidir. Həsənin qazması. Həsən sazda çalır. Anası fikirli halda ona baxır.

H ə s ə n i n a n a s ı. Bilirsən, oğul, bu Altunsaç yaxşı qızdır...

H ə s ə n. Hə...ə, onu hamı sevir!

H ə s ə n i n a n a s ı. Bilirsən, Həsən, əgər o mənim gəlinim olsaydı...

H ə s ə n. Sən nə deyirsən, ana? Mühəndis və birdən...

H ə s ə n i n a n a s ı. Oğul, hər şey taledən asılıdır! Allah elə edər ki, sən birdən onun ürəyinə girərsən... Hər şey qismətdən asılıdır.

Birdən qazmaya düşən nərdivanın yuxarısında Altunsaçın səsi eşidilir: “Olar?”
Həsən və anası, yerlərindən sıçrayıb, nərdivana yaxınlaşırlar.

H ə s ə n i n a n a s ı. Həsən, sənə demişdim ki, hər şey qismətdən asılıdır. Görürsən? (Altunsaça yaxınlaşıb, mehribancasına) Nə yaxşı ki, gəldin. Bizim bu kasıb daxmamız sənə peşkəşdir.

A l t u n s a ç. Sağ olun! (Yerdə otururlar. Altunsaç qazmaya baxır.) Tezliklə sizin bu kasıb daxmanızın sonu gələcək. Sizə təzə ev tikəcəklər.

H ə s ə n i n a n a s ı (sevincək). Nə yaxşı olar. Yeni koma və mənim

yazıq Həsənimə düşən qismət.

Həsən gözləri ilə işarə edir ki, anası artıq heç nə danışmasın. Dərin sükut çökür.

A l t u n s a ç. Həsən, rəis hardadır? Heç görünmür.

H ə s ə n. O evdə yoxdur, bacı. Silahı götürüb harasa gedib.

A l t u n s a ç. Gedib... Harasa?

Altunsaç fikrə gedir. Nazlı içəri girir.

N a z l ı. Mən sənin yanına getmişdim, Altunsaç. Tapa bilmədim.
İzinə düşüb bura gəlmişəm. Məni bağışla, sən mənə lazımsan, mənə ərizə yaz. Kursa getmək istəyirəm.

A l t u n s a ç. Qərara gəldin? Afərin!

N a z l ı. Bəs necə: Hamı oxuyur, mən niyə oxumayım? (Gülür, yenidən sükut.)

A l t u n s a ç. Yaxşı, sabah gəl mənim yanıma, hazırlayaram.

N a z l ı (otağa göz gəzdirərək, Həsənin bir tərəfə qoyduğu sazı görür). Bu kimindir?

H ə s ə n (utanaraq). Mənimdir.

N a z l ı. Niyə bir şey çalmırsan? (Həsənin anasına) Ay ana, sənin oğlunun, elə bil ki, hissi yoxdur.

H ə s ə n i n a n a s ı (ah çəkərək). Hissi var. Qisməti tapılmır.

N a z l ı. Əgər yaxşı çalsa qisməti gələcək.

Nazlının gülüşü Altunsaçın əhvalını pozur. O, qazmadan çıxır.

A l t u n s a ç (onu fikirli yola salan Həsənə). Sən deyirsən Qaplan silahı götürüb?

H ə s ə n. Hə. Bu işlərdən sonra onun keyfi yoxdur. Dünən də o, gecəyə qədər oturdu. Eh, Altunsaç bacı, bizdə deyərlər: “Ho var dağa qaldırar, ho var dağdan endirər”. Insanı heç nəyin üstündə çərlədərlər.

A l t u n s a ç (səmimi və xeyirxah nəzərlərlə Həsənin üzünə baxır).
(pauza) Həsən, sən qayıt geri, məni ötürmə, mən özüm gedərəm.

Vidalaşırlar. Həsən gedir, amma dönüb uzaqlaşan Altunsaça baxır. Altunsaç təpəyə qalxır.
Uzaqlaşan yollar görünür. Kədərlə uzaqlara baxır. Bir gilə göz yaşı yavaşca yanağına süzülür. Birdən
üzündə şən təbəssüm oynayır: uzaqda, yolda Qaplana oxşayan bir nəfər görünür. Sifətinin şən ifadəsi
yavaş-yavaş tutqunlaşır - yolçu Qaplan deyildi. Dərdin və həyəcanın ifadəsi artır. Gözlərində qeyri-
ixtiyari göz yaşları görünür. Birdən tanış səs.

S ə s. Altunsaç, Siz burda nə edirsiniz?

O, geri dönür. Təpədən, əlində silah və içərisi vurulmuş quşlarla dolu zənbil, Qaplan görünür. Altunsaç
sevincdən alışıb-yanan gözləri ilə bir anlığa Qaplana baxır. Birdən onun gözü ovlanmış quşlarla dolu
zənbilə sataşır. Onun ova getdiyi Altunsaça aydın olur. Öz qorxularına görə o, utanır. Qəfil dönərək, heç
nə demədən, gedir... “Altunsaç!” Altunsaç Qaplanın çağırışını eşitmədən, daha da tez uzaqlaşır. Partiya
komitəsinin girişi. Qaplan oturub. Gözləmə dəqiqələri uzanır. Qaplan hövsələsiz həyəcandadır. Rəngi
ağarmış Saryov heç kimə baxmadan otaqdan çıxır. Qaplan kabinetin qapısına yaxınlaşıb, cəsarətsiz açır.
Orada telefon zəngi eşidilir. Qaplan qapını astaca örtüb, səssiz pəncərəyə tərəf keçir. Nəhayət, Qaplanı
kabinetə çağırırlar. Partiya komitəsinin katibi yazı masasının arxasında tək oturub. Qaplan qorxaraq,
salamlaşır.

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Otur!

Q a p l a n. Niyə oturum?

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Otur!

Q a p l a n (ürəksiz kətilin kənarında oturur). Mən layihənin yoxlanması ilə nə qədər məşğul oluramsa, heç nə alınmır... Amma faciə göz qabağındadır.

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Bilirik... Aydınlaşdırarıq. Amma sən öz işini davam etdir...

Q a p l a n. Necə?

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Hə... Hə! Sənə deyirlər: get və işlə!

Torpaq işləri gedən yer. Qaplan layihə üzərində işləyir. Mişka yaxınlaşır.

Q a p l a n. Görürsən, Mişka, mən yenə də öz yerimdəyəm.

M i ş k a. Bəs necə... Mənim briqadamda hamı belə fikirləşirdi. Elə başqaları da danışırdılar.

Q a p l a n. Başqaları danışırdı, amma Altunsaç məndən üz döndərib.

M i ş k a. Sən ondan incimə. O, fəlakətdən dəhşətə gəlib... Hamı səni günahlandırırdı. Ona ağır idi. Mən bunu görürdüm.

Uzaqda yolda Saryov və Salman. Onlar Qaplana tərəf gedirlər.

S a r y o v (rişxəndlə). Sizi təbrik edirəm!

Q a p l a n. Nə ilə?

S a r y o v. Onun üçün ki, “şir” yenə də yerindədir.

Q a p l a n. Eybi yoxdur, “Cücəni payızda sayarlar”... Qaplana yaxınlaşırlar.

S a l m a n. Təbrik edirəm. Çox şadam.

S a r y o v. Amma bilirsiniz, yoldaş Qaplan... Pis hadisələrdən qaçmaq üçün, bilirsiniz, sürəti azaltmaq lazımdır. Əlimyandı nəyə lazımdır.

S a l m a n. Yoldaş Saryov, sürət nə şeydir! Bu qədər vəzifələrin qarşısında tısbağa yerişi ilə getmək olmaz axı.

Geniş müşavirə çağırılmışdır, burada Qaplan gələcək Mingəçevirin maketini nümayiş etdirəcəklər.
Müşavirə hələ başlamayıb. Dəvət olunanların çoxu oturub.
Qaplan, partiya komitəsinin katibi, Avak və Mişka bir kənarda dayanıb, söhbət edirdilər. Saryov
gəzişir. Salman aə Altunsaç pəncərənin yanında dayanıblar. Salmanın sözləri,
görünür, Altunsaçın xoşuna gəlmir.

A l t u n s a ç. Axı, sizin arvadınız, uşaqlarınız var...

S a l m a n. Onun savadı azdır, məni başa düşmür...

A l t u n s a ç. Siz axı partiyaçısınız, onu öyrətmək – sizin borcunuzdur!

S a l m a n. Amma mənim ürəyim Sizin haqqınızda düşüncələrlə doludur.

Случайное стихотворение

Другие произведения автора

Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 мин
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 мин
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 мин
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 мин

Стихи других поэтов