Mən səni yuxuda görürəm hər gün
Mən səni yuxuda görürəm hər günƏn şirin arzular, diləklər kimi.Hərdən qanad açıb pərvaz edirsənBaşımın üstündə mələklər kimi.
Hərdən vüsal olur hədiyyən mənə,Həsrət yaxın düşmür qətiyyən mənə,Hərdən etinasız baxıb sən mənəÖtürsən yanımdan küləklər kimi.
Hərdən üşüdürsən məni qar kimi,Hərdən yandırırsan od, şərar kimi,Çöhrən gah olur gilənar kimi,Gah solur don vuran çiçəklər kimi.
Məni əfi kimi çalıb yuxular,Qovğa dünyasına salıb yuxular,Səbri-qərarımı alıb yuxular,Sərgərdan olmuşam böcəklər kimi.
Demirəm yanıma ilk baharda gəl,İstəsən tufanlı ruzigarda gəl.Ancaq yuxuda yox, aşikarda gəl,Gəl, sözlü, nəğməli ürəklər kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-men-seni-yuxuda-gorurem-her-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salam, doğma kəndim, əziz oylaqlar,Görünür, könlümü sıxıb uzaqlar.
Zərrəyə, kiçikliyə, cılızlığa yadam mənZərrəyə, kiçikliyə, cılızlığa yadam mən,İstəmişəm hər şeyin nəhənginə çatam mən.
İnsan qüdrətiDeyirlər hər nə varsa – səma da, ay da, gün dəYaranıb ki, sınasın insan iradəsini.
ÇörəkTəzəcə şumlanan torpağın ətriMəst edir,
Стихи других поэтов
Bu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Didilər bu əcəb insan mudur kiDidilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki