Страница 1 из 3

Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxudurdu məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi.

Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək.

Məleykə xanımın əri arvadının yanağından öpdü, sonra da dedi ki, Moskvaya çatan kimi dərhal telefonla zəng eləsin; həm də tapşırdı ki, yolu necə başa vurduğunu söyləsin. Bunu lap xüsusi dedi, yəni ki, qızım, sənə deyirəm, gəlinim, sən eşit.

Əlbəttə, bu saat mən onu sakitləşdirə bilərdim, deyərdim ki, əzizim, dostum, heç nigaran qalma; arvadına heç nə olmaz yolda, çünki sənin arvadında qətiyyən gözüm yoxdur; baxma ki, bir kupedə ikimizik, yol da uzun – arxayın ol və get arxayın da yat – əgər özün tək yatacaqsansa. Bunları deyərdim, amma demədim – bu da onun baxışları müqabilində mənim tərəfimdən kiçicik bir intiqam idi, çünki Mirzə Cəlil yaxşı deyib ki, dünyada bu nigarançılıqdan da pis şey yoxdur.

Qatar tərpənəndə Məleykə xanım pəncərədən ərinə əl elədi, əri də aşağıdan ona əl elədi, amma zalımın gözü elə məndə idi; nə isə, dünyada bu nigarançılıqdan da pis şey yoxdur.

Sonra bələdçi arvad gəlib biletlərimizi aldı, peşəkar nəzərlərlə bir mənə, bir də Məleykə xanıma baxdı, yəni ki, məsələ məlumdur.

Əvvəlcə mən kupedən çıxdım, Məleykə xanım paltarını dəyişdi, sonra o, kupedən çıxdı, mən paltarımı dəyişdim, sonra da kupedə oturub Abşeron gecəsinin qış mənzərəsinə tamaşa eləməyə başladıq, hərçənd elə bir mənzərə yox idi.

Bələdçi qadın gəlib bizdən adama bir manat yorğan-döşək pulu aldı və soruşdu ki, çay içəcəyik, ya yox? İkimiz də dedik ki, içəcəyik. Sonra mən paltomun cibindən «Ədəbiyyat və incəsənət» qəzetinin bugünkü nömrəsini çıxarıb vərəqləməyə başladım. Sənətşünasların Moskvada açılacaq beynəlxalq müşavirəsi barədə də məlumat var idi, mənimlə Məleykə xanımın məruzə edəcəyimiz də yazılmışdı, bircə şəklimiz yox idi: mənimlə Məleykə xanım, fonda da Məleykə xanımın ərinin qorxunc və məlul baxışları.

Məleykə xanım soruşdu ki, deyəsən, satirik yazı oxuyursunuz? Mən də dedim ki, bəli, maraqlı şerdir. Sonra Məleykə xanım dedi ki, çayınızı soyutmayın. Mən də dedim ki, çox sağ olun, içərəm; guya ki, ev sahibəsi idi və məni qonaq edirdi.

Mən təyyarəyə minmirəm; ona görə yox ki, təyyarədən qorxuram, ona görə ki, təyyarədən bir ləzzət almıram – hərçənd ömründə təyyarəyə minməmişəm – amma bunu hiss edirəm.

Məleykə xanımın da ürəyi təyyarə götürmür.

Məleykə xanım gülümsəyib dedi ki, bilmirəm, bunu sizə deyiblər, ya yox, amma yaman qaradinməz adamsınız. Dedim ki, siz hələ mənim danışmağımı görməmisiniz. Dedi ki, görməmişəm və təsəvvür də etmirəm, çünki neçə ildir sizinlə bir institutda işləyirik, həmkarıq, amma indiyəcən bütün söhbətimizi lentə yazsaydılar, heç iyirmi metr olmazdı, əksəriyyəti də salam-əleyküm, əleyküm-salam.

Mən bozluğuma salıb deyə bilərdim ki, əzizim Məleykə xanım, tıq-tıq xanım, şıq-şıq xanım, axı, mənim sizinlə nə söhbətim; biz söhbətləşsək də söhbətimiz tutmaz, boş və mənasız olar, çünki mən sizi adicə meşşan hesab edirəm, hərçənd əskik bir işinizi görməmişəm, amma mən belə hiss edirəm; biz elə yad adamlarıq ki, şükür iyirmi metrlik maqnitofon lentinə. Əlbəttə, bunları deyə bilərdim, amma demədim, çünki bunları demək də elə bir söhbət idi, mən isə, Məleykə xanımla söhbət etmək ehtiyacından yüz faiz azad idim, necə ki, Safura xanımla söhbət etmək ehtiyacından, necə ki, Səmədlə söhbət etmək ehtiyacından, necə ki, Məliklə, Sənubərlə, Kərimlə, əmioğlu Bəylərlə, xalaqızı Mədinəylə, day nə bilim kimlə, kimlə, kimlə söhbət etmək ehtiyacından.

İnsanı başa düşəcək yeganə adam – o özüdür.

Məleykə xanım gözlərini pəncərəyə zillədi və dedi ki, özünüz bilən yaxşıdır, amma bu cür qaradinməzlik də bir şey deyil. Mən cavab vermədim və özüm özümlə zarafat elədim ki, sakit ol, əzizim, əsəbiləşmə.

Bələdçi qadın gəlib soruşdu ki, yenə çay içəcəksiniz? Dedik ki, yox, içməyəcəyik. O da üzr istədi ki, daha gəlib bizi narahat eləməyəcək, sonra da gizli iş görən adam kimi, ehmallıca kupenin qapısını örtüb getdi.

Məleykə xanım gözünü zülmət pəncərəyə dikdi, mən də «Ədəbiyyat və incəsənət» qəzetinə. Məleykə xanım pəncərədə öz fikirlərinə baxırdı, çünki bu zülmətdə başqa bir şey görünməzdi, hərçənd məncə Adəm və Həvvadan bəri ən şəffaf bir şey varsa, o da Məleykə xanımın və Məleykə xanımların fikri və düşüncəsidir: bu tərəfdən baxanda o tərəfi görünür, çünki ortada heç nə yoxdur.

Məleykə xanımlar çoxdur.

Məleykə xanım gözlərini pəncərədən çəkməyib fikirli-fikirli dedi ki, görünür, qatarda sərnişinlərin bir-birini sorğu-suala tutması səbəbsiz deyil: görünür, pəncərənin bu eyni zülməti, bu aramsız hərəkət, təkərlərin bu çıqqaçuku insanlarda bir ünsiyyət ehtiyacı doğurur; görünür, yol insanları tənhalığa aparır, insanlar isə bu tənhalıqdan qaçırlar.

Sonra Məleykə xanım mənə baxdı.

Əlbəttə, mən yenə də danışmaya bilərdim, çünki bu yol – pəncərənin bu eyni zülməti, aramsız hərəkət, təkərlərin bu əbədiymiş kimi çıqqaçuku məni hansı mücərrəd bir tənhalığa isə aparmırdı, aparsaydı da, mən bu tənhalıqdan qaçmazdım. Mən tənhalıqdan qorxmuram. Mən belə fikirləşirəm: tənhalıq – təkbətəklikdir, insanın özü ilə özü arasındakı təkbətəklik; mən bu təkbətəklikdən zövq alıram, çünki mənim ən yaxşı müsahibim mən özüməm; çünki özümdən başqa heç kim məni başa düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; tənhalıq deyilən anlayış insan ömrünün tələbatıdır – bunu dərk etmədikdə faciə baş verir, dərk etdikdə isə hər şey öz qaydasına düşür.

Bax, elə Məleykə xanım. Bizim hisslərimizdə, həyəcanlarımızda, düşüncələrimizdə nə yaxınlıq ola bilər – heç nə – biz yadıq. Ümumiyyətlə, hansı mənadasa hamı bir-birinə yaddır və bu yadlığa öyrəşmək lazımdır.

Bu, mənim əqidəmdir ki, başqası ilə söhbətdə heç zaman dərinə getmək lazım deyil, hissləri, həyəcanları başqalarının yanında çılpaqlaşdırmaq lazım deyil, çünki bunun əhəmiyyəti yoxdur, üzdə olmasa da, daxilən sənə gülə bilərlər, ələ sala bilərlər, inanmaya bilərlər – bu hisslər, həyəcanlar, yalnız sənin özünə mənsubdur, onlar həqiqətdə yalnız sənin özün üçün doğmadır.

Bütün bunlara görə də mən Məleykə xanıma cavab verməyə bilərdim, amma onun mənə baxan gözlərində bir istehza hiss etdim, daha doğrusu, bu, istehza deyildi, Məleykə xanım bu baxışlarla elə bil mənim halıma acıyırdı. Bu cür baxışları birinci dəfə deyildi ki, öz üzərimdə hiss edirdim. Nə vaxtsa Səməd də beləcə baxmışdı mənə, nə vaxtsa Bəylər də beləcə baxmışdı mənə, haçansa Nəcibə də, Həsən də, Osman da beləcə baxmışdılar mənə – çox adam. Bu cür baxışlar bir an, cəmi bircə an məni daxilən sarsıdırdı və məndə, bir növ, intiqam hissi oyadırdı, amma mən bu sarsıntının doğurduğu hissin də üstündən ötüb keçirdim, çünki bilirdim – kifayət edər.

Amma indi, necə oldusa, mən həmişəki kimi bu sarsıntının da, bu hissin də üstündən ötüb keçə bilmədim. Heç özüm də bilmirəm niyə bütün həyatım boyu başıma gələn ən qəribə və indiyəcən heç kimə danışmadığım bir hadisəni Məleykə xanıma danışdım. Bəlkə də ona görə danışdım ki, iyirmi metrlik maqnitofon lentinin uzunluğuna heyrət etsin.

Məleykə xanıma dedim ki, Pikassonun «Kasıbların süfrəsi» qrafikası yadınızdadırmı?

Məleykə xanım dedi ki, bəli, yadımdadır, «mavi dövrün» bəhrəsidir: kişi ilə qadın yeməkxananın bir küncündə oturublar, qarşılarında içi boş boşqab, bir tikə çörək, iki stəkan və bir şüşə var; kişi sol əlini qadının çiyninə qoyub, sağ əlini onun qoluna söykəyib; ayrı-ayrı səmtə baxırlar, fikirlidirlər. Sonra Məleykə xanım mənə elə baxdı, yəni ki, indi gördünüzmü «Kasıbların süfrəsi» yadımdadır, ya yox? Mən bu təkəbbürlü baxışları cavabsız qoydum və dedim ki, yaxşı hafizəniz var, tamamilə doğrudur, mən həmin əsəri nəzərdə tuturam.

Bir gün – sentyabr təzəcə girmişdi – evdə köhnə kağız-kuğuzlarımı sahmana salırdım. Bu köhnə kağızlar arasında «Kasıbların süfrəsi»nin nə vaxtsa aldığım bir reproduksiyası gözümə dəydi. Çoxdan idi bu şəkli görmürdüm, bir az baxıb şəkli yazı masamın siyirtməsinə qoydum.

O gün xeyli işim var idi və gecə bərk yorğun idim və yuxum gəlirdi, amma yerimə girən kimi «Kasıbların süfrəsi» birdən-birə gözlərimin qabağına gəldi. Bir az bu şəkil barədə fikirləşdim, sonra fikirləri başımdan eləyib yatmaq istədim, amma yata bilmədim, bu şəkil gözlərimin qabağından getmirdi. Gözlərimi yumurdum, açırdım, yerimdə yüz dəfə o tərəf-bu tərəfə çevrilirdimsə də, «Kasıbların süfrəsi»ndəki kişi ilə qadın bir an belə məndən əl çəkmirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 мин
VI fəsil

Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.

1 мин
VII fəsil

Xoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.

3 мин
VIII fəsil

Prokuror Dadaşlı sobanın qarşısında əyilib maşa ilə ocaqda yanan odunları yerbəyer elədi. İsti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla mizin arxasına keçib əyləşdi.Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu və Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.

5 мин

Стихи других поэтов