Страница 2 из 13 · 8%

Xörək yeyilirdi. Kimsədən səs çıxmayırdı. Vaqifin oğrun gözləri Qızxanımın çöhrəsini dolaşır, şair nəşəsinə qida verirdi. Xanımın dodaqları yağlanmış, şeh düşmüş gülə bənzəyirdi.

Vaqif özünü saxlaya bilmədi, lakin qaş qayırmaq istərkən, gözü də vurub tökdü:

– Ömrün uzun olsun, Qızxanım, gözəlcə xörəkdir! – dedi, arvadının üzünə baxdı.

Kaş heç baxmayaydı, qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşlar qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu.

Bu ürəksıxıcı əlamətlər Vaqifə bəlli idi, onun səbəbini də gözəlcə bilirdi: qocalıq-gənclik, gözəllik-çirkinlik. kimi təzadlar daima onların həyatını zəhərləmiş və zəhərləyirdi. Lakin nə üçün Vaqif gənc deyildi? Nə üçün öz arvadı ona yabançı və yasaq olmuşdu? Nə üçün o, bir evdə, bir otaqda yaşadığı qadınının bu qədər həsrətini çəkir, dərdindən odlanırdı? Yaxınlıqla bərabər aralarında böyük məsafə, yıxılmaz barılar, bürclər vardı?

Vaqif illərdən bəri bu sualları özünə vermiş və yenə verirdi. Lakin cavabında aciz qalaraq, kədərlərə dalırdı. Indi də tutuldu. İştahası kəsildi, boğazı tıxandı. Ətrafa baxdı: otaq ona qaranlıq zindan kimi göründü; indi pəlmələnmiş boyalar süzülərək onun qəlbinə tökülür, soldurub, söndürürdü...

Vaqif xörəkdən yarımçıq ayrılıb qalxdı. Küçələr dəstə təpənlərlə dolmuşdu; dəf, sinc, “Heydər! Heydər!” – səsindən qulaq tutulurdu.

Vaqif ağır duyğular içində yürüyürdü, atını belə minməmişdi.

Kürk ona ağırlıq da eləsə, dözürdü. Saatlı ilə Xoca Əmircanlı məhəlləsi arasında bir az dayanmaq lazım gəldi. İki məhəllənin dəstələri bir-birilə dalaşırdı. Göydən daş və çomaq yağırdı. Qışqırıq, söyüş aləmi bürümüşdü, tam bir müharibə idi. Saatlı dəstələri üstün gəlib, o biri məhəllənin camaatını püskürdüb, dar küçələrə soxdu. Vaqif ötüb getdi. Hamam qabağına çıxdı. Dərin dərənin üstündəki taxta körpünü keçdi. Indi artıq sakitlik idi. Hava bulud da olsa, çox soyuq deyildi.

Bəlkə də Vaqifə elə gəldi: piyada yol və ağır kürk onu tərlətmişdi.

Mədinə naçaxlamışdı2. Yatağında oturub, bəyazlara dalmışdı. Ağbirçək bir qadın Vaqifin kürkünü aldı. Şair Mədinənin taxtının üstündə oturub, nəbzinə baxdı:

– Bir balaca qızdırman var, – dedi. Mədinənin solğun çöhrəsinə

baxıb gülümsədi.

Mədinə:

– Olmazmı? – deyə ima ilə Vaqifi süzdü.

Vaqif bu baxışdan çox şeylər duydu:

– Ah Mədinə, bilsən bu dövlət işi nə cəncəlli şeydir: urus getdi, indi

də şah gəlir. Üz göstərirsən, astar da istəyirlər...

– Bəs o üzdən dosta niyə göstərmisən? Neçə gündür yataqdayam; deyirəm, indi gələr, bir hor gələr...

Vaqif Mədinənin sözlərini haqlayır, lakin cavab tapa bilmirdi:

– Dərd birmi? – dedi, susdu, fikrində ailə dərdini vuruşduraraq düşündü.

Lakin dərd-qəm çəkmək Vaqif üçün yabançı hallardan idi, ona görə yenə özündə nikbin qüvvələr toplayıb, müzəffər çıxdı.

Vaqifin üzündən gözlərini çəkməyən Mədinə:

– Şair, – dedi. – Üzündən bir duman keçdi, qaş-qabağın bulud kimi sallandı, canımı qara qeyd aldı. Amma axırı yaxşı oldu, üzünə yenə gün doğdu.

Vaqif Mədinənin yetikliyinə heyrət edərək:

– Mədinə, – dedi, – ürəkdən-ürəyə yol olduğuna indi inandım.

Ancaq dumanla, buludla nə işimiz var, günəşdən danış! Əzizim, səni görəndə üzümə gün doğmazmı? Axı sən Mədinəsən! Şair qibləsi, iman məskəni Mədinə!

Mədinənin həsrətlə dolmuş gözləri şairə dikilmiş, hərarətdən qurumuş dodaqları yetişib, ötmüş qaysı kimi açıla qalmışdı. Şair onun boynuna sarılıb, şirin qaysıya qovuşdu. Ailə dərdi, şah dərdi, xan dərdi – hamısı bir neçə saniyə davam edən dadlı yoxluq içində əriyib söndü.

3

Məhərrəmin birindən başlayaraq onuna qədər davam edən imam təziyəsi: mərsiyə, növhə, dəstə təpmə məhəllələr arasında adət şəkli almış dalaşmalardan sonra bütün bu həngamə aşura büsatı ilə bitirdi.

Qarabağ elləri əslən köçəri həyat keçirdikləri üçün islam dini və Iran mədəniyyəti təsirinə düşməyərək, öz qədim türk ənənəsi və adətləri ilə yaşayıb gəlmişdilər. Şişənin binası xanlığın təsisi və Iran ilə başlayan əlaqə və rabitə ancaq yabançı adətlərin gəlməsinə yol aça bilmişdi.

Şəbihgərdanlıq da Irandan gətirilmiş bu adətlərdən biri idi. Əvvəllər Kərbəla vəqəsini təmsil edən yalnız bir tamaşa göstərər – tarixi simaların rolları bölünər, zikr oxunar, Hüseynin qətli və ailəsinin hərb meydanında ağır vəziyyətdə qaldığı olduqca mütəəssir bir şəkildə nümayiş etdirilər, camaatı ağlatmağa çalışardılar. Indi bu tamaşaya başyarma da əlavə olaraq, ənənə şəklinə girirdi. Vaqif bu başyarma ilə vaxtı ilə günahsız bir dəstəni xanın qəzəbindən qurtarmışdı. Xanın qəzəbi bitməz bir şey olduğu üçün bu adət də dustaq buraxdırmaq üçün bir vasitə olaraq qalırdı.

Bu il də həmişəki kimi, dustaqları olanlar kəfən geyib, səhər tezdən saray həyətinə gəlmişdilər. Vaqifin yazdığı zikrlərə indi şairlər yeni əlavələr də qoşmuşdular. Xan yenə artırmaya çıxıb, dustaqları buraxacağını vəd edib, camaatı sakit etdi. Dəstə zikir deyə-deyə Çuxur məhəlləyə, Məmmədhəsən ağanın imarətinə gedən yola çıxdı. Aşağısı qala divarları və yuxarısı yosma daxmalarla çevrələnən bu geniş meydan adam ilə dolmuşdu. Soyuğa və qara baxmayaraq, qətl hazırlığı görülürdü: əlvan geyimli şəbehlər bir tərəfdə toplanıb, rollarını əzbərləyir;

başı dəmir pəncəli tuğlar şığıyır, dindar qadınlar onlara nəzir dəsmallar bağlayırdılar; uzun arxalıqlı, şiş papaqlı uşaqlar ora-bura qaçıb:

“Ay şam alan, ay nəziri qəbul olan!” – deyə qışqırırdılar.

Xan sarayından gələn ağköynək dəstəsi meydana girdi və dairə təşkil edərək, dəstədəkilər zikr deyib, təkrar başlarını yarmağa başladı.

Şəbehlər duran yerdən “yezidin” kəcavəsi çiyinlərə qalxdı; qarşısında bir sərpuş vardı, altında imam Hüseynin başı qənimət gətirilirdi.

Arxadan “əsirlər” göründü, burada arvad-uşaq bir-birinə qarışmışdı.

Haris Müslümün balalarını qamçı ilə döyəcləyirdi...Budur, qana bələşmiş zülcənah yedəkdə gətirilir, üstünə bir cüt göyərçin qonmuş yaralı Əliəkbər sallanaraq atı addım-addım sürür. Altun və ipəklərə donanmış “Qasım otağında” bir körpə qız oturub, saçlarını yolaraq: “Başıma küllər, gözümə milər!” – deyə inləyir. Hüseynin başı kəsik nəşinin görünməsi hönkürtü qoparır. Firəng şəbehi, şir şəbehi... bir-birini təqib edirdi. Müvəssir münacat, zikr, növhə, şəbehlərin şeir ilə söylədikləri mükaləmələr bir-birinə qarışıb, xalqı ağladırdı. Saray xalqı üçün qurulmuş çadırdan tutmuş meydanın ətrafına və damlara səpilmiş camaata qədər hamı göz yazı tökürdü. Burada iştirak edən, nəzir verən, ağlayan yalnız türklər deyildi, ermənilərin də bir qismi inanaraq iştirak edirdi. Allahqulu bütün ailəsi ilə burada idi. O nəzir elədiyi üçün körpələrinə şam almışdı, axşam evində yandırıb, “Şamiqəriban” edəcəkdi. Gülnaz Telli ilə yan-yana durub, həzin-həzin ağlayırdı.

Bu əsnada meydanın ortasındakı xeyməgaha od vuruldu. Bir dəstə qara geyimli “ərəb” çıxıb, başlarına saman sovuraraq xeyməgahın ətrafına fırlanmağa başladı...

Xeyməgaha od düşəndə,
Od düşəydi aləmə,
Yandıreydi aləmi
Övladi-heydər qanlısı!
Ku Hüseynimə!
Va Hüseynimə!..

Ağ köynəklər zikrdən təkrar coşdular, parlaq qılınclar və xəncərlər göydə oynadı, sürəkli hönkürtü meydanı təkrar qaplayıb, şaxtalı havanı dəhşətlə titrətdi.

4

İkinci Osmanlı-Rus müharibəsi3davam edirdi. Qafqaz kənarda qalıb, özbaşına buraxılmışdı. Iran daxilindəki vuruşmalar da illərdən

bəri hələ bir nəticəyə bağlanmamışdı. Deməli, İbrahim xanın əli-qolu açılıb, öz mülkündə rahat səltənət sürürdü. Artıq Azərbaycanda ona dolaşacaq heç bir hökmdar qalmamışdı; nüfuzu yenə Şirvandan Təbrizə qədər yürüyürdü. Indi sarayı məşğul edən yalnız cıdır, ziyafətlər və ov kimi əyləncələr idi.

Payızın xoş günlərindən biri idi. Aran bağlarına sarı və qırmızı boyalar hələ yenicə səpilmişdi. İbrahim xan və məiyyəti yüz atlı nökərlə ovlağa4 ova çıxmışdı. Vaqif də burada idi, sabiq Şəki xanının hədiyyəsi olan altun naxışlı tüfəngi yəhərin qaşından asmış, böyük bir ruhla atını sürürdü. Quşçular bəhləli6 əllərində iyirmiyə qədər qızılquş tutmuşdular. Tula yox idi, çünki quş ovunda tula götürməzdilər, tulanın vəzifəsini nökərlər görərdilər.

Artıq turac və qırqovul görünməyə başlamışdı. Şeypur çalındı, hamı atdan endi. Yay-oxlu nökərlər sağa və sola yayılaraq geniş bir sahəni çevrələməyə başladılar. Dairəni düzgün təşkil etmək üçün Səfər atlanıb, nökərlərə baş çəkə-çəkə dolanıb geri döndü:

– Hazırdır, xan sağ olsun! – deyə baş endirdi.

Buyuruq verildi, şeypur çalındı, uzaqlardan şeypurla cavab alındıqdan sonra xan məiyyət ilə dairənin ortasına tərəf yürüdü. Nökərlər də irəli yüyürərək kol-kosa ox ataraq ov quşlarını perikdirir, yavaş-yavaş quşları getdikcə kiçilən dairənin ortasına uçururdular.

İndi qızılquşlar xan və məiyyətinin qollarında idi; arabir ətrafında pırıldayıb uçan kəklik və ya turacı gördükdə qızılquşlar paçabənddən qurtarıb qaçmaq istəyir, ayaqlarındakı qumrovları cingildədirdilər. Vaqif, yaşına baxmayaraq, mətin addımlarla

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Toy

Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»

3 мин
Üç

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

3 мин
Sərhəd məsələsi

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

6 мин
Qumarbazın arvadı

Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.

6 мин

Стихи других поэтов