Dəyirman əhvalatı
Страница 3 из 3 · 67%
Daha Qərib heç kəsin üzünə baxmadan:
– Yaxşı, siz gülməyinizdə olun! – dedi. Özünü tez bayıra saldı ki, əlindən xata çıxmasın. Birbaş evə gedib, Süsənbəri tövlədə inək sağdığı yerdə tapdı.
– Süsənbər, qurban olum sənə, – dedi. – Baramanın pulu hardadır?
– Qərib öz arvadına heç vaxt belə yalvarmamışdı.
Süsənbər o saatca bildi ki, yenə Qəribin ağlına nəsə yerləşib.
– Evdədi də, – dedi, – harda olacaq? – Gülüb əlavə elədi. – Deyəsən, insafa gəlmisən axı: məni Leylinqrada aparırsan?
Qərib kəsəsinə:
– Gedib buğda alacağam, – dedi. Və Pesmis Qulunun sir-sifətini yadına salıb, tövlənin qapısına bir yaxşı təpik ilişdirdi.
– Buğdanı neynirsən ki?
– Üyüdüb satacağam. Qoy camaat ağzının dadını bilsin. Onda dəyirmana dən gətirərlər...
Hərəsi altmış kilodan qırx tay taxıl idi və o qırx tay taxılı Darıdağ kolxozunun maşınında Buzbulağa aparanda Qərib fikirləşirdi ki, dünya yaman dəyişib, çörək yaman ucuzlaşıb, çünki müharibəni, aclığı görməsə də, Buzbulaqda çörəyin kasad vaxtlarını Qərib görmüşdü. İndi o, Süsənbərin bircə ildə baramadan qazandığı pulun yarısına bu qədər taxıl almışdı. Vur-tut beşcə yüz manata. Özü də tərtəmiz toxumluq buğda idi. Durub çərənçilik eləsəydi, bəlkə bundan da bir az ucuz ala bilərdi. Darıdağın anbarında hələ inişildən buğda qalırdı.
Taxıl üstdə oturmağı günah bildiyi üçün Qərib elə kabinanın üstündəcə bir qıraqda əyləşib, ayaqlarını aşağıdakı iki taxtanın arasına keçirmişdi. Maşın Buzbulağa çathaçatda idi: “Dayanın, bu saat gəlirəm. İndi baxıb görərik analar necə oğullar doğub!..”
Qərib əyilib şoferə dedi ki, Buzbulağın çayxanasının yanından keçəndə maşını lap yavaş sürsün, özü yerini rahatlayıb, pəsdən oxumağa başladı... Amma maşın çayxananın yanına gedib çatmadı. Kolxoz idarəsinin qabağında, yolun ağzında iki nəfər əlini yuxarı qaldırıb durmuşdu: biri nəzarət idarəsinin sədri idi, o birini Qərib tanımırdı.
Çayxananın qabağından boylanıb bu tərəfə baxan bir dəstə adamı Qərib uzaqdan-uzağa gördü. Sonra onu ayrı maşına əyləşdirdilər və Qəribin taxıl maşınının üzünü rayon səmtə döndərdilər...
IV
Beş-altı gündən sonra Buzbulağın klubunda Qəribin açıq məhkəməsi oldu. Amma o məhkəmə, deyəsən, elə-belə “quş qoymaqdan” ötrü idi. Çünki məhkəmədən qabaq Mirəli kişi rayona üç-dörd gün ayaq döymüşdü və Mirəli kişi sözü yerə düşəsi kişi deyildi (onun beş igid oğlu davadan qayıtmamışdı). Mirəli kişinin bu üç-dörd gündə orda raykomun, nəzarətin, məhkəmənin işçilərinə dediyi cürbəcür duzlu-məzəli sözlər bir yana qalsın, hətta Qəribə zamin durmağı barədə kağızda, onun (kəmsavadlığı ucbatından) qol yerinə nəsə – balıq başına oxşayan – bir şey çəkdiyini də Buzbulaqda hamı bilirdi...
Bununla belə, klub ağzınacan adamla dolu idi (çoxusu, əlbəttə, vaxt keçirməyə gəlmişdi, məhkəməyə gəlməmişdi). Süsənbər də bir tərəfdə, uşaqları sağ-solunda əyləşdirib kirimişcə oturmuşdu, Mirəli kişi səmtə tez-tez baxa-baxa, elə bil Qəribə demək istəyirdi ki, qorxma, işlər yaxşıdır, səni indicə buraxacaqlar. Və Qərib də arabir Süsənbər tərəfə baxıb ehmalca başını yırğalayırdı, çünki bütün bu işlərdən Qəribin də xəbəri vardı: Mirəli kişinin onu zaminə götürməyini Qəribə demişdilər.
...Qərib o məhkəmədən də Mirəli kişi ilə bir yerdə çıxdı. Yenə hava yaz havası idi. Qəribin kənddə olmadığı beş-altı günün içində əriklər, alçalar da hər yerdə çiçək açmışdı.
Qərib yol boyu o əriklərə, alçalara tamaşa elədi və ürəyində fikirləşdi ki, hər fəslin öz vaxtında gəlməməyi doğrudan da pis şey imiş, olduqca pis şey imiş, çünki Qərib, hələ türmədə olanda, özü üçün tam yəqin eləmişdi ki, əgər bu ilin yazı belə tez başlanmasaydı, bütün bu həngamə də, şübhəsiz ki, onun başına gəlməzdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-deyirman-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Yəqin, Samurun bəxti orda gətirməmişdi ki, qardaşı Haşım ondan böyük idi, çox böyük idi. Samur məktəbə gedəndə Haşım o məktəbin direktoru idi. Haşım o məktəbdə Samura beş-altı il dərs demişdi: evdə dərs, çöldə dərs... Üstəlik, Haşımın beyninə möhkəm yerləşmişdi ki, Samur oxuyan deyil. Haşım qət eləmişdi ki, məhz onun direktor olmağının sayəsində o məktəbdə müəllimlər Samura yaxşı qiymətlər yazırlar, amma, əslində, belə deyildi. Bunu onların anası Şövkət arvad hamıdan yaxşı bilirdi. Şövkət arvadın sağlığında, Haşım hər dəfə Samuru danlayanda, evdə bu barədə mütləq söhbət olurdu. Ana Samurun tərəfini saxlayırdı. Böyük oğluna: "Samur səndən ağıllıdır – deyirdi. – Bunun ürəyi səninkindən safdır"...
Bir gecəlik ay işığıI**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Стихи других поэтов
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Qəztələr tövqifini yalnız Sipəhdar əkməyirQəztələr tövqifini yalnız Sipəhdar1 əkməyir,Bizdə də əskik deyildir boylə biidraklər!
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.