Həcər xanımla deyişmə
A ş ı q Ə l ə s g ə rHəcər xanım, qaşın, gözün təhrindəXətt yazsam, Quranda ayə düşərmi?!Götürsən niqabı mah camalından,Hüsnün nuri-təcəllaya düşərmi?!
H ə c ə r x a n ı mLoğmadan kəc olan, nüftədən əyri,Yüz dərs alsa, pür kamala yetişməz.Bir qul düz dolansa haqqın yolunda,Qəza tapmaz, ona bəla yetişməz.
A ş ı q Ə l ə s g ə rSaxlasan, qapında mən ollam nökər,Dişlərin mirvarı, dodağın şəkər.Səni sevən bu dünyadan əl çəkər,Daha qeyri təmənnaya düşərmi?!
H ə c ə r x a n ı mGər hökmün işləsə Qaf ilə Qafa,Bihuda xərc çəkmə, əfsana cəfa.Qəvvas tapar ləli, satar sərrafa,Nə aşığa, nə abdala yetişməz.
A ş ı q Ə l ə s g ə rGözəl arif olub, mətləb qanmasa,Yayınıb, yaşınıb, daldalanmasa,Aşıq müştaq olub, qəlbi yanmasa,Bir bu qədər ilticaya düşərmi?!
H ə c ə r x a n ı mEşit bu sözləri, saxla yadigar;Gözəllərdə həya, iyidlərdə ar.Axmaq köpək qaysavadan pay umar,Nahaq düşüb o xəyala, yetişməz.
A ş ı q Ə l ə s g ə rQamətin mələkdi, hüsnün pəridi,Könül gözlərinə çox müştəridi,Camalın şoxundan cismim əridi,Zülfündən üstümə saya düşərmi?!
H ə c ə r x a n ı mQəza insanatı tənabdan asar,Leyli-nahar – muşdu, cəhd eylər, kəsər,Əjdaha ayaqdan çəkər sərasər,Əlləşər, barmağı bala yetişməz.
A ş ı q Ə l ə s g ə rYazıq Ələsgərin var etiqadı,Möhr olunub gözəlliyin baratı,Cismin sadağası, hüsnün zəkatıSail olan binəvaya düşərmi?!
H ə c ə r x a n ı mVar Həcərin gözəllikdə isbatı;Zər libasa naxış vurur xəyatı.Olar gözəllərin xümsü, zəkatı,Cavana yetişər, çala yetişməz.
A ş ı q Ə l ə s g ə rBilmirsənmi, subay gəzmək günahdı,Şəriətə, yol-ərkana nə dedin?!Hər könül özünə bir padişahdı,Sındırdın, döndərdin qana, nə dedin?!
Yüz iyiddən birin bəyən, boyun əy,Gələnin, gedənin az qəlbinə dəy.İmirzə, Məhəmməd, Dünyamalı bəyAz qalıb eşqindən yana, nə dedin?!
Aşığam, gedirəm hər xeyir-şərə,Eşitcək, vəsfini yazdım dəftərə.O gümüş vəznəli gələn bəylərə,Bilirsənmi, sən zənana nə dedin?!
Kəsəmənli nə cür geyir papağı,Sənə nə dəxli var, bimürvət yağı?!Onların köysünə çəkibsən dağı,Heç sağalmaz o nişana, nə dedin?!
H ə c ə r x a n ı mArif olan bu sözlərə inansın,İzin verib ata-ana, deyirəm.Anlamaz anlasın, qanmayan qansın,At sürməsin bu meydana, deyirəm.
A ş ı q Ə l ə s g ə rMəşəd Isə gəldi səni görməyə,Kimin nə həddi var, qəlbinə dəyə.Baş əymir sərdara, sultana, bəyə,Söylə görüm, o tərlana nə dedin?
H ə c ə r x a n ı mİnanma hədyana, lafi-kəzzafaBu sevdaya düşən heç tapmaz şəfa.Əlac haqqa qalıb, insaf – sərrafa,Yetirsin gövhəri kana, deyirəm
A ş ı q Ə l ə s g ə rBilmirsən, ərz edim, olgunan halı,Onlara möhtacdı Göyçə mahalı;Sana müştaq oldu bəy Molla Balı,İsgəndər tək ac aslana nə dedin?!
H ə c ə r x a n ı mİşim yoxdu dövlət ilə, var ilə,Əhdim var Xudayü Kirdigar ilə.Gül xar ilə uymaz, tərlan sar ilə,Qarğa qonmaz gülüstana, deyirəm.
A ş ı q Ə l ə s g ə rƏləsgər də hər elmdən halıdı,Mövla baratıdı, öz kamalıdı.Çəkdiyim özgənin qilü-qalıdı,Axırında, mən cavana nə dedin?
H ə c ə r x a n ı mMən Həcərəm, əbrü ətlaz geymərəm,Öz-özümə sultan mənəm, bəy mənəm,Şövq əhlisən, xətirinə dəymərəm,Səhv düşübsən sən pirana, deyirəm..
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-hecer-xanimla-deyisme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnsan payız ölə, yazda diriləZimistanda boran-qarı çəkmiyə.
Çərşənbə günündə, çeşmə başındaМне этой встречи не забыть. У родникаНа синеокую ханум упал мой взгляд.
DağıtsınO cəllad qaşların qəhri, qəzəbiQəsd eylər cismimdən canı dağıtsın.
Желтеет колос, и краснеет макКовром цветов весну встречали горы.
Стихи других поэтов
“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
AldanmaSevdiciyim, məndən sənə əmanət,Hər yetənə, yalançıya aldanma.