A ş ı q Ə l ə s g ə rArpadan, buğdadan çıxmışdı əlim,Zəhmət çəkdim, dedim bir az darı olsun.Yolmasın yolmaqdan qırıldı belim,Bundan gələn xeyir zəhrimar olsun!

K ö t ü kAşıq, nə meydanı yalqız alıbsan,Söz deyim, sözünə barabar olsun!Nahaq qaldı, ortalığa salıbsan,Elə iş tut, ondan xeyir-kar olsun!

A ş ı q Ə l ə s g ə rBel ilə bu yeri əkdim bir ayda,Sulamaqdan su da qalmadı çayda,Biçdim, döydüm, darım oldu bir bayda,Qoy söyləyim, mahallarda car olsun!

K ö t ü kƏfsana sözləri danışma, barı,Eşidənlər səni görərlər karı.Sən orya səpmişdin bir istil* darı,Ümidliydin, ondan bir tağar† olsun?!

A ş ı q Ə l ə s g ə rHər kimə göstərdim, dedilər göydü,Eşidib bilənlər çox mana söydü.Dən tutan yerlərin sağsağan döydü,Qarğayla siçanın üzü qara olsun!

K ö t ü kEşidənlər qınamasın bizləri;Sən də sal bordağa kəl-öküzləri,Qoş kotanı, çevirginən düzləri,Günlüyün‡ birindən bir anbar olsun.

A ş ı q Ə l ə s g ə rƏləsgər, başına qəhətdi peşə?!Darı əkib yeməyibsən həmişə.Sazı bas sinənə, təcnisdən döşə,Yığ ruzunu, verən ellər var olsun!..

K ö t ü kQara kötük deyər, tükənsin sözün,Bu ilki işlərdən nə qorxub gözün?!Bir qızındı, bir arvadın, bir özün;Üç adamla dünya sana dar olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов