Gözəl, sənin nə vədəndi,Kəsilib qısa tellərin?Kəlağayı əlvan, qıyqacıÜstündən basa tellərin.

Yanaqların güldü, solmaz,Oxlasan, yaram sağalmaz.Qaşın cəllad, gözün almaz,Bağrımı kəsə tellərin.

Bağban ağlar bar ucundan,Alma, heyva, nar ucundan.Ələsgər tək yar ucundanBatıbdır yasa tellərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов