İkinci hissə
Страница 6 из 13 · 38%
Umuzumdakı torbaya bir günlük azuqə qoydum, əlimə bir uzun əsa alıb, yola düşdüm. Ikinci axşam bir suyun kənarında qurulmuş çadırlara rast gəldim. Ətraf təpələrdə ilxı otlayır, xalq çadırların qarşısında çalıb oynayırdı. Yaxınlaşdıqda itlər hər tərəfdən üzərimə hücum etdi. Uzun geyimli və saçlarının uclarından gümüş parçaları sallanan qızlar yüyürüşərək itləri qovdular. İrəliləyib, ocağın üzərində asılan qazanın bir yanında oturdum. Qonaq olduğumu duyaraq, su gətirib ayaqlarımı yudular, yemək verdilər, sonra ağacın altında yatdım.
Sabah erkən çadırlar yığıldı, ilxı toplanıb yükləndi, yola düşdülər.
Torbama bir az qurutla qovrulmuş düyü qoymuşdular. Yeyərək mən də öz yoluma davam etmək istədikdə gözlərimə ağacın altında oturmuş bir qoca sataşdı. Yanaşdım. Uzun ağ qaşlarının altında işıldayan xırda, yaşlı gözlər məni heyrətlə süzdü. Yanında bir neçə davar var idi.
Beş addım o yanda tükünü tüləmiş qoca və çəlimsiz bir köpək yatmışdı.
Qoca zorla nəfəs alırdı.
Öz-özümə “burada bir sirr var” deyə qocaya salam verib qarşısında durdum. Qansız dodaqları tərpəndisə də səs gəlmədi.
– Köç getdi, sən niyə burada qaldın? – deyə sordum.
– Köç qocaları tərk edər. Bu qədim bir adətdir. Bu köpəklə mən artıq işə yararsız olduğumuzdan bizi buraya atdılar.
– Övladların yoxdurmu?
– Var. Zatən onlar tərk etdi.
Bu sözləri zorla dodaqlarından uçuran qoca gözlərini yumub, başını ağaca söykədi. Üzünün qurumuş cizgilərində dərin bir faciə təcəssüm etdi. “Mən də qırx il əvvəl atamı bu ağacın altında qoyub keçmişdim” – cümləsi dodaqlarının son ifadəsi idi.
Başı yan tərəfə əyildi və bədənini də özü ilə çəkdi: son nəfəsini bir hıçqırıqla bəyan edərək söndü.
22
Yoluma davam etdim. Günəş göyün tam ortasında ikən üfüqdən toz qopması gözlərimə çarpdı. Bir çox qaraltıların yürüməsi ordunu xatırladırdı. Həyəcan məni bürüdü. Özüməmi, ya azad ulusumamı qarşı təsəvvür olunan təhlükə məni sarsıtdı. hər halda zəiflik göstərmək istəmədim. Yolumun davamında israr etdim.
Bir də nə gördüm!.. Günəşdən qaralmış, saç-saqqalları pəjmürdə, cır-cındır içində bir İnsan sürüsü. Bunların yeganə silahı əllərindəki əsadan ibarət idi; yerə döyərək yavaş-yavaş yürüyürdülər. Arıq vücudları təəssüf doğururdu. Məni görməyən kimi üzərimə gəlirdilər...
Hamısının kor olduğunu dəhşətlə duydum.
Yoldan kənara çəkildim. Sel kimi arxası kəsilmədən axıb gələn bu zavallı İnsanlara tamaşa etməyə başladım. Önlərinə gələn xırda bir çayı sezərək çəyirtkə kimi kənarına sərildilər. Kimi su içir, kimi əl-üzünü yuyur, kimi də ayaqlarını suya salaraq uzun yolların yorğunluğundan qurtulmaq istəyirdi.
Yaxın gəldim. Birisini danışdırdım. Ot qoparıb yediyindən ac olduğu görünürdü. Ona bir az qovrulmuş düyü verdim. Məmnuniyyətdən əllərimi arayaraq öpmək istədi, qoymadım.
– Nərədən gəlirsiniz? Niyə hamınız korsunuz? – deyə iztirabla sordum.
Kor mənə ağıla sığmayan şeylər anlatdı:
– Biz, – dedi, – iskitlərin əsirləriyik. Müharibədə ələ keçirdikləri kişiləri kor edər və qadınları hərəmə alarlar. İllərdən bəri vəzifəmiz inəklərə baxmaq, onları sağıb iskit ailəsini bəsləməkdən ibarətdir. İskitlər hücum edəcəkləri xalqlar arasına çaxnaşıq salmaq üçün hücumdan əvvəl oraya korları göndərərlər. Səfərimizin məqsədi faciəmizlə başqalarını aşılamaqdır... Biz gedirik, arxamızca da iskitlər gəlir. Göyün ulduzunun sayı var, onların sayı yoxdur...
Susdum... Korun məqsədi artıq məni aşılamışdı. Ulusumun müqəddəratı mənə olduqca qorxulu bir vəziyyətdə görünürdü.
Haman durdum; geri döndüm.
İki gün sonra ulusun küçələrində carçı qoşaraq dəhşətli səslə bağırırdı:
Hey, ulusdaşlar!
Gəlin! Gəlin!
Təhlükə var:
Göyün ulduzunun sayı var,
İskitlərin sayı yoxdur.
Gəlin! Gəlin!
Təhlükə var!
Qız, gəlin, ahıl-cahıl – hamısı axın-axın gəldi, toplandı.
Hər kəs həyəcan içində, mən də həyəcan içində, çıxdım, anlatdım:
– Silaha sarılın, silaha! Yardıma çağırın, yardıma!.. O gün on üç ətraf qəbilənin küçələrində carçılar qoşaraq:
Gəlin! Gəlin!
Təhlükə var!
Göyün ulduzunun sayı var,
İskitlərin sayı yoxdur.
Gəlin, gəlin!
Təhlükə var!
– deyə bağırırdılar.
Toplandılar. Məsləhətləşdilər. Bütün qüvvələrin bir yerə toplanmasını qərara aldılar. Bu qərarın icrası üçün fövqəladə bir heyət seçildi.
Gənclər tərəfindən də Ceyniz buraya daxil edildi.
24
Günəş yatağına doğru enərkən Ceyniz yanıma gəldi. Oturduq.
– Nə var, Çopo? – dedi.
– Son görüşümüzdən sonra bir hadisə olmamış.
– Bilirsən, məsləhətə gəldim. Korların istiqamətini dəyişmək üçün adamlar göndərildi. Onları başqa səmtə çevirəcəklər...
– Bu gözəl işdir – aramıza yayılsalar ruh düşgünlüyü vücuda gələr.
– Sonra... Buğatay bütün qüvvələrə sərkərdə təyin olundu.
– Bu da gözəl. Buğatay cəsur, nüfuzlu və təşkilatçı adamdır...
– Silah tədarükü Ahənəsbə həvalə olundu. Qəbilələrin bütün sənətkarları səfərbərlik halına gətirilir.
– Ərzaq məsələsi necə?
– O məsələ də müzakirə olundu. “Quzğun” qəbiləsi bir namizəd göstərdi, qəbul etdik.
– Bir də hər kəsin vəzifəsi əvvəlcədən bəlli olmalı.
– Şübhəsiz olacaq... İndi, Çopo, bir iş var. İskitlərin nə olduğunu öyrənməliyik. Adət və ayinlərini, müqəddəsatlarını, maddi qüvvət və qüdrətlərini bilməliyik. Düşmən ətraflı öyrənilərsə, qələbə yolları asanlaşar. Sənə təfsilatını söyləməyə lüzum yoxdur. Qəbilələrin azadlığı və mədəniyyətimizin bəqası yolunda üzərinə yeni bir vəzifə düşür.
– Hazıram!
– İskitlərin içinə getməlisən.
– Hazıram!
– Heyət sənə tam bir səlahiyyət verir. Düşmənə qarşı edəcək bütün hərəkətində sərbəstsən. Qarşımızda olan təhlükəni aradan qaldırmaq üçün nə lazım isə əsirgəməzsən...
– Hazıram!
– Yalnız vaxtı keçirməməli. Mümkün isə bu gün yola çıx.
– Vaxtı keçirməmək üçün bir at lazım.
– Təbii, on dəqiqədən sonra at burada hazır olar.
– Mən də durmadan minib gedərəm.
25
Yolda bir bulaq başına endim. Bir həftəlik səfərdən sonra bir-iki gün burada dincəlmək fikrində idim.
Ətrafda quş çox idi. Atı bir ağaca bağlayıb ova çıxdım. Kolların arasından qulağıma bir şaqqıltı gəldi, haman, oxu yaya basıb hazırlandım.
Diqqətlə qulaq verdim. Zəki və elastik bir heyvan yürüşünə bənzəyirdi.
– Aslanmı? – deyə düşündüm. Qəvi bir yırtıcı ilə qarşı-qarşıya gəlmək ehtimalı qanıma qor doldurdu. Bir dəqiqədə sanki “İnsan” deyilən bir pərdə var imiş də üzərimdən qaldırıldı, varlığım ibtidai çılpaqlıqla meydana çıxaraq qana susadı. Bir də... incə bir qadın şərqisi vəhşətə qələbə çaldı. Əlimdən oxum düşdü, yaşıllıqlar arasından orta boylu, günəşdən yanmış bir çöhrə göründü. Başındakı sərnic suya getdiyini göstərirdi.
İrəlilədim. Məni görərkən qız ürkdü. Kənara sıçrayaraq bir neçə addım atdıqdan sonra durdu. “Kimdir? Haradan gəlir?” deyə işarə ilə anlatdım. Gülümsədi. Meşəlik yamacı göstərdi.
– Oraya gedək! – dedi.
Sözümə cavab olaraq başındakı qabı göstərdi.
Fikrini anladım: bir yerdə bulağa enərək sərnici su ilə doldurduq. Ata mindim və sərnici də yəhərin qaşına qoydum; yola düşdük.
Yamacın arasında böyük bir düşərgəyə rast gəldim. Atlar kişnəyir, inəklər böyürür, qoyunlar mələşirdi. Ətrafda qarınca kimi qaynaşan İnsanlar içində bir kişiyə rast gəlmədiyim üçün heyrətləndim.
Bir çadıra yanaşdıqda qız sərnici istədi. Verdim.
Bir neçə dəqiqədən sonra mənim buraya gəlməm böyük bir hadisə təşkil etdi: ətrafıma yüzlərcə qadın toplandı. Sərt çöhrəli, şişkin əzələli bu qadınlar dişidən daha çox erkəyə bənzəyirlərdi.
Bir də izdihamın arxasından bir səs eşidildi; haman, qadınlar yana çəkildi; yaşlı və gözü kor bir qadın irəliləyib, atımın cilovundan yapışdı. Bəzi sözlər söylədi, anlamadım. Atı çəkərək apardı.
26
Qadın məni gözəl bir çadırın qarşısında tərk edib, içəri girdi. Qapıda qarovul çəkən iki qız əllərindəki nizələri yerə vuraraq bəzi sözlər dedilər. İstehza etdikləri bəlli idi. Biri dilini çıxarıb, qıpqırmızı kəsildi.
Bu əsnada içəridən uca boylu çirkin bir qadın çıxdı. Bu qadını on nəfərə qədər qız təşyi edirdi. Təzimkar bir təbəssümlə mənə baxdı və çadırın qarşısındakı taxta əyləşdi. Dəvətinə hörmət edərək atdan endim və göstərdiyi yerdə oturdum. Yanındakı qadınlar sıra ilə mənə yanaşaraq bəzi sözlər söylədilər, anlamadım.
Sonuncu qadının dili bizimkinə yaxın olduğundan anlaşdıq.
Burası həməzənlər düşərgahı imiş.
– Bunların kişiləri yoxdurmu? – deyə sual verdim. Qadın:
– Yox, – dedi, – bizlər kişiləri içimizə buraxmarıq. Mən qulaqlarıma inanmayan kimi:
– Ərə getmək yoxmu? – dedim.
Qadın gülümsədi və bir az duruxdu. Sanki cavab verməkdən aciz idi. Nəhayət, izaha başladı:
– Bizim qadınlar yalnız müharibə meydanında məğlub edildikləri kişilərlə görüşürlər. Bu görüş daimi olmaz. Müəyyən zamandan sonra kişiləri tərk edərək yenə ayrıca həyat sürərik.
– Zürriyyət olmazmı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-qizlar-bulagi-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
«Din ayrı qardaşlar»Qürbət bir şəhərin bazarında iki adam qabaq qabağa gəlib bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nəfrət-əngiz bir heyrətdə dönüb qaldılar.– Pa, allah saxlasın, kəbla-Məhəmməd kirvə! Sən hara bura hara?
Məşədi və Kərbəlayı– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!