İkinci kitab, üçüncü hissə
Страница 4 из 8 · 38%
Olesya da köşkün polyaka mənsub olduğunu duyar-duymaz milli ədavəti coşmuşdu:
– Bu istismara qarşı Ukrayna milləti laqeyd qala bilərmi? – deyə köksünü ötürmüşdü.
10
Gözətçi qadının etirazına baxmayaraq, həyətin bir guşəsində ocaq qalanıb, yenicə kəsilmiş qoyunun ətindən xörəklər hazırlanırdı, tüstü həyəti bürümüşdü. O biri tərəfdən Venus heykəlini əhatə edən çiçəklik döşənmiş, əməkdaşlar kefə məşğuldular. Spirtdən yapılmış araq və əlvan məzələr düzülmüşdü. Qadınların başına çiçəklərdən qayırma taclar qoyulmuşdu. Vanya tacı qızıl, Rüstəmbəy bənövşə və Boris də sarı çiçəklərdən yapmışdı. Qızıl – eşq ya inqilab; bənövşə – nəfislik; sarı da – vəfasızlıq mənasına idi. Qadınlar öz taclarından olduqca məmnun qalmışdılar. Bilxassə Zina nəşəsindən bayılırdı; Borisin onu Vanyaya qısqanması Zinaya həzzlər verirdi. Qadınını vəfasızlıqla qəbahətləndirən Boris zahirən Olesyanın yanında oturmuşdusa da, bütün varlığı Zinaya bağlı idi. Zinanın Vanyaya qarşı işvəkar davranması onu odlayırdı. Gitaranı bağrına basıb, üfüq bəkarətini hələ üzlərində daşıyan məhcub aya baxaraq, simləri ağladır. Vanya Zinanın boynunu qucaqlayıb, yanıqlı şərqilər söyləyirdi.
Rüstəmbəy qədəhlərin doldurulmasını təklif edib, sağlıq başladı:
– Yoldaşlar, – dedi, – bu axşam eşq ilahəsi Venusun qonaqlarıyıq.
Aydın gecə, nəfis hava, ətraf çiçək, hamımızın köksündə gənc ürək çarpıntısı... bunlarda böyük bir sirr, dərin bir məna yoxmu? Venusun dodaqlarında həkk olan lətif təbəssümə baxın. Bu təbəssüm eşq ilahəsinin bizdən məmnun olduğunu göstərmirmi? İlahəni daha məmnun etmək üçün onun təmsil etdiyi daimi hissin şərəfinə içəlim. Yaşasın eşq! Yaşasın hisslərimizi tac edərək, başlarında daşıyan qadınlar!..
Hər tərəfdən:
– Yaşasın! – deyə, – səslər eşidildi. Rüstəmbəy qədəhini qaldıraraq, qadınları alqışladı və gözləri Musyanın gözlərinə sataşdıqda, bir az dayanıb, sonra coşqun bir halda:
– Musya, ey təsadüfün tufanından dərilmiş çiçək! Eşq ilahisinin qarşısında and içirəm ki, sizə qarşı ən incə, ən nəfis və ən yüksək hisslər bəsləyirəm. Gözəl saçlarınız üzərində iftixarla yerləşən tac solar, ancaq o tacın təmsil etdiyi hisslər solmaz! – deyə nitqinə xitam verdi.
Rüstəmbəy alqışlandı. Zina kinayə ilə:
– Rüstəmbəy, şairanə mühit və araq sizi də həssas etmiş, – deyə qədəhini onun qədəhinə vurdu.
Məzələr bitib, xörəklər gəldi. Keçirilən qorxu, əziyyət və yorğunluğu unutmaq ehtiyacı hələ də qüvvətli idi. Voronova araq hazırlanması əmr olundu. Sərxoş beyinlər yenidən dumanlanmağa başladı.
Bu dəfə bölük müdiri Kasparyanın təklifi üzrə Rüstəmbəy tamada seçildi. Məclisin indiyə qədər nizamsız getməsinə təəssüf edərək, iştirak edənlərin sağlığına “nizam”la birər-birər içildi. Bölük müdirləri
də varlıqlarını bildirməyə başladılar. Kasparyan söz istədi:
– Yoldaşlar, – dedi, – iş göstərməsə, İnsanı tanımaq olmazmış.
Məsələn, biz Rüstəmbəyi bir tələbkar amir, intizampərvər iş adamı, başqasını işlədən, bəzən sərt və özü də ifrat işləyən bir adam kimi tanıyırdıq. Rüstəmbəy fanatik bir rəhban kimi həyat keçirirdi, həsrətində olan qadınlar ona yanaşmağa belə cəsarət etməzdilər, çünki “iş vaxtı yalnız iş” onun başlıca şüarı idi... Yoldaşlar, ricət qorxuları və yol sarsıntılarından sonra biz Rüstəmbəydə yeni sifətlər kəşf edirik.
Rüstəmbəyin böyük məclis adamı və gözəl yoldaş olması meydana çıxır...
Bu həqiqi amirin və səmimi yoldaşın şərəfinə içəlim.
– Yaşasın Rüstəmbəy! – deyə səslər qopdu.
Boris gitaranı kökləyib çaldı. Vanya da şərqi söylədi.
11
Gənc əməkdaşlar məclisin axırına qədər davam edə bilməyib, birbir cərgədən çıxdılar. Bunların bəzisinin qolundan və qıçından yapışıb, otun üzərinə uzandırdılar. Içkidən özlərini qaib etmişdilər. Böyüklərdən Boris, Kasparyan və Zinadan başqa kimsə qalmadı. Zina da içmişdi: lakin mətin və nəşəli idi. Rüstəmbəy:
– Məclisin sonunu Venusun pərəstişi ilə bitirəlim, – deyə təklif etdi. Qalxdılar, çiçəklər dərib, eşq ilahəsinin saçlarını, gərdənini və sinəsini bəzədilər. Sonra bir qız, bir oğlan əl-ələ tutaraq Venusun önündə diz çökdülər və sitayiş edər kimi baş əyib, bir-biri ilə öpüşdülər.
Bununla məclisə xitam verib, qoşa-qoşa gəzməyə getdilər. Çiçəklikdən sonra xiyabanlar başlayırdı. Əsgər kimi düzülmüş çinarlar uzun kölgələr salmışdı. Dərin bir sükut ətrafı bürüyərək kainatla həmahəng olmuşdu. Zina Vanyanın, Olesya Kasparyanın, Musya da Rüstəmbəyin qolunda idi. Arxadan əlli addımlıq bir məsafədə Boris onları izləyərək, gitarası ilə dərdləşirdi; simlər gecənin istirahətinə qarşı fəğanlar qoparırdı.
Musyanın incə geyimi hərarət saçırdı. Rüstəmbəy gənc qızın hərarətindən xoşlanıb, sözlə ifadə olunmaz həzzlər duyurdu. Musya yapdığı təsiri sövqi-təbii ilə hiss edir və Rüstəmbəyin üzünə həsrətlə baxırdı. Rüstəmbəy bir söz söyləməyib, məst və məsud addımlarla səthi yaldızlanmış gölçəyə doğru yürüyürdü.
Musya dayandı, əlini Rüstəmbəyin qolundan çıxarıb, saçlarını düzəltməyə başladı. Titrədilən saçlardan havaya ətir saçıldı. Saçlarını nizama saldı və arxa tərəfə çönüb, uzun xiyabanı süzdü:
– Bu xiyabanın adını bilirsinizmi? – dedi.
Rüstəmbəy qızın qarşısında məst bir hal alaraq, cavabdan aciz qaldı. Musya:
– Xiyabanın adına “Hələ ifadə olunmamış fikirlər” deyərlər, – deyə öz sualına özü cavab verdi.
Rüstəmbəy gülümsədi; lakin gülümsənməsi ilə Musyanın məramını anlamaması meydana çıxdı. Musyanın ürəyi sıxıldı. Məyus bir halda yola davam etdi və bir-iki addım da Rüstəmbəydən irəlidə yürüməyə başladı.
Gölçə ayın sədəf hədiyyələrini köksünə toplayaraq uyuyurdu. Sallama söyüdlər pərişan kölgələri ilə gölçənin bir tərəfini istila etmişdi.
Hər şeydə eyni ifadə, eyni təzahür vardı: sükun, dərin sükun... sirr hər yerdə hökmfərma idi.
Kölgəliyə sıxılan bir skamyaya oturdular. Rüstəmbəy qolunun birini skamyanın söykənəcəyinə buraxıb qaldı, Musya bir az ona meyllənərək, oturub əvvəl sükutu pozmağa cəsarət etmədi.
Kasparyanla Vanya da gəlib gölçənin ötəki tərəfində yerləşdilər. Boris görünmürdü, yalnız yanıqlı şərqisi uzaqlardan eşidilirdi.
Musya üçün Rüstəmbəy bir sirr olmuşdu: yarım saat əvvəl hər kəsi əyləndirən, nəşələndirən bu adam indi qələndəri dərviş kimi zikrə dalmışdı. Musya ərklə əlini onun qoluna salıb, başını çiyninə söykədi:
– Niyə dinmirsiniz? Bir şeylər söyləyiniz, sizi dinləmək istəyirəm, – dedi, səsində əninlər duyuldu.
Rüstəmbəy diksinib sanki yuxudan ayıldı. Musyanın əlini alaraq:
– Nə deyim?.. Mənə belə gəlir ki, bu gecənin sükutunu pozmaq böyük günah işləmək deməkdir... hava dalmış, gölçə dalmış, ağaclar yarpaqlarını belə qımıldatmaq istəmir, bunlarda bir sirr var. İnsan da müstəqil həyatından ayrılıb, kainata qoşulmaq istəyir. Danışmaq bu arzuya mane olur.
Musya Rüstəmbəyin mülahizələrini mürşid kəlamı kimi qəbul edib, bir müddət susdu. Lakin Rüstəmbəyin duyduğu batini həzzlərə vara bilmədi.
Rüstəmbəyi dinləmək ehtiyacı ona aman vermədi. Yenə onun qoluna girdi, oxşandı və xəstə baxışla ona tamaşa etməkdən çəkinmədi.
Uzaqdan xoruz banı eşidildi. Bunu mütəaqib bir neçə xoruz da səsləşdi.
Rüstəmbəy əllərini havada fırladaraq:
– Ah, xain xoruz! Məni ana dənizdən ayırdın, – deyə içini çəkdi.
Musya Rüstəmbəyin sözlərini anlamadı:
– Siz çox tühafsınız, – dedi, – dəniz nədir? Musyanın safdilliyi
Rüstəmbəyə xoş gələrək güldü:
– Musya, – dedi, – hiss etibarilə kişilərlə qadınlar arasında təbii bir fərq vardır. Qadının hissi vahiddir. Bu hiss əbədi və əzəlidir. Sevmək və sevilmək qadın üçün yeganə bir məfkurədir. Başqası yoxdur. Kişilərin, bilxassə fikir yürüdən kişilərin hissində ikilik var: sevib-sevilmək məfkurəsi xaricində o, ikinci bir məfkurəyə pərəstiş edir. Bu, mənəvi eşqdir.
Burada qadın yoxdur. Ürək beyinlə uzlaşıb barışır. Dəruni bir ahəng vücuda gələrək, İnsanı maddi aləmdən ayırıb, nisyan istirahətinə daldırır. Dəniz dediyim nisyan istirahətindən ibarətdir. Mən nəyəm?.. Müvəqqəti həyat üçün dənizdən ayrılmış bir damla! Qətrə arabir dənizə qovuşub da qəlbi istirahət bulmalı... Yoxsa maddiyyət çarpışmaları onu üzər...
Rüstəmbəyi heyrətlə dinləyən Musya onun sözlərini kəsib:
– Sizin də hissinizdə ikilik varmı? – deyə sordu.
– Təbii.
– Görmürəm. Nisyan eşqi olduğunu duyuram! O birisini görmürəm.
Musyanın sözləri əvvəl Rüstəmbəyi şaşırtdı, gülümsədi, cavab verə bilmədi. Sonra Musyanın əlini dodaqlarına aparıb:
– Bəlkə də haqlısan, – deyə öpdü, – ancaq... tanışlığımız çoxmu oldu? Bu vaxt bir adamı öyrənməyə az deyilmi?!
Musya Rüstəmbəyin əlini əlləri arasına alıb oxşadı. Qadınlıq heysiyyəti məmnun kimi görünürdü.
12
Köç üçün əmr verildi. Hazırlıq başlandı. Bütün əməkdaşlar iş başında idi. Gözətçi polyak qadını fırlayıb həyətə çıxdı:
– Uyğunsuz işlər görürsünüz, vəhşi barbar da sizdən yaxşıdır.
Gecə atları buraxmışlar, botanik bağçanı korlamış, fidanlığı alt-üst etmişdir.
İşçilər meyvə ağaclarını yolmaqla kifayətlənməyərək, zirzəminin qapısını sındırıb, əlli-altmış illik şərabları oğurlamışlar. Belə olurmu? Almanlar bu vəhşi ölkəni istila etməkdə haqlı deyillərmi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-ucuncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Cuma axşamıKərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Taxıl bitkiləriÇəltik deyir:**Taxılların başıyam,