Страница 8 из 13 · 54%

Qasidin gözlərini bağlayıb, saraya gətirdilər. Məktubda yazılmışdı.

Zi-mənçənəqe-fələk sənge-fitnə mibarəd,
To əbləhanə kirift miyanai-Şişə qərar9.

Xan şahın təhqirli məktubundan sınmadı. Yanındakı Vaqifə yönələrək:

– Amandı, axund, bu axta köpəyə bir yaxşı cavab yaz, – dedi.

Vaqif məktubu alıb, bir də gözdən keçirdi, sonra arxasına yazdı:

Gər nigahdare – mən anəst ki, mən midanəm,
Şişəra dər bəğəle- səng nigah midarəd†.

Vaqifin cavabı xana çox xoş gəldi. Məktubu qatlayıb, qasidə verdilər və yenə gözlərini bağlayıb yola saldılar.

Bir neçə saatdan sonra şəhər yenidən topa tutuldu, bu, şahın cavabı olmasına işarə idi. İbrahim xan bütün məiyyəti ilə atlanıb, Cıdır dü-

zünə çıxdı. Topxana barıt tüstüsünə bürünmüşdü. Bir az sonra top səsləri kəsildi, tüstü yavaş-yavaş uçuruma doğru enməyə və Topxana görünməyə başladı. Şah məiyyəti ilə durub, şəhərə tamaşa edirdi. İbrahim xan Xəzinə qayasının üstündə qürurla durmuşdu. Şah onu görcək cır səsi ilə söyüş yağdırmağa başladı. İbrahim xan nökərləri öyrətdi, hamı bir səslə:

– Ay axta xan! Vay axta xan! – deyə bağırışdılar.

Axta sözündən son dərəcə pərt olan şah qışqırdı. Yenidən atılan topların tüstüsü yenə topxananı bürüyüb, şahı gözdən itirdi.

13

Ağaməmməd şah otuz üç günlük bir mühasirədən sonra Şişəni ala bilməyib, Ağdam tərəfə, Qaratəpəyə çəkildi. Payız düşürdü. Sursat və ələf yoxluğu, heyvanların qırılması şahı olduqca ağır bir vəziyyətdə buraxmışdı. Şah qoşunundakı gəncləri ayrı, qacar ahıllarını ayrı və Azərbaycan ahıllarını da başqa bir yerə toplatdırıb, böyük bir müşavirə düzəltdi. Vəziyyətin ağırlığını anladıb, qoşunun rəyini bilmək istədi.

Gənclər: “Biz əsgərik şahın əmrinə hazırıq!” – dedilər. Qacar ahılları Tehran tərəfə çəkilmək istədilər, Azərbaycanlılar isə Ərdəbil tərəfə.

Şah: “Hazır olun, sabah tezdən yola çıxacayıq!” – deyə buyruq verib, çadırına çəkildi. O biri gün tezdən şah qoşunu götürüb, Gürcüstana tərəf getdi. Cavad xan da bələdçi sifəti ilə onu təşyi edirdi.

İbrahim xanın casusları bu xəbəri Şişəyə gətirər-gətirməz həmən Səfərə qoşun və kisə-kisə qızıl verilib, İrakli xana kömək göndərildi.

Səfər bir aydan sonra apardığı qoşunun az bir hissəsi ilə geri dönə bildi. O, Tiflisin dağılmasının şahidi olmuşdu. Kilsələr belə yandırılmış, xalq qırılmış və şah iyirmi min əsir alaraq Gəncəyə və oradan da

Muğana, qışlamağa çəkilmişdi. Səfərin gətirdiyi xəbər Qarabağı yasa batırmışdı. Onsuz da vəziyyət ağır idi, iranlıların qorxusundan el dağdan arana enə bilmirdi. Qış düşür, dağda heyvan soyuqdan qırılırdı; xalq əkin əkməmişdi, olan ehtiyat qurtarır, aclıq əlamətləri yavaş-yavaş baş qaldırmaqda idi. Vaqifin fitri nəşəsi tamamilə itib getmişdi.

Onun yaşı yetmişdən ötdüyünə baxmayaraq daima şən və diribaş idi.

İndi isə ətrafındakı hadisələr onu əzir, ruh və cismini öldürürdü. Tiflis faciəsi onu o qədər sarsıtdı ki, neçə gün yatağından dura bilmədi, nəhayət, Açıqbaşa qarşı bəslədiyi hisslərini bir şeirlə kağıza tərk edib, rahat ola bildi.

İbrahim xan da saray həyətini hər gün dolduran şikayətçilərdən təngə gəlmişdi. Camaat doğma yurduna dönmək istəyir, aclar çörək diləyirdi. Yeganə ümid Osmanlı Sultanına idi ki, bu da boşa çıxdı: Mirzə Əliməmməd ağa İstanbuldan yaxşı xəbər gətirməmişdi. Sultan Ağaməmməd şahla anlaşıb, onun Qarabağda ruslara qarşı çıxmağını təsvib edirmiş. Çıxılmaz bu vəziyyətdən qurtarmaq üçün İbrahim xan bir müşavirə çağırdı. Çox danışıqdan sonra Vaqif qısa olaraq;

– Axta xandan qurtarmaq üçün təkcə bir çarə var: Urus himayəsi, – dedi.

Bəzi ağalar etiraz etdisə də, xan Yekaterinaya məktub göndərilməsini təsvib edib, Vaqifə tapşırdı.

Vaqifin bu səfərki məktubu adi məhəbbətnamə deyildi, bu, əməli təkliflərdən ibarət idi. Rusiyaya qaçmış Xoylu Murtuzaqulu xanın iştirakı ilə Astrabada qoşun çıxarmaq; İbrahim xana on iki min qoşun göndərib, Naxçıvan yolu ilə Irana keçmək; İrakli xanın Iravanı tutması başlıca təkliflərdən idi.

Vaqifin yazdığı məktub Qafqaz xəttindəki baş komandan Qudoviçin vasitəsi ilə Yekaterinaya göndərildi. 1796-cı il, yanvarın sonunda bu məktub Peterburqa çatdı. Bunun nəticəsi olaraq Qızlar qalasına qoşun yığılması əmr olundu və qraf Zubovun komandası altında yeni bir Qafqaz səfəri başlandı.

14

Vaqif Mirzə Əliməmməd ağa ilə rəsmi olaraq sarayda görüşmüşdü.

Bu dəfə Qızxanımla bərabər onun ailəsinə gözaydınlığı vermək üçün getdi. Mirzə Əliməmməd Vaqifi gözəl döşənmiş səliqəli otağında qəbul etdi. Otağın bir tərəfini cürbəcür gül və çiçək çəlləkləri tutmuşdu.

Sarmaşıqlar tavana sarılıb, gözəl bandaqlar əmələ gətirmişdi.

Bitkilərin arasından qəfəslər asılmış və içlərindəki sarı və başqa bülbüllər cəh-cəh vururdular.

Bahara az qalmışdı. Dışarıda qalın duman olduğu üçün pəncərənin rəngli şişələri sönük görünürdü. Buxarı yanırdı. Vaqif dostu ilə qarşıqarşıya oturub söhbətə başladılar. Vaqif dedi:

– Seyid, İstanbuldan gətirdiyin sovqatların məni sənə borclu eləyir.

Elə gecə-gündüz şairlərin divanı ilə vaxt keçirirəm. Amma yaxşıca səyahət etdin.

Mirzə Əliməmməd ağa məmnun bir halda:

– Axund, – dedi, – aləmlər varmış, bizim xəbərimiz yox. Biz də bu dağın başında oturmuşuq, deyirik bəs bir şey görmüşük.

Vaqif xısın-xısın güldü:

– Mən bilirdim ki, sən səfərdən sonra buralara sığmayacaqsan.

– Sığılarmı? Çox nisgilləndim, dedim bircə axund burada olaydı, bir yerdə qayıq seyrinə çıxıb, Boğaz içini gəzəydik. Qüvveyi-natiqə onun təsvirindən acizdir. Dəniz firuzə, göy firuzə, ətraf şumal minarəli məscidlər, saraylar, imarətlər... İnsan baxdıqca baxır, doymaq bilmir.

Axund, ayrı büsatdır!..

Vaqif dostunun üzünə heyran-heyran baxır, həyəcanından nəfəsi tutulurdu:

– Padşahın özünü gördünmü? – deyə sordu.

– Gördüm! Padşah qayıq seyrinə çıxmaq istədikdə bir gün əvvəl camaata xəbər verirlər. Bir gün getdim. Gözəl hava idi, hər yer adamla dolmuşdu. Boğazda Qız Qalası var, oradan top atılanda bildik ki, gəlir. Dəryanın kənarında adam-adamı basır, hər kəs Sultanı görmək istəyirdi. Bir də altı sandal göründü. Içlərində yüzdən yuxarı içoğlan vardı. Bunlar saray nökərləridir, kürək çəkirlər. Bu içoğlanlar elə geyinirlər ki, baxanda adamın gözləri qamaşır. Bu altı sandal yol açmaq üçündü. Sonra padşahın sandalı gəlir. Arxasında yenə altı sandal olur.

Padşahın sandalında ayrı cəlal var! Adına “Sarıq sandalı” deyirlər. Orda mənə bir mehmandar qoşmuşdular, o hamısını mənə nağıl eləyirdi.

Orada qayda imiş: padşahın bacıları lətif şal toxuyub, bayramlarda padşaha sovqat gətirərmişlər. Bu şal “sarıq sandalı”na döşənərmiş.

Sandalın dörd qırağı gümüş sürahidir, üstündə də dörd gümüş sütunlu bir köşk qurulmuşdu. Hər tərəfinə ətrafı zəncirəli qırmızı mahud çəkilmişdi.

Nə bəzəklər, nə naxışlar işlənmişdi. Nə incilər düzülmüşdü!..

Padşah ipək yastıqlara söykənmişdi. Sarığının daş-qaşı göz qamaşdırırdı.

Vaqif maraqla:

– Camaat baş əyirmi?

– Necə əyməz! Boğazın o tay-bu tayı iki qat olur. Hər kəs qorxusundan tir-tir əsir. “Sarıq sandalı”nın dalınca bir sandal da gəlir, onada hərəm ağaları və onların böyüyü – qızlar ağası minir. Dedilər, ən qorxulacaq adam bu qızlar ağası deyilən imiş. Padşahın bütün hərəmi ona baxır. Ağaməmməd şah kimi o da axtadır. Elə acıqlıdır ki, üzünə baxanda adamı vahimə basır. Deyirlər sarayda nə istəsə arvadların vasitəsilə edə bilər. Padşah da onun əlində oyuncaqdır.

Vaqif yenə güldü:

– Sarban ilə dost olanın darvazası gen gərək! Yaxşı ki, sarban dostumuz yoxdur.

Mirzə Əliməmməd də güldü. Lələnin qəhvə və çərəz gətirməsi söhbəti kəsdi. Çərəzin içində qara xurma və Izmir ənciri də vardı.

Bunları Mirzə Əliməmməd İstanbuldan gətirmişdi.

– Çifayda, elə şey gətirmisən ki, mənim dişimin malı deyil, – deyə,

– Vaqif nimçədən bir əncir götürdü. – Yaxşı, seyid, bəs səni kim qəbul etdi?

Mirzə Əliməmməd ağa ciddi bir sima taxınaraq:

– Onların, – dedi, – hökuməti oturan yerə “Babi ali” deyirlər. Ora getdim. Bir məmurla danışdım. Çıxıb o biri otaqda kiminləsə məsləhətləşib gəldi və məsələnin baş tutmayacağını bildirdi. Amma yaxşı

hörmət göstərdilər: mənzil verdilər, hər yeri gəzdirdilər, cümə günü səlamliyə apardılar. “Səlamlıq” padşahın məscidə namaza getməsinə deyirlər. Ancaq nə padşahla, nə də vəzirlərlə görüşə bilmədim. Dedilər, Iran şahı ilə dostluğumuz var, onu rəxnədar etmək istəməyirik.

Məsələ belə oldu. Bilirsən, onlar iki dəfə Yekaterina ilə dava etmişlər, çox adam qırılıb, deyirlər, xəzinə də boşdur. Urusla bir də üz-üzə gəlməyə taqətləri qalmamışdır. İndi ümidləri şahadır. Deyirlər, bəlkə o, urusların Qafqaza gəlməsinə sədd çəkə.

Vaqif düşünürdü. Mirzə Əliməmməd də bir az düşünüb, sükutu pozdu:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Toy

Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»

3 мин
Üç

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

3 мин
Sərhəd məsələsi

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

6 мин
Qumarbazın arvadı

Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.

6 мин

Стихи других поэтов