İkinci hissə, səkkizinci fəsil
Страница 1 из 2
Zərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.
Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini
– bu qoca köpəyi ayaqlar altına salıb təpiklərdi. Həm o gecənin acığını çıxardı ondan, həm indi dediyi sözlərin! Lakin heyf ki, küçədəydilər. Gələn-gedən çoxdu, tanış-biliş çoxdu. Buna görə də o, kəsilə-kəsilə Siracəddinin sözlərini dinləməli olmuşdu. Əlbəttə, Zərrintac xanım o qədər də ağılsız deyildi ki, Siracəddinin bu alçaq təklifi nə üçün elədiyini başa düşməsin — təbii ki, o, qızın atasından qalan var-dövləti ələ keçirmək üçün bu iyrənc təklifi eyləyirdi, özü də yəqin ki, bu fikir ağlına son vaxtlar gəlmişdi, əvvəlcədən elə məqsədi olsaydı, şübhəsiz, o gecəki addımı atmazdı, adi havavü-həvəs üçün milyonları ələ keçirmək yoluna sədd çəkməzdi.
Zərrintac xanım maşının açarını əlində oynada-oynada kinayə ilə Siracəddindən soruşdu:
– Sultan xan sənin doğma qardaşın oğludu, ağa? Zərrintacın məqsədini anlamadığından Siracəddin tələsik cavab vermişdi:
– Bəli, xanım. Dost-doğma qardaşımın oğludu, xanım. Ləyaqətli... — Zərrintac xanım onun sözünü kəsmişdi:
– Bəs... siz nə ürəklə məni... — o, ani olaraq susmuşdu, sözünü demək istəməmişdi, ancaq bu onun təbiətinə zidd idi, ağlına gələni deməli idi, ona görə qəzəbli bir tərzdə: — yatağına girdiyiniz bir qadını öz qardaşınız oğluna almaq istəyirsiniz, ağa, bunu sizin müsəlman vicdanınız necə qəbul, eləyir, ağa? — demişdi. Bu sözləri eşidəndə ağayi Siracəddin bir anlığa özünü itirmişdi, söz tapa bilməyib kəkələmişdi, ancaq sonra, özünəməxsus sırtıqlıqla ən adi bir şeydən danışırmış kimi sözlərini uzada-uzada söyləmişdi:
– O... Siz... xanım... Elə şeyləri unudun getsin. Mən çoxdan unutmuşam, xanım. O da bir iş idi, oldu keçdi... Bir də... Mən onu... Sultana deməyəcəyəm ki... Ümid eləyirəm, əgər bu sevdamız baş tutsa, siz də deməzsiniz, öz mənliyinizə sığışdırmazsınız, elə deyilmi?.. O, bilməyəcək, ömrü boyu bilməyəcək.
– Ancaq mən bilirəm, sən bilirsən, ağa!. Tfu sənin vicdanına, tfu!.. —deyərək ondan ayrılmış və iti addımlarla maşına sarı gəlib minmişdi. Ancaq Siracəddin əl çəkməmiş, onun dalınca gəlmiş, maşının pəncərəsinə ağzını tutub ucadan demişdi:
– Hər halda fikirləşin, xanım. Sizin cavabınızı gözləyirəm, xanım...
– Vicdansız adam!..
– Xi, xi...
Zərrintac xanım hirsindən, hikkəsindən maşını küçələrdə dəli kimi, sərxoş kimi sürmüşdü, hara getdiyini, niyə getdiyini bilməmişdi, yol boyu bu qərara gəlmişdi ki, bu mühit neçə də iyrəncdir, burdan qaçmaq, uzaqlaşmaq lazımdır. Ancaq hara? Xaricə? «Xaricə?» Bu söz beynində fırlandıqca gözünün qabağında reklamlarla alışıb-yanan, təmiz, səliqəli, mədəni bir şəhər canlanmışdı, orda heç kəs səni tanımır, təhqir etmir, keçmişindən, atanın ad-sanından qorxmursan, ürəyin istəyəni eləyə bilərsən, arzunca gəzib-dolana bilərsən — kimsə səni qınamaz, danlamaz, arxanca gülməz!! Pulu vardı — ömrünün axırınacan bəs eləyə biləcək qədər pulu vardı Zərintac xanımın. Lakin atasının şirkətlərini müəssisələrini necə qoyub getmək olardı, onların işini, pulunu, dərd-sərini kimə tapşırmaq olardı?! Bax, o gözəl, rahat, arxayın yolun — xaricə uzanan yolun qabağını belə əsaslı bir əngəl kəsmişdi. Bəlkə hər şeyə tüpürüb getmək? Yox, ağılsızlıq olmazdımı? Bu, onun var-dövlətinin üstünə sel kimi axıb tökülən puldan imtina eləmək olmazdımı?
Nəhayət, Zərrintac xanım çox düşünüb-daşınandan, nəticəsi necə olacağı bilinməyən bir fikrin işığına isinib toxtadı; Elməddin kimi evsiz-eşiksiz, ancaq zirək, yazı-pozu bilən, az-çox tanıdığı, etibar elədiyi, təmizliyinə inandığı bir adam tapmaq, o tək evi də, xidməti maşını da, bütün iş-gücü də ona həvalə etmək, vəkalət vermək, pul-maliyyə əməliyyatlarını tapşırmaq! Bax, ancaq bu yolla Zərrintac xanım əl-ayağına dolaşan bu müəssisələrin, şirkətin əlindən yaxa qurtara bilərdi. Başqa çıxış yolu ağlına gəlmirdi. Ancaq hanı elə adam? Təmiz, ağıllı, etibarlı.
Fikrən, xəyalən tanış-bilişi saf-çürük eləməyə başladı, ancaq elə bir münasib adam üstündə qərar tutub dayana bilmədi. Gecə səhərəcən baş sındırsa da, nəticəsi olmadı. Ertəsi günü, çay-çörəyini yeyəndən sonra Nəssaci kombinatına girərkən fikrinə gəldi ki, bəlkə elə öz işçilərindən birini—bacarıqlısını seçib bu işləri ona həvalə eləsin? Kombinatda gəzərkən, fəhlələrlə, texniki işçilərlə söhbət edərkən onların hamısına neçə deyərlər, müştəri gözü ilə baxır, lakin hərəsində bir eyib tapıb üstündən keçirdi. Çıxhaçıxda, nəhayət, gözü birini tutdu; bu, Nəssaci kombinatının texniki, neçə illər burada səssiz-səmirsiz işləyən, sakit, başıaşağı, verilən tapşırıqları sözsüz-sovsuz yerinə yetirən Sübhan idi. Sübhanın iyirmi beş yaşı vardı, qəşəng, boylu-buxunlu bir oğlan idi, Zərrintac xanım dəqiq bilmirdi, amma deyəsən hələ də subay idi. Evli olmamasını bundan təxmin etmək olardı ki, Sübhan, nə vaxt gəlsəydin, buralarda idi — əyninə kombinezon geyərdi, əlində açar, kəlbətin dəzgahların arasında hərlənərdi. Hər hansı texniki nasazlığı o dəqiqə aradan qaldırar, boş dayanma hallarına yol verməzdi. Hətta iş saatı qurtaranda, qız-gəlin ilan ağzından qurtarmış qurbağa kimi ev-eşiyinə, bazara-dükana tələsəndə də Sübhan tələsməzdi, dəzgahları yoxlar, əl-üzünü yuyub paltarlarını dəyişəndən sonra kombinatdan çıxardı. Son zamanlar Zərrintac xanımın bura tez-tez gəlib getdiyindən işçilərinin vəziyyəti ilə, işə necə can yandırıb-yandırmaması ilə üzdən də olsa tanış olmuşdu, elə Sübhana da axır vaxtlar nəzər yetirməyə başlamışdı. Bir də Sübhan onun yadında ona görə qalmışdı ki, hər dəfə Zərrintac xanımı görəndə o, nə üçünsə özünü itirirdi, hərəkətindən, baxışından aydın bilmək olurdu ki, o, Zərrintacdan nə isə qorxur. Bunu Zərrintac gəlişinin ikinci ya üçüncü dəfəsində hiss eləmişdi, ancaq qətiyyən özünü o yerə qoymamışdı, daha doğrusu, əhəmiyyət verməmişdi. Bu fikir ağlına gələndən sonra isə Zərrintac xanım Sübhana üç-dörd gün də xəlvət diqqət yetirmiş, söhbət əsnasında sərincinardan, fəhlələrdən onun barəsində bəzi şeyləri öyrənə bilmişdi. Subaylığı, təkliyi, ərə getmiş kiçik bacısından başqa bir kimsəsi olmadığını, səkkiz sinif həcmində savadı olduğu və s. Zərrintac xanımı təmin edirdi. Onun barəsində məlumat topladığı, hərəkətlərinə fikir verdiyi bu günlərdə Zərrintac xanım arada bir-iki dəfə də Sübhanı öz əri kimi də təsəvvür eləmişdi — cavan idi, qəşəng idi, geyindirsən, kecindirsən, oturub-durmağı öyrətsən, o, heç də pis ər olmazdı. Ancaq yox, Zərrintac xanım, Elməddindən sonra, daha doğrusu, Elməddinin onun başına gətirdiyi oyundan (o, belə düşünürdü) sonra, ərə getmək, taleyini kiməsə tapşırmaq məsələsini həyatının gündəliyindən birdəfəlik çıxartmışdı. Kişi deyilən məxluqa tabe olmamaq, ona həmişə yuxarıdan aşağı baxmaq, incitmək, əzib məhv etmək, əzə-əzə intiqam almaq, süründürmək —Zərrintacın qərarı belə idi, bu qərar, ağayi Siracəddinin o iyrənc hərəkətindən və son təklifindən bəri daha da möhkəmləşib qətiləşmişdi. «Kişi qadının həyatında, ömründə daimi məskən salmamalıdır, bu, adamı bezdirir, usandırır. O sənin gec gəlib tez gedən qonağın olmalıdır, sənin
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Birinci hissə, on səkkizinci fəsilZiyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!
Birinci hissə, on doqquzuncu fəsilQapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!
İkinci hissə, birinci fəsilTopu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.
Стихи других поэтов
Yüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Zalım, nə durmusan o ulduzun altında yenəYenə qulaq verib göylər deyənə,Durmusan bir ulduz altında yenə?!