Страница 8 из 13 · 54%

– Oğlumun qədərində nə var? – deyə həyəcanla sordu. Susdum.

Gözlərimdən yaş süzüldü. Ağlayacağımı heç də təsəvvür etməzdim.

Baş xatın taxtına yıxıldı. Gözləri yaşlı qızlar hər tərəfdən ona tərəf qoşdular.

31

O biri gün şahzadənin dəfn mərasimini keçirdik. Qullar iyirmi addım uzunu və iyirmi addım enliyində iki adam boyu bir yer qazdılar.

Dibinə söyüd yarpaqları döşəndi. Şahzadənin çadırı bütün müxəlləfatı ilə buraya yerləşdirildi. Meyiti geyindirib, silahlarla bərabər yatağına uzatdılar, çadıra gətirdilər. Irəliki gün diz çökən on səkkiz qız Alpatay adlı çopur bir cəllad tərəfindən bir-bir boğulub öldürülmüşdü. Bunları da şahzadənin ətrafına düzdülər. Şahzadənin atı boğulub, çadırın qapısına bağlandı.

Qəbir torpaqla örtülmədən əvvəl xaqan, onun hərəmi və dayə gəldi.

Xaqan sadəcə geyinmişdi. Yalnız qurşağındakı dəstəsinə almaz və ləllər nəsb olunmuş altun yatağanı nəzəri cəlb edirdi. Arxasında əlləri təbərli doqquz nəfər var idi. Baş xatının balağına hər tərəfdən doqquz qız yapışmışdı. Baş xatın əllərini gözlərinin üzərinə qoyaraq hönkürürdü.

Arxadan başqa xatınlar, ricallar və sərkərdələr gəlirdilər.

Çadırın qapısına yanaşdıqda baş xatın dönərək Runca xatına hiddətlə:

– Gəlmə, həyasız! – dedi, – mənim qanlım sənsən!

Qadınlar cəsarətsiz bir halda yerlərində donub qaldılar. Baş xatının bu hərəkəti bəzi sərkərdələrin arasında xoşnudsuzluq doğurdu. Çünki Runca xatının oğlu vəliəhd olacağı üçün hər kəs istiqbalını onun hüsni-təvəccöhünü qazanmaqda görürdü.

Vida mərasimi bitdikdən sonra qəbrin üzərinə ağaclar döşəndi, hər bir əsgər əlində bir az torpaq gətirib tökdü: qəbrin üzərində yüksək bir qurğan yapıldı. Qurğanın ətrafına haça ağaclar basdırıldı. Qənimət alınmış at1ardan əllisi və korlardan əlli nəfəri boğulub gətirilmişdi.

Atların boyunlarını və arxalarını haçalara qoyaraq, üzərinə də əsir meyitlərini uzatdılar. Sonra qırx süvari qurğanın ətrafına dönərək, mərsiyə söylədi.

32

Üç gün sonra xaqanın hüzuruna qəbul olundum. Taxtında oturmuşdu.

Ətrafında bir çox gözəl qız və oğlanlar durmuşdu. Xaqan mənə yer göstərdi, oturdum. Bir də işarə elədi; hər kəs çadırı tərk etdi. Yalnız ikimiz qaldıq. Xaqan çox dəyişilmişdi. Zəif səslə:

– Yaxşımısan? – deyə sordu.

– Mərrixin sayəsində.

– Kədərimə dözə bilmirəm, – dedi, susdu və bir az sonra: – Kədərimi susdurmaq üçün qanlı bir səfər təsəvvüründəyəm. Qədər nə söyləyir?

Düşündüm:

– Qədər qaranlıqdır, – dedim.

Xaqan sözlərimdən bir az hiddətləndisə də, sonra sakit olaraq maraqla:

– Necə? – dedi.

– Üç gündür qədərin sirlərini açmaqla məşğulam. Hələ səfərdən əvvəl bir çox bəlalar görünür. Bəzi sərkərdələrin xaqana qarşı xəyanətləri aşkar olur...

Xaqan hiddətindən üç dəfə qalxıb oturdu:

– Bilirəm, bilirəm, bilirəm! – deyə incə, sallaq bığını gəmirdi, – bu xəyanətlərin başı Quzataydır.

– Bir deyil, bir neçəsi olmalı, – dedim.

– Bilirəm. Ancaq Alpatayın qollarında qüvvət tükənincəyə qədər adam boğduracağam da, fəsadın kökünü kəsdirəcəyəm... Qədərdə daha nə var?

– Xaqanın səlaməti üçün görüləcək birinci iş fəsadın qaldırılmasıdır.

Hələ sonraları xəbər verməkdən acizəm.

Xaqan düşündü, birdən dedi:

– Get, ancaq məni tərəddüddən qurtar!

– Xaqanın səlaməti üçün nə lazımsa edəcəyimə əmin ola bilərsən.

Ancaq... Səfərdə fəlakət görürəm.

– Get, məsələ aydın oldu. Xaqana təzim edərək çıxdım.

33

Yarım saat sonra gizli olaraq Runca xatınla görüşdüm. Gəldiyimdən çox məmnun olaraq qədərini soruşdu. Verəcəyim cavabı ətraflı düşünərək:

– Sirr açılsa, qədər səndən üz döndərər, – dedim.

– Sirri açsam, oğlumun qəbri qazılsın! – deyə and içdi.

– Qədər sizin tərəfinizdədir. Ancaq... tədbir görülməzsə, vəliəhdin həyatı təhlükəli olacaq.

Runca xatın diksindi:

– Aman, yol göstər! – deyə əlini ayağıma sürtüb öpdü.

– Yol hazır, bu gün Quzatayla bərabər buradan ordunu bizə sadiq olan bir hissəsinə qaçın.

– Xaqanmı hiddətlənmiş?

– Elə! Quzatay ordu toplasın, yoxsa... həyatınız təhlükədədir.

– Bu işlər bütün baş xatının hikkəsindən irəli gəlir. Yəqin xaqanı da təhrik edən odur.

– Hər halda, tələsməlisiniz.

Runca xatının rəngi üzündən götürülmüşdü. Yerindən dəli kimi qalxdı, əvvəl nə edəcəyini bilmədi, sonra əlacsız bir halda üzünü mənə çevirdi.

Cavab olaraq:

– Quzatayı çağırtdır, – dedim.

On dəqiqə keçməmiş Quzatay hazır oldu.

Görüşdük. Çəlimsiz bir adam idi. Qanlı gözlərindən vəhşət yağırdı. Əynindəki paltar İnsan dərisindən yapılmışdı.

Buna rəğmən qamlardan çox qorxduğunu hərəkətlərindən duydum.

– Qədərlərimizin açarı səndə, – dedi və dodaqlarında hörmətkar bir təbəssüm oynadı.

– Qədər sizin tərəfdədir, – dedim.

Sevindi. Yolumda hər bir xidmətə hazır olduğunu bildirdi.

Məsələni anlatdım. Təkidən söylədim ki, onun nicatı ordu toplayıb, xaqanın hücumundan özünü müdafiə etməsindədir.

Razı oldu.

– Mərrix məbədinə qan lazımdır, – dedim. – Dəqiqəni qaib etsən, məhv olacaqsan.

Coşqun bir halda yerindən qalxdı. Qanlı gözləri bir az da qızarmışdı. Məndən razılıq elədilər. Çıxdım.

34

Xaqanın şiddətli əmrinə rəğmən Quzatay tapılmadı. Bir də ordunun qüvvətli bir hissəsini götürərək qarşı dağın arxasına çəkilməsi xəbəri ildırım qüvvəsi ilə yayılmağa başladı. Runca xatının oğlu ilə bərabər yox olması da min bir şayiəyə səbəb oldu.

Təcili surətdə saraya çağırıldım. Xaqanın qəzəbi hədsizdi. Çadırda gəzinərək:

– Qədər doğru imiş, – dedi. – Indi çarəsini göstər!

Əlimi üzümə dayaq verərək fikrə daldım. Bir neçə dəqiqə cavab vermədim. Halımdan mütəəssir olaraq xaqan da sakit oldu, taxtına əyləşərək sükuti-qəlblə cavabımı gözlədi.

– Hücumdan başqa çarə yoxdur, – dedim. – Bu gün qüvvət toplanmazsa sabah ətrafında baş xatınla məndən başqa kimsəni görməyəcəksən!

Xaqan haman, sərkərdələri yanına çağırdı və ordunu tezliklə hazırlamalarını əmr etdi.

Bir dəqiqədə carçılar ata minərək xalqın arasına yayıldı.

Eyni zamanda məşvərətə oturuldu. Nəticədə sabah tezdən üç tərəfdən hücum etməyi qərarlaşdırdılar.

35

Sübh günəşinin qızartısı göyə səpilərkən Mərrix məbədinə getdim. Məbəd taxta qüllədən ibarət idi. Yuxarısında kiçik bir meydança var idi.

Ətrafı süvari bürümüşdü, atların cilovlarından sallanan İnsan dərisinin sayı yox idi. Nizə və təbərlərin saplarındakı düşmən sümükləri vəhşət verirdi. Öndə duran xaqan qəzəbindən tez-tez atının cilovunu dartır və İnsan üzlərindən qoparılan minlərcə dərilər titrərkən gizli bir inilti qoparan kimi olurdu.

Bir də korlardan birini bağırdaraq gətirdilər. Alpatay yaxasından yapışdı, qəməsini əsirin boğazına elə bir sürətlə soxdu ki, əli belə görünmədi.

Qan fışqırdı.

Xaqanın qılıncı gətirildi, əsir qanı ilə boyanıb, Mərrix qülləsi üzərindəki meydançaya qoyuldu.

Mərrixin tələb etdiyi ilk qan təslim verildi.

Sonra atdan endilər və qüllənin ətrafına düzülən bişmişlərdən yedilər. İçki paylandı, hər kəs düşmən kəlləsindən yapılmış qədəhləri başına çəkdi.

Xaqanın qarşısındakı kəllənin ətrafına altun nəsb olunmuşdu. Bu kəllə böyük bir sərkərdə başı imiş.

Xaqan kəlləni əlinə aldı, içindəki son qətrələri içdikdən sonra kəlləyə baxaraq dedi:

– Artıq sənə qarşı intiqamım qalmadı. Məndə yeni bir intiqam alovlandı.

Quzatayın kəlləsi dodağıma təmas etməzsə, alovum sönməz.

Xaqan kəlləni qeyzlə yerə atdı. Bu halda bütün süvarilər ata sıçradı və hər kəs bir ox çıxarıb, ucunu məbədə tərəf tutdu.

– Ur! – deyən xaqanın heybətli səsi havanı titrətdi. Oxlar iki bölünüb yerə atıldı.

Oxları sındırmaq yəmin etmək deməkdir: hər kəs özünü xaqanın yolunda qurban edəcəyinə and içirdi. Dəfimə bir yumruq vurdum. Ətraf susdu. Bir dəqiqə gözləyərək dəfə təkrar-təkrar vurdum.

– Mərrix bizimlədir! – deyə bağırdım, yerimdə fırlanıb bayıldım.

36

Özümə gəldikdə ətrafımda bir gəncdən başqa kimsəni görmədim.

Sel kimi axan ordu üfüqləri tozlara qərq etmişdi. Gənc mənə yanaşdı və yavaş səslə:

– Xaqanın böyük qızı Ərdica səni görmək istəyir. Getdim. Sarayın arxa tərəfindəki saklı bir tarlada buğdayı sifətli, qıyqacı gözlü, ağzıburnu xırda bir qıza rast gəldim. Başında ağ çalması, döşündə gərdənbəndi vardı. Dolğun köksü altun pullar arasından baş vermişdi. Yel vurduqca incə ipək paltarı vücuduna yapışaraq qarnının üzərindəki zərif çökək qığılcım saçırdı. Totuq yancaqları asilik əməlində çırpınırdı.

Mənə yanaşmasını duydum. Nəfəsinin hərarəti üzümü qıdıqladı:

– Saraya ilk dəfə gələndən bəri gecələrimin dadlı yuxusunu da özünlə apardın...

Qızın səsi titrədi, susdu.

Baxdım. Sallanmış iri kirpikləri yaş saçırdı.

Belini qucdum. Bütün vücudu bağrıma sığındı. Qərib quşları andıran məmələri köksümdə çırpınırdı.

Dodaqlarım dodaqlarını aradı və şehli nəşələrlə atəşini söndürməyə başladı.

Aralandım, getmək istədim. Önümdə diz çökdü, ayaqlarımı qucaqlayıb öpdü:

– Getmə! – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов