Biz kimik və istədiyimiz nədir
Содержание
Страница 4 из 4 · 75%
Vıı. ədliyyə işləri
Hər bir məmləkətin yaxşı və pisliyi onun qanunu ilə bilinir. Məsələn, Almaniya dövləti dedikdə yadımıza oranın qanunu düşür. Oranın nizamı xalqın rahatlığı, məmləkətin möhkəmliyi bütün oranın qanunlarının dövlətindədir. Almaniyadan sonra İrana nəzər saldıqda oranı alt-üst görürük. Çünki oranın qanunu da alt-üstdur.
Qanunun yaxşılığı onun zəmanəyə və əmrə müvafiq olmasıdır. Bu da onda olar ki, ömür qabağa getdikcə qanun da qabağa gedə. Yəni köhnə məzmununu dəyişib, təzələşə – Avropanın cəmi inqilabları qanunun dəyişməsi üstdədir. Köhnəpərəstlər and edib, qədim qanunların qalmasını istiyorlar. Inqilab isə qədim qanunları uçurub, əvəzində təzəsini yazır. İran, Buxara və bu kimi müsəlman dövlətlərinin ümdə bədbəxtlikləri bundadır ki, qanunları köhnəlib, dəbdən düşüb. Biz Azərbaycanımızı bəlaya salmamaq üçün gərək ölkəmiz yeni yazılmış ədalətli qanunlar ilə dolansın. Cəmi ədliyyə məhkəmələrimiz gərək qanunlara tabe olub, müdaxilədən hifz olunsun. Məhkəmə işinə hər yetən qarışar isə, məhkəmə bitərəfliyini və ədalətini itirər. Birisi bir təqsirli iş tutarsa, məhkəmə onun işinə baxıb qərar çıxarmalıdır. Bu qərar qanun üzrə təsdiq olunmamış o adam cəzalanmamalıdır.
Qanun bitərəf olduqda hamı onun qabağında bərabərdir. Bu gün məmləkətin vəziri bir adama zülm eyləsə, ikisi də məhkəməyə çəkilməlidir.
İki tərəf də məhkəmə qarşısında danışıb, dərdini diyor. Sonra təqsir isbat olunduqda, məhkəmə qanuna baxıb olunan zülmə görə iş kəsir. Daha vəzirlik mənsubiyyəti nəzərdə tutulmur. Çünki qanun gərək nə padşah tanısın, nə gəda. Hər kəs təqsirlidir – qanun onu tanımalıdır və onun tənbehi üçün məhkəməyə müraciət etmək hər kəsə müyəssər olmalıdır.
Bunun üçün də məhkəmə xərci ləğv olunub, mühakimə müftə və pulsuz olmalıdır.
Məhkəmə adamlarının qulluğu həmişəlik olmalıdır və məvacib tərəfdən korluqları olmamalıdır. Çünki bunlar qulluqdan qovulmaqdan qorxub, gələcəkdə aclıq, möhtaclıq qorxusu çəksələr, işə bitərəf baxa bilməzlər. Hakimlərin heç kəsə və heç şeyə ehtiyacları olmamalıdır.
Böylə olduqda rüşvətxorluq da olmaz.
Vııı. maarif işləri
Hər bir məmləkətə təzə qüvvə verən, onun qabağa getməsinə səbəb məktəb olur. Hansı məmləkətin məktəbi, nizami olsa və sayca artıq olsa o biri məmləkətə qalib gəlir – istər davada, istər ticarətdə, istər sənətdə. Məktəbsiz millət rişəsiz ağac kimidir; diriliyi üçün lazım olan qüvvəsi olmayıb, quruyub candan düşər. Məktəb təzə fikirli adamlar yetirir. Bunlar da cəmaətin məişətini dəyişməyə çalışırlar.
Böylə olduqda Azərbaycanda məktəb və maarif işinə artıqlığınca çalışmalıyıq. Bu barədə bizim firqəmiz “Müsavat”ın fikirləri böylədir:
Maarif işlərində din, millət, arvad və kişilik bilmərrə kənara qoyulmalıdır: elm yolunda hamı bərabərdir. Deməli, maarif işinə dövlətimiz pul buraxdıqda hamının ehtiyacını nəzərdə tutar.
Maarif işlərində bitərəflik olan kimi azədəlik də gərək olsun.
Məktəb elm ocağıdır, daha buraya heç kəsin qarışmağa hünəri yoxdur. Vətənimizdə Avropa qaydası hər bir məktəblər açılmalıdır.
İstər şəxs, istər idarə və camaat məktəb açmaq və maarif üçün çalışmağa azaddırlar.
Məktəblər öylə gərək düzülsün ki, aşağıdan ortaya və ortadan yuxarı məktəblərə keçmək asan olsun. Yuxarı məktəblər daxili işlərində azad olmalıdırlar. Hökumətin bu məktəblərin xüsusi idarəsinə qarışmağa ixtiyari olmamalıdır. Xalqın oxumasına meydan vermək uçun aşağı məktəblər məcburi və müftə olmalıdır. Yəni hər bir ata və ya ana borcludur ki, övladını məktəbə göndərsin, məktəbin də borcu budur ki, uşağı pulsuz oxutsun. Ata və ana övladlarını məktəbə göndərməsələr, onlar da cərimə və ya tənbeh olunmalıdır...
Dil məsələsinə gəldikdə, əlbəttə Azərbaycan məktəblərində işlənən türk dili olmalıdır. Çünki buranın çox cəmaəti türkdür. Ona qaldı qeyri xırda millətlərə, onların da dili qadağan olmasın. Hərgah lazımi miqdarda uşaqları var isə məktəblərində öz dillərində dərs verilir.
Bizim dil (türk dili) dövləti dil olduğundan, əlbəttə, onu bilmək cəmi azərbaycanlılara vacibdir.
Ix. axırkı sözlərim
Firqəmiz “Müsavat”ın məqsədlərini nəql eyləyib qurtardım. Hər kəs ki, bizim yuxarıda yazılan fikirlərə şərikdir, bizim cərgəyə keçməlidir: yəni “Müsavat” firqəsinə yazılmalıdır. Öylə ki, bizim fikirli adamların sayı artdı, onda biz fikirlərimizi tamamilə əmələ gətirə biləcəyik. Ümidimiz budur ki, bundan məqsədlərimizə çataq.
Fikirlərimizi yerinə yetirməyə hazırkı vaxtdan əlverişli bir zaman olmayacaq. Ona görə Vətənimizi hifz etmək üçün firqəmiz başına yığılın.
Sağ olsun bizim fikirlərə şərik olanlar! Yaşasın Azarbaycan istiqlalı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-biz-kimik-ve-istediyimiz-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm siyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra “şahidlər” in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə,
İkinci kitab, bir neçə söz“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.
İkinci kitab, birinci hissə1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.
İkinci kitab, ikinci hissə1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
Стихи других поэтов
Könül çıxart başdanBu xam sevdanı
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,