Birinci hissə
Страница 16 из 20 · 75%
Ağaməmmədin göstərişinə görə donanma gözəl qarşılandı, komanda və tayfaya qarşı xoş rəftar göstərilib, etimadlarını qazandıqdan sonra bir gün hamısını sahilə qonaq çağırıb əsir etdilər. Bir müddət ayaqlarında gündə zindanda yatdıqdan sonra Ağaməmməd “xəbər tutdu”, onları buraxdırıb, hörmətlə yanına çağırtdırdı: “Iran torpağında bir addım yer belə sizə verilməyəcək, bunu qəbul etsəniz, sizi azad edərəm” – deyə şərt qoydu. Qraf Voynoviç istər-istəməz razı olmağa məcbur idi. Buraxılan kimi donanmasına minib Iran sahilindən uzaqlaşdı...
Bu fövqəladə vəziyyətə dair sarayda bir iclas çağırıldı. İbrahim xan bütün ağaları və bəyləri yığmışdı. Mirzə Əliməmməd ağa öz gizli vəkilləri vasitəsilə aldığı xəbərləri söylədi və bu xəbərlərə bir dənə də olsa, şəxsi mülahizə əlavə etmədi. Məclis dərin bir sükutda idi; kimi təsbeh çevirir, kimi qəlyan çəkirdi. Mirzə Əliməmməd məruzəsini bitirmişdi, lakin kimsə danışmağa cəsarət etmədi. Xan ətrafındakılara göz gəzdirib, arabir:
– Ağalar, bəylər, – deyirdi: – deyin görək, fikriniz nədir? Qopan zəlzələni duymursunuzmu?..
Kimsədən cavab çıxmırdı. Vaqif xandan müsaidə alıb, sözə başladı:
– Xan sağ olsun, – dedi. – Mirzə Əliməmməd ağanın verdiyi xəbərləri eşitmişdim. Məncə hələ təlaşa düşmək lazım deyil. Hələlik xoş rəftardan başqa əlacımız yoxdur. Fətəli xan kimi açıqdan-açığa rus tərəfinə keçib, Ağaməmməd xanla düşmənçilik etmək qorxulu yoldur.
Çünki Arazı aşıb ellərimizi talan edə bilərlər. Ağaməmməd bizə müraciət
Arı şəhəri
edib itaət tələb etsə, məsələni təkrar müzakirə edərik, hələlik hazır durmalı və məqam güdməliyik. Başqa çarəmiz yoxdur. Bilirsiniz ki, iki od arasındayıq.
Vaqifin fikirləri hər kəsin üzündə təsvib ifadəsi doğurdu, başların əyilməsi ilə hamının bu fikrə şərik olması meydana çıxdı. İbrahim xan yenə ağalara və bəylərə müraciət edərək:
– Nə dərdiniz var, deyin, daha ürəyinizdə bir şey qalmasın, dedi.
Məmmədhəsən ağa gülümsünərək dedi:
– Daha Axund Molla Pənah kimi cahandidə bir adamın sözündən sonra nə deyəcəyik! Hələ ki, Ağaməmməd xanın başı qarışıqdı; Şirazın və Isfahanın üstünə gedərkən, bəlkə də Murtuzqulu xan rusların köməyilə Astrabadı tutacaq. Hələ ki, bir şey məlum deyil.
Yenə məclisi sükut bürüdü. Məmmədhəsən ağanın öskürəyi sükutu pozdu, o, dəsmalı ilə ağrını silib sakit olandan sonra: – Başqa nə xəbər var? – deyə soruşdu.
Vaqif xanın müsaidəsilə cavab verdi:
– İravan xanı Ərzurum və Qars paşalarına müraciət edib. İraklidən üzülüşmək istəyir. Paşalar da bizə məktub yazıb, Açıqbaşa39 kömək etməmizi rəva görməyiblər. Biz də bir elə kağız yazdıq ki, nə hə çıxdı, nə yox. – Vaqif gülümsündü, məclisdəkilər də Vaqifin hərəkətindən xoşlandılar. – Paşalar buradakı işlərdən baxəbər deyillər – işin bu vaxtında İrakli xanla olan dostluğumuza xələl vura biləcək heç bir hərəkətə yol verilə bilməz. İravan xanı istəyir ki, İrakli xana ildə verdiyi altı min tüməndən boyun qaçırsın: keçi can hayındadır, qəssab da piy axtarır, – Vaqif güldü, xan da gülərək başını tərpətdi.
Bu əsnada qapı ehmal açıldı, içəri 17-18 yaşlarında qırmızıyanaq, burnunun dəlikləri geniş bir gənc girdi. Bu yeni mirzəliyə keçmiş Camal†idi. Mirzə Camal əllərini bürmət‡arxalığının döşünə qoyub, salam verdi və ibarətlə:
- İrakliyə
† Burada məşhur “Qarabağ tarixi” adlı əsərin müəllifi Mirzə Camal nəzərdə tutulur. O, bir müddət
Pənah xanın və onun oğlu İbrahim xanın yanında mirzəlik etmiş, Vaqif öldürüldükdən sonra isə vəzirlik
vəzifəsinə təyin edilmiş və 1822-ci ilə qədər (Mehdiqulu xanın vaxtında) bu vəzifəni daşımışdır.
‡ İsfahan çiti
Təsəddüqün olum, xan, – dedi, – Bakı xanı Hacı Məlikməmməd xan hüzuriəlahəzrətlərinizə yetişmək arzusundadır.
Xan Mirzə Camala tərs-tərs baxdı. Camalın yanaqları daha da qızarmağa başladı.
– Hacı Məlikməmməd xan? – deyə xanın gözlərində qəzəb şimşəkləri oynamağa başladı. – Fətəlinin yeznəsi?..
Hamı bir-birinin üzünə baxdı. Məclisə bir qorxu çökdü. Vaqif xana tərəf əyilib, ehmal bir ifadə ilə nə isə pıçıldadı. Xanın sifəti dəyişildi:
– Şahməmmədin evinə aparılsın! Hələ görüşməyə vaxtım yoxdur... Sabah!.
Mirzə Camal alnının tərini axıda-axıda baş endirib, otaqdan dalıdalı çıxdı.
Qışın ikinci ayı idi. Yarım arşın qar yağmışdı. Hacı Məlikməmmədi o biri gün qarın içi ilə piyada olaraq xanın sarayına apardılar. Bir saat soyuq eyvanda gözlətdikdən sonra İbrahim xan onu çağırtdırdı.
Məlikməmməd xan içəri girdikdə otaqda İbrahim xanla Vaqifdən başqa kimsə yox idi. Bir-birlərinə ilk dəfə rast gələn bu adamlar əvvəl dinməz baxışdılar; bu baxışda qarışıq ifadələr var idi. Get-gedə Hacı Məlikməmməd xanın həlim sifəti, itaətli duruşu xana və Vaqifə xoş təsir buraxmamış olmadı. Lakin xan yenə hiddətlə qonağı süzür, Vaqif isə zahirdə xan ilə qəzəb şəriki kimi görünsə də, ürəkdən Bakı xanına acıyır, onun mərhəmətli və kimsəyə pislik etmək fikrində olmayan baxışından mütəəssir olurdu.
İbrahim xan qonağa əyləşməsini təklif etməyərək, həyəcanından tutulmuş səslə;
– Nə əcəb? – dedi.
Bakı xanı soyuqdan qızarmış əli ilə samur kürkünün yaxasını düzəldərək:
– Yaşımın çoxu gedib, azı qalıb, – dedi. – Ömrümdə məndən kimsə bir milçək qanadından inciyən qədər də inciməmişdir... Ancaq, dedim, gedim, öz müsəlmanlıq borcumu yerinə yetirim... Çünki haqq yerə gedəcəyəm. Bu aralığa düşən nizain40dəfinə çalışım... Quba xanı
və Alimərtəbə Qarabağ hökmdarı arasında baş vermiş xüsamətin bica... ümmətiislama yaraşmayan bir iş olduğunu...
İbrahim xanın dodaqları əsməyə başladı, onun sözünü yarımçıq kəsdi:
– Səndən kim təvəqqə eləmişi? Qənd başımı göndərmişdik?
Xanın səsindən otaq cingildədi. Vaqifə elə gəldi ki, indicə Şahməmməd çağırılacaq. Bakı xanını ac qızılquşlara yedirəcəklər. Lakin Məlikməmməd xanın:
– İltifat buyur!.. Kərəm et! – deməsi İbrahim xanı yumşaltdı. Biriki dəfə hirsindən öskürdü. Sonra boğuq səslə:
– Bilirsən xan! – dedi və “xan” sözündə bir istehza duyuldu. – Fətəli düzəlməz! O elə qancıqdır ki, ona belə bağlanmaz. Mənim qardaşım Mehralı mənə düşmən olduğu halda Fətəli onu çəkib çörəkləyir; Şirvan xanını taxtından eləyir; yeni Şamaxını dağıtdırıb, əhalisini Köhnə Şamaxıya yığır, camaatı əldən salır; namusunu urusa satır, min fisqü-fücür törədir... Hansını deyim? Hidayət xana qoşun verib Gilana göndərir... Bunlar urusa yarınmaq üçün deyilmi? Gündə bir Kürü keçib bizim xas mülkümüzü dağıtdırır... Belə bir qancığa inanmaq olarmı?
İndi də sənin kimi bir eşşəyi mənim yanıma yollayır ki, mənə kələk gələsən!.. Rədd ol! Haramzada!
İbrahim xanın səsi yenə sarayda gurladı, səsə Şahməmməd gəlib çıxdı.
İbrahim xan ağzından tüpürcək dağıdaraq:
– Şahməmməd! – dedi. – Bu haramzadanı saldır zindana!
Məlikməmməd xanın rəngi qaçdı, nə isə demək istədi, imkan vermədilər: pişxidmətlər onu dartışdıra-dartışdıra götürüb apardılar.
20
Dumanlı bir gündə səhər ertə saray qulamlarından biri Kazımın həyətinə girib, artırmada hana toxuyan Telli ilə Gülnaza yanaşdı.
– Burda Səfər deyilən kimdir? – dedi. – Onu imarətə çağırırlar. İmarət adı gəldikdə Tellinin rəngi qaçdı, dili tutula-tutula:
– Neynirlər? – dedi.
Qulam kənarı dərili, sırınmış, konusvarı çit papağını arxadan qaldırıb, başını qaşıyaraq cavab verdi:
– Lazımdır, hardadır?
Telli yenə israrla:
– Axı, neynirsən? – dedi.
– Əşi imarətə çağırılar... Demək, lazımdır...
Qulam başını qaşıyır və mat-mat baxırdı. Bir də papağı başından düşdü, hörülmuş kəkili papağın içindən qopub üzünün bir tərəfini tutdu.
Gülnaz gülümsədi, Telli isə sifətindəki əndişə ifadəsini dəyişməyərək ayağa qalxdı, çit şalvarına ilişmiş qırxıntını çırpıb həyətdən çıxdı. Karxananın başında boş bir yer vardı, Səfər burda özünə ev tikirdi: dörd dirək basdırıb, aralarını çubuqla hörüb, divar qayırırdı. Tellinin təlaşı onu heyrətə gətirdi:
– Da niyə qorxursan? – dedi. – Çağırıblar, gedərəm. Yəqin yenə bir yana göndərəcəklər.
Səfər gödəkçəsini çiyninə atıb, qulamla bir yerdə getdi. Bazarı keçərkən böyük bir izdihama rast gəldidər. Darğa birisini, daş-tərəzisi düz olmadığı üçün falaqqaya saldırıb, palçığın içində döydürürdü.
Ayaqlarına otuz çubuq vurduqdan sonra kişinin ürəyi getdi. Qulam yenə başını qaşıya-qaşıya bu mənzərəyə baxır, üzünün laqeyd ifadəsində heç bir dəyişiklik görünmürdü. Səfər isə üzünü qırışdırıb, hirsindən dodaqlarını gəmirirdi. Dayanmadılar. Rastabazarla gedərək o tay-bu taydakı bəzzazlarla, nüsxəbəndlərə, baqqal və əttar dükanlarına tamaşa edirdilər. Divanxanaya çatdılar. Dəmir şişlərə keçirilmiş bir neçə müqəssir divanxana divarına söykədilmişdi. Bunların biri hələ ölməmişdi.
Uşaqlar uzaqdan ona daş atır, o da əzabla çəkişən üzünü yan tutaraq:
– Daş..a.. atma... gözümə dəyər, – deyə inildəyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Стихи других поэтов
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,