Epiqramlar
1
Deyirlər ki, Əli yazmır
nə vaxtdır,
Həm şeirdən,
həm qələmdən uzaqdır.
Biri deyir: - Daha yazmaz,
Tərgidib.
Şeir, sənət dünyasını
tərk edib.
Biri deyir: - İndi
harda var adı,
Şair üçün
ölüm bundan yaxşıdır.
Düşünürəm: - Nə yaxşı ki,
mən varam,
Onlar haqda
yeni əsər yazaram.
2
– Məni təhrif eləyir
Qəzetdə bu şarj, - dedi,
Baxdım,
özüysə hələ
bu şarja bir şarj idi.
3
Dedi: -Belinski
belə deyibdir,
Çernişevski də
bu sayaq yazıb.
Odur ki, əsərin zəifdir,
Mənə
Baxdı yazdığımı,
yüz yerdən cızıb.
Dedim ki, nə yaxşı,
böyük dahilər
Əsərim haqqında
fikir deyibdir.
İncimə, mehriban,
sevimli dostum,
Bu əsər haqqında
öz fikrin nədir?
4
Oxudum dostumun
məqaləsini,
– Nə oldu, sən belə
tutuldun? - dedi.
Dedim ki, incimə,
çoxdur sitatın,
O, sitat haqqında
sitat gətirdi.
5
Birisi su içirdi,
O birisi müdiriylə
yaxınlıqdan keçirdi.
"O birisi" müdirə dedi: - Mənim əzizim,
Arağı su tək içir,
Baxın işçimiz bizim.
6
Oğlan-
Bütün dünyanı dağıdaram mən,
Bircə sözün üçün, ey könlüm yazı.
Qız:
-Bəs harda yaşarıq, ey könlüm qışı,
Demək, səndə də var atom bombası?
7
-Həkim, boynum mənim üzülür tamam.
-Otur, yaxşı, baxım, resept yazaram.
I. Boynuna müdiri çox mindirirsən.
Odur ki, dəb həbi atmalısan sən.
II. Boynunda nə nədər öhdəliyin var,
Odur ki, dəb həbi atmalısan sən.
III. Boynuna almadın neçə yalanı,
Müdirin yerinə tumbul balanı,
Odur ki, tip həbi atmalısan sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-epiqramlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox,Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.
Göylərin ürəyiGöylərin ürəyi nə yaman dolub,Tökür sinəmizə göz yaşlarını.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin