Содержание
  1. I. arvad əziz məxluqdur
  2. Iı. analıq hissi müqəddəsdir
  3. Iıı. arvadlara hörmət etməlidir
  4. Iv. arvada ixtiyar verməlidir
  5. V. analıq
  6. Vı. evdar arvad
  7. Vıı. arvad zövcəlikdə
  8. Vııı. arvadlar elmli gərək olsunlar
  9. Ix. anasız uşaqlar
  10. X. analı yetimlər
  11. Xı. analı uşaqlar
  12. Xıı. həqiqi ana

Страница 3 из 7 · 29%

V. analıq

Arvadın əsil vəzifəsi analıqdan, evdarlıqdan və zövcəlikdən ibarətdir. Bu çətin və çətin olduğu qədər də vacib işlərdən biridir. Bir analığa dair neçə cild kitab yazılsa kifayət eləməz. Ana insaniyyət yanında məsul olduğu üçün doğduğu balanın salamat və tərbiyəli olmağına səy eləməlidir. Bunun üçün də arvad ilə kişinin ilk görüşüb əlaqədə olmalarından tutmuş sonralaradək gözüaçıq olmalıdır. Məsələn, kişi arvadla kefli (sərxoş) zamanında əlaqədə olsa, bundan salamat övlad olmadığı kimi, dəlilərin, ürəkgetməlilərin, vərəm və siflis kimi azarları olanların da övladları azarlı və eyibli olar.

Bunları arvad ana olmamışdan qabaq gərək nəzərə alsın. Hamiləlikdə arvad yenə gərək elə dolansın ki, bətnindəki balaya xətər yetməsin. Bala dünyaya gəldikdə zəif və himayə edilməyə möhtac olur. Bu zaman ana çəmi səyini gərək balasını mühafizə etməyə versin. Statistikanın göstərdiyinə görə Qərbi Avropada cəmi ölənlərin üçdə biri beş yaşına çatmamış uşaqlar olur. Rusiyada avamlıq artıq olduğundan burada uşaq ölümü daha da artıq ittifaq düşür (60%)2

Yəqin ki, müsəlman ölkələrində bu tələfat Rusiyadan da şiddətli bir haldadır. Uşağın ölümü anaya bağlıdır. Ana kamil olsa uşağı ölümə verməz. Yoxsa avam olub gündə balasını çöpcüyə, dua yazana və qeyri- yerlərə aparsa, əlbəttə tələf olub gedər. Uşaq gərək tez-tez çimdirilsin, paltarı dəyişilsin, vaxtında yatırılsın, gündə neçə saat da təmiz havada gəzdirilsin.

Cismani tərbiyədən savayı uşağın ruhani və ya əxlaqi tərbiyəsi də var, bu da uşaq ananın qucağında ikən başlanır. Əsil tərbiyə bundan ibarətdir ki, buna da ev tərbiyəsi deyirlər. Hərgah bu tərbiyə yaxşı oldu, uşaq gələcəkdə xoşbəxt olur, yaxşı olmasa, evdə tərbiyə görməmiş uşağı məktəb düzəldə bilmir. Çünki altı-yeddi yaşadək uşaq gördüyünü götürür, məktəbə hazır gəlir. Daha uşağın cəmi vücuduna yerləşmiş tərbiyəni məktəb uçurmağa qadir ola bilmir. Atalar demişkən “südlə gələn sümüklə çıxır”. Ana tərbiyənin nə dərəcədə vacib olmağını gərək düşünsün. Özünü islah edib övladına örnək (sərməşq) etsin. Yalan, oğurluq və əxlaqən pozğun hərəkətləri balalarına qadağan eləsin. Onları pis yoldaşdan gözləsin, başlı-başına buraxmasın.

Д-P Epмaнyэлa Л.M.Meйep. Oт дeвoчkи k жeнщинe.
Пp. Boдлый. Cтaтиcтиka

Bala sual verdikdə, ana gərək ona acıqlanmasın, onun sualına ehmallıca cavab versin, cəhd eləsin ki, cavabı ciddi və doğru olsun. Uşaq gözünü açıb ətrafındakıları gördükdə onları bilmək istəyir. Odur ki, hədsiz və hesabsız suallar verir. Beləliklə balalar məlumat toplayırlar. Səhih məlumat uşağın ağlını genişləndirir, avam sözlər isə onu axmaq ə gülünc bir hala gətirir. Uşağı məktəbə qoymaq da analara mühəvvəl olunur, çünki kişilər həmişə çörək dalınca gedirlər, övladlarından xəbərləri olmur. Ilk oxumaq və yazmağı da ana öyrədir. O, uşağı zora salmamaq üçün oyun təriqilə öyrədir, hərdən bir az.

Uşaqlar ilbəil böyüyüb bir yaşdan o birinə keçdikdə yenə yaşlarına müvafiq analarına möhtac olurlar. Ana həmişə balaları ilə bir yerdə olduğu üçün onların hər bir sirrinə bələd olur (olmasa da gərək olsun ki, onları düz yola dəvət eləsin), onların namusunu gözləməyə və onları çirkin hərəkətdən çəkindirməyə qadir ola bilir. Ələlxüsus balalarçhəddi-büluğa çatdıqda ana artıq lazım olur. Bu zaman analar gərək övladlarından artıq mütəvəcceh olsunlar (...)

Vı. evdar arvad

Evdarlıq geniş məlumat və böyük məharət istəyir. Hər arvad evdarlığın bacarmaz, ələlxüsus savadsız və avam arvad. Ev bir məmləkətə bənzəyir, evdar arvad da onun padşahına. Padşah yaxşı olsa, məmləkət də nizam və qayda ilə dolanar. Şərt bir qazan bişmişi ocağın üstünə qoyub qaynatmaq deyil, arvad gərək evin hər bir dairəsinə nəzər yetirsin. Ən əvvəl təmizliyə diqqət versin. Ev hər gün silinib süpürülməlidir, otaqlarda hər şey öz yerində qayda ilə qoyulub baxanlara səliqə nə olduğunu duydursun. Külfət üzvlərinin təmiz libas geyməyinə evdar arvad çalışmalıdır. Mətbəxin nizamı da xanıma bağlıdır: aşbaz da hazırlasa, xanımın gözü bişmişin üstə olmalıdır ki, külfət təmiz və dadlı xörəklər yeyə bilsin. Evdar arvad səy eləməlidir ki, israf olunmasın, evin məkulatı hədər yerə dağılmasın. Bacarıqlı arvad evdə qış üçün tədarük görər, cürbəcür mürəbbələr bişirər, turşular və şorabalar (duzlu xiyar və qeyri) hazırlar, göyərti və meyvə qurudar, riçal qayırar. Qoçaq arvad hər şeydən mənfəət götürər, həyətdə qəşəng ləklər saldırıb göyərti əkdirər; toyuq, xoruz saxlar, kürt düşənini vaxtında basdırar, cücə çıxardarlar. Mümkün olsa inək saxlarlar ki, südü ilə balalar bəslənsinlər... Xülasə evdar arvadın vəzifəsi çox çətindir. Böyük hünər və qanacaq istəyir. Evə bir qonaq gəldikdə kişinin başını uca eləyən arvad olur. Lazımi bir qayda ilə qonağı qarşılayır, söhbətlərlə məşğul edir. Sonra çörək masasına dəvət eləyir. Buraların səliqəsi evdar arvadın ləyaqətli olub-olmamağını göstərir. Arvad oxumuş, qanacaqlı və bacarıqlı oldu, ailənin üzünü güldürəcək, yoxsa vay ərin halına.

Getdikcə yaşamaq çətinləşir, çörək yolları azalır. Biçarə kişilərin zəhməti daha da artır. Özlərini oda-közə vurub külfətin yaşamağı üçün pul qazanırlar. Işdən sonra yorğun bir halda evə qayıtdıqda ev kişilər üçün gərək bir dincəlmək məkanı ola. Burada onlar gərək cəmi dərdlərini yadlarından çıxardıb rahat olsunlar, özlərini xoşbəxtlik aləmində görsünlər. Kişi üçün bu xoşbəxtliyin əmələ gəlməsi arvadın kamilliyinə bağlı deyilmi? Kişi axşam evi təmiz və işıqlı, bişmişi hazır, balalarını tərbiyəli gördükdə əlbəttə dərdləri yadından çıxar. Arvadın xoş rəftar və uşaqların mehribanlığı kişi üçün böyük xoşbəxtlik gərək olsun.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов