Ana və analıq
Содержание
Страница 5 из 7 · 57%
Ix. anasız uşaqlar
Uşağa adamlıq şəkli verən tərbiyə olur, yaxşı tərbiyə olmasa, bunlar insana məxsus hərəkətlərini itirib heyvana yavıqlaşırlar. Tarixdə bir xeyli uşaq adı var ki, dağlarda, daşlarda anasız böyüyüb adamlıqlarını bilmərrə məhv ediblər. Məsələn: nağıl eləyirlər ki, 1657-ci ildə Qrudna vilayətində litvalı bir uşağı ayıların əlindən alıblar. Uşaq meşədə bunlarla ömür keçirirmiş. Uşağı gətirirlər Varşava şəhərinə, ad qoyurlar və xaç çəkdirib xristianlığı qəbul etdirirlər. Uşağın sifətindən görünürmüş ki, təqribən onun on iki yaşı var. Başının ağ və uzun tükləri var imiş. Barmaqları uzun imiş. Alnı ortabab, səsi də ayı səsinə oxşayırmış. Uşaq yeriyəndə dördayaqlı heyvan kimi əyilib əlləri ilə də gedirmiş. Bir çox zəhmətdən sonra buna ayaq üstə yerimək öyrədirlər. Uşaq danışa bilmirmiş, ancaq hərdənbir ayı səsinə bənzər bir səs çıxardırmış. Onun üzü və əlləri şırımlarla dolu imiş. Görünür ki, ayılarla cırmaqlaşırmış. Bu anasız uşaq tamam heyvanların dolanışığını götürübmüş. Paltar geymək istəmirmiş. Yediyi ya ot olurmuş, ya çiy ət. Sonralar böyük bir əziyyətlə uşağa bişmiş yeməyi və insan kimi danışmaq öyrədirlər.
П.Лeгaфт. Ceмeйнoe вocпитaниe peбeнka и эгo знaчeниe.
“At atın yanına bağlansa, ya halını götürər, ya xasiyyətini” fəhvasınca bu insan övladı heyvanlarla yoldaşlıq elədikdə özü də heyvana bənzər bir şey olubmuş. Əlbəttə bunun anası olsa idi, buna tərbiyə versə idi, belə olmazdı.
Bir ayrı vəhşiləşmiş qız barəsində belə nağıl eləyirlər. 1731-ci ildə Şampan vilayətinin Sonqi adlı kəndinə doqquz-on yaşında bir qız gəlib çıxır. Qızın əlində bir ağac var imiş. Özü ayaqyalın, bədənini də əski parçaları və dəri qırıqları ilə örtmüş imiş. Kənddə bir iti qısqırırlar, yüyürür, buna tərəf. Qız əvvəl etinasızlıq edib iti lap yaxına buraxır. Sonra başına bir elə ağac vurur ki, it yerində gəbərir. Bir az keçmiş qız kənddən qaçır çölə. Burada cəld bir ağaca dırmaşıb yatır. Oyandıqda bunu çağırıb düşürürlər yerə. Gətirib bir imarətdə saxlayırlar. Burada buna bir dovşan verirlər, yırtıcı heyvan kimi o saat əzikləyib çiy-çiy yeyir. Qızın bədəni çox salamat imiş. Barmaqları ağaca dırmaşmaqdan iri və qüvvətli idi. Özü də belə müdrik imiş ki, bir ağacdan o birinə sıçrayırmış, olduğu evin divarlarını və taxtapuşunu deşib istəyirmiş ağaclara tullanıb qaçsın. Qızın tərpənişi belə cəld imiş ki, ovu göydə alırmış, suda da gözəlcə üzüb tutduğu qurbağaları və balıqları yeyirmiş. Bu da danışmaq bilmirmiş, bunun əvəzində çığırırmış. Iki il bu qıza tərbiyə verildikdən sonra yenə heyvanlara məxsus hərəkətlərindən əl götürmürmüş: yediyi çiy ət, yarpaq və bitkilərin göyü olurmuş.
Bu heyvanlaşmış uşaqların tərcümeyi-halı buna dəlalət edir ki, anasız demək tərbiyəsiz deməkdir. Analı bir uşağın tərbiyəsi olmasa, ona da anasız desək səhv etmərik. Çünki nadan anaya ana demək yaraşmaz. Analıq bir uşaq doğmaqdan ibarət deyil. Ana insanlara cismani və ruhani dirilik verən arvadlara deyirlər ki, elm və çox biliklə islah olunub kamilliyə çatıblar. Ana o əziz arvadlardır ki, nəcib övladlar bəsləyirlər. Bu övladlar öz şəxsi və ictimai vəzifələrini anlayırlar: Həm özləri xoşbəxt yaşaya bilirlər, həm də özgələrinin bəxtinə sədd çəkmirlər. Ana həqiqi bir arvaddır ki, tərbiyə verib meydana çıxartdığı övladı yaşadığı mühitdə ata və anasının başını uca eləyir, xoş əxlaqı, elm və istedadı ilə hamının rəğbətini qazanır.
Məsəlində deyildiyi kimi
П.Лeгaфт. Ceмeйнoe вocпитaниe peбeнka и eгo знaчeниe
Oxumamış və avam arvadların analıqda heç haqqları yoxdur. Bunların özləri qanacaqsız, övladları daha da pis. Bunlar heyvanlaşmış uşaqlardan pis hərəkətlər edirlər. Küçədə toza, torpağa bulaşan, paltarını cırıqlayan, onun-bunun evini daşa basıb qıran uşaqlarımız vəhşi bir hala gəlmişlər deyillərmi? Heyvanda yenə bir yaxşı sifət var ki, danışmır, bizim uşaqlar isə ağızlarını açdıqda elə söyüşlər söyürlər ki, adam həya eləyir, qızarır. Iki-üç müsəlman uşağı bir yerə yığılanda dava salıb bir-birinin baş-gözünü əzirlər. Hətta bir evdə bir ata-ananın övladları axşamadək vuruşmada-deyişmədədirlər.
Bunlar anasızlıqdan deyilmi?
Uşaqlıqda özbaşına buraxılıb oğurluğa adət edirlər. Camaatı təngə gətirib malını və mülkünü dağıdırlar. Axırda da bir neçə adam öldürəndən sonra namussuz bir ölümlə tələf olurlar. Bu işlər də anasızlığa dəlalət eləmirmi? Təkcə buna iman etməlidir ki, cəmi dərdlərimizin səbəbi anasızlığımızdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-ana-ve-analiq
Другие произведения автора
AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)
Tarixi, coğrafi və iqtisadi AzərbaycanTARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz
Litva tatarlarının tarixiLİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.
Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın!AZƏRBAYCAN MUXTARIYYƏTI AYILIN, TOPLAŞIN!*Türk millətinə xitab
Стихи других поэтов
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Cəmalın şəminə, cana, yanar pərvanələr bir-birCəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.