Heç xəbərin yoxdu sənin
Aləm bilir bu həsrəti,Sinəmdəki məhəbbəti,Heç xəbərin yoxdu sənin.
Göylər yanır ulduz-ulduz,Dolaşıram mən yuxusuz,Heç xəbərin yoxdu sənin.
Nəğmələrim zilə gəlir,Dağ da, daş da dilə gəlir,Heç xəbərin yoxdu sənin.
Vurğun etdin özün məni,Güldürər bir sözün məni,Heç xəbərin yoxdu sənin.
Çoxmu çəksin bu möhnətim,Ay dilbilməz məhəbbətim?Heç xəbərin yoxdu sənin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-hec-xeberin-yoxdu-senin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
GöynərtiNurəddin Bağır oğlu, bu şeiri atalarımızın xatirəsinə həsr edirəm.*Mənim atam
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirŞəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.