Qara dəniz qapqara
Qara dəniz qapqara,Qaradır adı kimi.Zülmət çöküb sularaQarğa qanadı kimi.
Qara su səhrasındaNəhəng gəmi sürünür.Gəminin ziyasındaQağayılar görünür.
Qağayılar ağappaq,Uçurlar dəstə-dəstə.Elə bil yüz-yüz varaqSəpələnir su üstə.
Dalğalanır belinəQonduqca ağır-ağır,Sanki qatran gölünəƏlçim-əlçim qar yağır.
Bəziləri millənirSulara qayıq kimi,Bəziləri yellənirHavada yaylıq kimi.
Çörək atırıq hərdən,Şığıyıb götürürlər.Onlar bizi gecədənSəhərə ötürürlər.
Qara dəniz, 1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-qara-deniz-qapqara
Клавиши ← → для перехода, R — случайное стихотворение