Bir cavanın dəftəri
Страница 6 из 9 · 56%
18 həziran. Bu axşam yeznəmin mağazasının qabağında oturub bazardan ötüb keçənə tamaşa edirdim. Qarşımdan iki qız keçdi. İkisi də məktəb qızı idi. Biri mənə bir elə halda nəzər elədi ki, elə bil gözlərini məndən çəkməyə bir o qədər də qadir ola bilmirdi. Onun nəfis bənizi və qara gözləri zehnimi istila elədi. Belə ki, fövrən əsir oldum. Özüm də heyrət içindəyəm...
19 həziran. Yavaş-yavaş xalama bələd oluram. Görünür, şəhərdə buna tabe arvadlar çox imiş. Xalam da Seyid Cahanın müridlərindəndir. Seyid Cahan bir arvaddır ki, bu şəhərdə əvvəl ocaq (pir) çıxardıb. Ona görə onun xatiri camaat arasında mənzurdur. Məclisə daxil olduqda hamı dik ayağa qalxır. Seyid Cahanın sağ tərəfində xalam oturar və onun nə əmri olsa camaata bildirər. Xeyir və ya şər xörəyi verildikdə Seyid Cahan əli ilə boşqaba plov qoyar və xalam onu məclisdə gəzdirib hərəyə bir neçə düyü dadızar Seyid Cahanın əli dəyən plovdan arvadlar
savab qazanarlar.
Aşqabadda yaşayan azərbaycanlılara işarədir.
Xalamın əri Kərbəlayı Əsəd ixtiyarsız bir kişidir: xalam nə deyərsə, o da onu qəbul edər. Bunlar bir-biri ilə çox mehriban dolanarlar. Heç aralarında sözləri çəp gəlməz. Özləri də dünyadan çox razıdırlar. Ancaq bircə dərdləri var – övladları yoxdur. Çox dualar yazılıb, çox nəzirlər olunub – nəticəsi görünmür. Bu yolda xalam çox çalışır. Kərbəlayı Əsədin bişmişinə ədviyyələr qarışdırır, ona kasni və bədmüşk arağı içdirir. Özü də çilləsini kəsdirir, axar su üstünə çıxır, qurd dərisinin altından keçir, duaçı və falçıya gedir. Zənn edirəm ki, bunların övladı olsa, onu istədiklərindən boğub öldürərlər. Çünki uşağa olan məhəbbətləri ölçüyə gələn deyil.
20 həziran. Dünən axşam yenə həmən qaragöz qıza rast gəldim.
Lətif qızdır. Məni görcək başını çiyninə qoyub həsrətlə baxdı. Nəzərimiz bir-biri ilə görüşüb elə bil dərdləşməyə başladı. Mən qaldım kənarda, nəzərimsə onun nəzəri ilə dostlaşıb getdilər. Nazikbədən qız əli ilə şlyapasını tutub uzaqlaşırdı və hər addımı zehnimdə izlər buraxırdı.
Bekarçılıqdır. Gündüzlər istidən evdən çölə çıxmaq mümkün deyil. Pəncərələrin dal qapılarını bağlayıb yazıram. Hər nə ağlıma gəlir onu kağızda qeyd eləyirəm. Istəyirəm məhəlli müsəlmanlara dair bir məqalə yazam, göndərəm qəzetə. Bir də deyirəm qoy qalsın. Buranın müsəlmanları ya Mərakeş müsəlmanları, fərq yoxdur. Hamısının azarı avamlıqdır. Məktəb lazımdır. Məktəb olmasa, fikirlər pasdan xilas ola bilməz. Bu nəsil gərək özbaşına qoyulsun, gələn nəslə tərbiyə və təlim verilməlidir. O böyüdükcə köhnə nəsil ölüb gedəcək və özü ilə də eyiblərini aparacaq. Ona görə bu nəsli tərpədib acıqlandırmamalı. Elə eləməli ki, övladlarını üsullu milli məktəbə göndərsinlər. Vəssalam. Yoxsa yüz min vəz eləyəsən, Kərbəlayı Əsəd dönüb avropalı olmayacaq. Köhnə adamları təzələmək həm o adamlara ziyandır, həm millətə.
Burada bir şəxs var. Əvvəllər məşhur molla olub. 1905-ci il inqilabı bunu “ayıldıb”, indi şürbi olub düşür çöllərə. Bunun rəyincə avropalılıq və mədəniyyət ancaq şərab içib küçələrdə tərbiyəsiz əməl-
İçkiçi, Şərab düşgünü.
lər törətməkdə imiş. Bu misaldan bircə mətləb hasil olur: köhnələrin təzələnməsi faydasız olur. Quru ağacı düzəltməyin çarəsi ağacı sındırmaqdadır. Yaxşısı budur ki, yaş çubuqlardan başlayaq. Çubuqlar da balalardır. Bunlara tərbiyə verməli ki, düz bitsinlər. Yaşasın çocuqlar.
21 həziran. Yenə ürəyimə qəm dolmuş. Bilmirəm məndən nə istəyir. Xəstə kimiyəm. Lakin bu qəm qeyri qəmlərə bənzəmir. Ürək sancısından həzzlər görürəm. Bilmirəm mənə nə olub. Ətraf məzmununu məndən ötəri dəyişib. Səbəbsiz ağlamaq istəyirəm. Güman ki, eşqə giriftar oluram, sevmək istəyirəm. Ürəyim tez-tez əsir. Qaragöz qız da varlığıma gün-gündən malik olur. Onu görmək istəyirəm. Onun xoş baxışı etina ilə doludur. Mənə qalib gələn də etinadır.
Qara gözlər! Birisi qəsdi-can eləyir. Bəs o birisi nə eləyir? Ona da mən qurban olaram...
Bu axşam yenə “Qaragöz”ə rast gəldim. Qızardı. Gülümsündü. Biləsən üzündə nə qədər məlahət var. Qəsdən qarşımda durdu və başladı bir uşaqla söhbət eləməyə. Getdi, yenidən geri qayıtdı və yenə mənə baxa-baxa ötdü. Mən də onu təbəssümlə qarşıladım və yanıqlı gözlərimlə müşayiət elədim. Başdan ayağa nəzər yetirdim.
Xurmayı saçına abı lent bağlamışdı. Sarı, zərif çəkmələri vardı. Ürəyim sızıldayır. Tanış olmaq istəyirəm. İstəyirəm onunla danışıb gəzəm. Nə böyük xoşbəxtlik! Mümkünmü?
22 həziran. Student Nəsib vədə vermişdi ki, məni şəhərin siyasi adamları ilə tanış eləsin. Özü ictimaiyyun, inqilabiyyun firqəsinə mənsub olduğu üçün məni öz adamları ilə tanış elədi. Həftədə iki dəfə bizə məruzə oxuyacaqlar. Bu çox yaxşı oldu. Bilərəm görək dünyada nə var. Doğrusu, siyasi işlərlə az aşnayam. Rusiya inqilabı gərək mənə də bir şey versin.
Əlbəttə, qovğaya girdiyimi xalam və Kərbəlayı Əsəd bilməyəcəklər. Çünki bilsələr, təşvişə düşərlər. Müsəlmanlar siyasi işlərdən çox qorxurlar. Studentlərin həbsə alınmağını eşitdikdə deyirlər:
– Heyf, zəhmət çəkib oxumuşdu, əməyi zaye oldu. Kişilərin övladlarına əvvəlinci nəsihəti budur:
İctimaiyyətçilər
Inqilabçılar
– Başını aşağı sal, öz işində ol. Padşahla padşahlıq eləmək olmaz.
Xülasə, qara lələşin ictimaiyyun firqəsindəndir. Amma bilsələr qorodovoylar tutub apararlar həbsxanaya. Qəribə şeylər Nəsib nağıl eləyir. Moskva inqilabında bunu az qalıblar öldürsünlər. Libasını dəyişib qaçıb. Neçə təzkirəsi və paltarı var. Bu gün onu tutmaq fikrinə düşsələr, qiyafəsinə təğyir verib şəhərdən gedər. Nəsibin başına min oyun gəlib. Bir ay bundan əqdəm bir nitqinin üstə on beş gün qazamatda yatdı. Çıxan kimi yenə işindən əl çəkmədi.
Dədəsi bir fəqir adamdır. Müsəlmanlar onu sonsuz bilirlər. Deyirlər:
– Nəsibdən ona haray olmayacaq.
...Bu axşam xurmayı saçları görməsəm divanə olasıyam. Yəhudi şagirdlərindən təvəqqe edəcəyəm məni tanış eləsinlər. Ümidim də budur ki, tanış olam. Deməli, bu axşam məni böyük bəxtəvərlik gözləyir.
Məhbubəmin zərif əlini əlimə aldıqda, bilmirəm ruhum hansı göylərə yüksələcək. Bəli, cənnət quşları kimi uçacağam.
23 həziran. Dünən axşam şəhərə çıxdım. Tanışlıq dursun kənarda, məhbubəmi görə də bilmədim. “Sən saydığını qoy dursun, Murad, gör usta Kərim nə sayır” – demişlər. Deməli, cənnət quşu ola bilmədim. Qanadlarım mafraq imiş.
Bu gün heç yerə çıxmayacağam. Başıma gün vurub, zökəm olmuşam. Şəhərdə isti 58 dərəcədir. İtlər həyətdə torpağı eşib özlərinə dam qayırıb gizləniblər. Toyuqlar qanadları düşük bir halda ləhləyirlər. Dünən qəribə bir iş gördüm: bir pişik mis məcməidə uzanıb qaşıqları qucağına basmışdı.
Bu istidən sonra xalq gecələr bağlar guşəsinə çəkilir. Cavanlar üçün həftədə iki axşam klubda seyr olur. Musiqi və rəqs hamını oraya toplayır. Gözəl keçir, heyf ki, mən rəqs eləmirəm. Hamı da təəccüb eləyir. Daha demirlər ki, bizim evlərdə dərd və xiffətdən başqa ayrı şey yoxdur. Hər kəs çox xiffət çəkir, ona “namuslu” deyirlər. Cavan üçün musiqi, nəğmə, şad bir məclis qadağandır. Rəqs eləmək, ələlxüsus Avropa rəqsi, bəlkə də günahdır. Biz gün görməmişik, zindan çəkmişik.
Məhəllədə bir adam ölsə gərək hamı ona yas saxlaya, yəni qırx gün oxumaya, çalmaya, kef və ləzzətdən əl çəkə. Bu gün biri ölür, sabah biri, o biri gün bir ayrısı. Sən də təziyə saxlayırsan. Bir ölünün qırxı çıxmamış, bir ayrısı ölür, onun qırxı çıxmamış bir qeyrisi tələf olur. Xülasə ömürdən bilmərrə vaz keçirik (osmanlı demişkən).
Əcnəbi balaları da məndən təəccüblə soruşurlar ki, niyə rəqs eləmirsən? Deyirəm: “xədiməm”, deyirlər “neçə oğlun var?”. Dirilər elə bilirlər ki, ölülər halva yeyir. Deyirəm: “Canım, gözüm əcnəbilər. Vallah biz halva yemirik. Ölülər halva yeməzlər”. Biz ölüyük. Bizim qayəmiz axirətdir. Axı, bizə bu “fani” dünya nə lazım. Qoy “murdar” əcnəbilər bu dünyanın ləzzətini aparsınlar. Canım biz ölüyük. Biz halva yemirik. Vəssalam.
24 həziran. Nə xoşdur məhbubəyə rast gəlmək. Nəfəsin tutulur. Qan dalğaları yanaqlarına çırpır. Gözəl yavıqlaşır. Sən özünü itirirsən. Gözlərin dünyada məhbubədən başqa heç kəsi görmək istəmir. Varlığına hüsn yağır. Ənbərin saçların rayihəsi aləmi bürüyür. Cənnət qapısı açılır. Huri simalın sənə qəmzələr bəxş edir. Qönçə dodaqlarında təbəssümlər oynayır. Pəh! Pəh! Gözəlin səxavətinin ucubucağı yox. Lütfünün bərabəri yox.
Məst olma gözlərim – fürsəti fövt eləyirsən. Gözəl başını çiyninə qoyaraq qüruba doğru gedən günəş kimi “əlvida” demək istəyir.
Sərxoşluq aludəsi olma gözüm – səxavət qapıları bağlanır.
Qoyma günəş batır, zülmət ətrafı bürüyür.
Heyhat! Məhbubə keçdi. Şadlıq rayihəsi də özü ilə getdi. Hüsn aləmi itdi. Həqiqət acısı damağa çökdü. Ətraf mənhus simasını ehya etdi. Eyiblər, qabalıqlar ortaya çıxdı. Cəmi vücudum yasa büründü. Bircə laqeyd hafizəm fəxrlə məhbubəmin təsvirini saxlamağa çalışır.
Elə bil qəmli gözlərimə demək istəyir: “Qəm yemə, kəmfürsət gözlər, bağçamdakı gözələ tamaşa etməyə muxtarsan”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-bir-cavanin-defteri
Другие произведения автора
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.
Aprelin birindəBunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Стихи других поэтов
Gördü ki, bir ovçu dam qurmuş,Daminə qəzallər üz urmuş.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
چون کار من از شهاب بر چرخ رسیدوز دست غمم به لطف خود باز خرید