Üçüncü hissə, on doqquzuncu fəsil
Əfsanə son dərəcə mürəkkəb, ziddiyyətli, sevinc dolu, eyni zamanda kədərli, illərdən bəri arzuladığı, can atdığı, indi isə baş çıxara bilmədiyi, anlamadığı, buna görə də qaçmaq istədiyi, lakin niyə, hara, kimin yanına qaçacağını bilmədiyi dolaşıq bir aləmə düşmüşdü. Bu aləm onun üçün maraqlı idi, yeni idi. Bu aləmdə hamıdan — Reyhan anadan da, Şahindən də gizli saxladığı xəyal dünyasının baş qəhrəmanı — Elməddin yaşayırdı; o Elməddin ki, həsrətini çəkə-çəkə ömrünün ən əziz, ən şirin bir parçasına çevrilmişdi — bax, həmin Elməddini tapmışdı Əfsanə. Bu evə qədəm basanacan onun üçün ancaq bir məsələ mövcud idi. Elməddini görmək, onunla danışmaq, onun gözlərinə baxmaq... vəssalam. Daha sonra nə olacaqdı, nə ola bilərdi — bunlar barədə düşünməmişdi Əfsanə. Ancaq indi görürdü ki, yox, bu görüş o fikirləşdiyi qədər də asan deyilmiş — burda neçə-neçə həlli müşkül suallar varmış! Əfsanə Elməddini görüb toxtamışdı, qəlbini illər boyu sıxıb əzən həsrətiqubarı azalmışdı. Aşkarda, xəlvətdə, Əfsanə Elməddinə çox baxmış, gözünün həsrətini öldürmüşdü. Amma yenə narahat, yenə nigaran idi. Həyatda insaflı, mürüvvətli olmağı hər şeydən üstün tutan və insanlardan da çox zaman bunu uman Əfsanə Elməddinin, o, evdən çıxıb gedəndən sonra başına gələnləri, çəkdiyi əziyyətləri, mənəvi əzabları gecələr yatağına uzananda da, tək qalanda da götür-qoy eləyir, ölçüb-biçir, onun haqlımı, haqsızmı olduğunu müəyyən etməyə çalışır gah haqq qazandırır, gah da ittiham edirdi. Həyat bir dənizdi — onun nəzərində, — bu dənizin fırtınalı qoynuna düşən adam məhv də ola bilər, yarımcan halda özünü birtəhər sahilə də çatdıra bilər — dəyişib əclaf da, yaxşı insan da ola bilər. Bəli, həyat, bir-birinin dalınca qanad açıb sürətlə uçan illər insanın tək zahirində, saçlarında, üzündə əl gəzdirmir, o eyni zamanda insanın ürəyini də, hisslərini də yonub-baltalayır, ya büllurlaşdırır, ya kobudlaşdırır — axırı ki, nə isə dəyişilir, nə isə ölüb gedir, nə isə doğulur! Əfsanə ömrünün-gününün elə vədəsini yaşayırdı ki, dünyanın kitablara yazılmamış bu hikmətini başa düşürdü və bu mizanla Elməddinə baxanda onda müəyyən dəyişikliklər görürdü. Bunu, əlbəttə, təbii sayırdı Əfsanə. Elməddin kişiləşmişdi, Elməddin artıq uşaq atası idi, onun indi özünə görə adısanı vardı. Kənddə beş-on adamın tanıdığı, qardaşının haqqını tapdadığı və böyük-kiçik gözlədiyinə görə məhəbbətini belə dilinə gətirməyən, üstünə su səpilmiş ocaq kimi korun-korun yanan, başıaşağı Elməddin deyildi. Elməddin, Siminin də danışdığına görə, özünün də müşahidə etdiyinə görə, qarşısına nə isə çox ali, uca bir məqsəd qoymuş, bu yolda həbsxanalardan, ölümündən belə çəkinməyəcəyinə and içmiş tamamilə yeni bir adama çevrilmişdi. İndi onun, dünən Əfsanənin tapılması münasibətilə nə qədər xərc çəkib təşkil etdiyi böyük qonaqlıqda gördüyü kimi, necə də şan-şöhrətli, mehriban əqidə-məslək dostları vardı ki, Elməddin onlarla fəxr eləyirdi. Şəfi kimi böyük sənətkarın dostu olmaq məgər hər kəsə nəsib olan səadət idi? Əfsanə özü də, dünəndən bəri Elməddinin bu cah-cəlalına baxıb uşaq kimi sevinirdi və düşünürdü ki, Elməddinin bu mərtəbəyə gəlib çıxmasında hardasa, nədəsə onun da kiçik bir payı var. Ya bəlkə heç yox idi? Olsa da, olmasa da, Əfsanə Elməddinin bu gününə, bu məqamına baxıb fərəhlənirdi. Ancaq, hiss edirdi ki, bu fərəh azdı, onun qəlbindəki boşluğu doldura bilmir, kədəri, qüssəni tamam silib apara bilmir — bu onu ağrıdırdı. Nəydi bu boşluq, nədəndi? Heç özü də düz-əməlli baş çıxarda bilmirdi. Bax, buna da sevinirdi ki, Elməddinin indi Simin kimi mehriban, ağıllı, həssas yoldaşı var, inanırdı ki, Simin ona qəlbən bağlıdı, onu xoşbəxt edib. Gül parçası kimi Əfsanəsi var Elməddinin! Siminin təkidiylə bu adı seçiblər! Bunlar az idi? Hələ, Simin ona öz bacısı kimi baxır: bir «bacı» deyəndə, necə deyərlər, beşi də ağzından düşürdü — o gün bazara apardı, Əfsanəni təpədən-dırnağa bəzəndirdi, geyindiribkeçindirdi. Bunu kim edərdi? Hətta doğma qardaşarvadı da eləməzdi! Bütün bunlar da hardasa sevinc idi, fərəh idi, dərindən düşünəndə adamı mütəəssir edir, göz yaşardırdı. Lakin... lakin həmin boşluq dolmurdu, həmin o adsız qüssə-kədər çəkilib getmirdi, aman allah!
Neçə gündü burda idi, öz ürəyinə də baxırdı, Elməddinin, Siminin ürəyinə də. Öz ürəyini görə-görə baş çıxara bilmirdi — Siminin, Elməddinin sözlərini eşidirdi, hərəkətlərini görürdü, gözlərini görürdü. Elməddin, şübhə yox idi ki, bu günlərdə çox tutulmuşdu, kədərli idi — gah üz-gözündən sevinc yağırdı, gah da fikir dəryasına qərq olurdu. Yaz havasına bənzəyirdi. Dolurdu, boşalırdı. Demək olar ki, bir gözü ağlayırdı, bir gözü gülürdü Elməddinin. Deyirdi. Danışırdı, qonaqlıqda şer söyləyirdi, ancaq Əfsanə bütün bu hərəkətlərin, sözlərin, hətta səsinin, gülüşünün arxasında ən həssas adamların duya biləcəyi bir nisgil, bir qüssə oxuyurdu. Özü də Əfsanə anlayırdı ki, bu sınıqlıq, bu qırıqlıq Elməddində o, onu «vəfasız» adlandırandan sonra əmələ gəlib. «Gərək belə deməyəydim— dilim quruyaydı, lal olaydım, gərək belə deməyəydim» — deyərək peşmançılıq hissi keçirirdisə də, əli heç yana çatmır, yanıb yaxıla-yaxıla qalırdı.
Otağına qapılıb Elməddinin «Əfsanəli mahnılar» kitabını oxuyurdu, şerlərin «ürəyinə» girir, onları dərk etməyə çalışırdı. Şerlərin bir çoxu əvvəldən, lap Ədnan qəryəsindən ona tanış idi — bilirdi ki, Elməddin bu şerlərn ona yazmışdı o vaxt. O yazılarda nakam, sızıltılı bir məhəbbətdən söz açılırdı — onlarda qəribə bir göynərti, qəribə bir sızıltı vardı ki, istər-istəməz adamı kövrəldirdi. Onlar Əfsanənin həyatının ötən çağlarını yadına salırdı. Bax, bu şerəcən — «Sən» şerinəcən Ədnanda yazılmışdı, sonrakılar isə Əfsanə itkin düşəndən, yoxa çıxandan sonra qələmə alınmışdı — həmin kövrəklik, həmin nisgil, həsrət daha da alovlanmışdı, necə deyərlər, alovun dilləri ərşə dayanırdı. On-on beş şer bax həmin illərin — Əfsanə yoxa çıxan illərin məhsulu idi. Sonra... birdən-birə elə bil o kədər hardasa qırılmışdı, yorğunluq, məyusluq əmələ gəlmişdi, küskünlük, taleyin hökmü ilə barışmaq hissi doğulmuşdu.. Burda Əfsanə həsrəti qurtarırdı elə bil! Demək, sonra Zərrintac xanım peyda olubmuş — çünki şerlər «dirilmişdi», sevinclə bəzənmiş elə bil! Bax, bu şerlər. Əfsanə oxuduqca and içə bilərdi ki, ona yox, Zərrintaca yazılıb. Bu əsərlərdə Elməddin xoşbəxtdi, bəxtəvərdi. Yox, budur, yenə hardasa Əfsanə yada düşüb — ürəyi göynəyib sız-sız sızıldayıb Elməddinin! Sonra kimsə yenə o hissi boğub, öldürüb.
Az sonra giley-güzar dolu şerlər... Bunlar Zərrintacdan ayrılandan bəri yazılıb şübhəsiz! Peşmançılıq?! Kimdənsə, kimin xatirəsindənsə üzr istəmək meylləri, yalvarış! Bu yenə Əfsanədi... Sonra isə... Simin gəlir — Siminə həsr olunmuş şerlər gəlir! Elməddin yəqin özü də hiss eləmədən, sevgilərinin tarixçəsini qələmə alıb — bəlkə indi özünü dindirsən, ayrı şeylər deyər. Amma onlar düz olmaz, düzü burda yazılanlardı, bəli, burda yazılanlardı. Əfsanə şerləri oxuduqca Elməddinin ürəyinin döyüntülərini eşidir, harda bu ürəyin «Əfsanə», harda «Zərrintac», harda isə «Simin» pıçıldadığını duyurdu. Və bu hiss Əfsanənin qəlbini istər-istəməz sıxırdı ki, Əfsanə yavaş-yavaş unudulurmuş, Əfsanə yavaş-yavaş uzaqlaşırmış! Kim bilir, bu vaxt Elməddinin gecə-gündüz, yuxularında belə dilinin əzbəri olan bu gözəl ada qayıdış olacaqdımı? Olmasaydı, nə etmək olardı? Ürəyə ki zor yoxdu. Olacaqdımı bundan sonra? Nə xeyri vardı! Gec deyildimi? Gec idi, gec idi, çox gec idi. Ancaq Elməddinin hərdən ona zillənən, dilsiz-ağızsız ağlayan gözlərini nəzərində canlandıranda Əfsanənin ürəyi azca da olsa isinirdi; o baxışlarda Əfsanə sönməz bir həsrət oxuyurdu, bu həsrət böyük idi, bu həsrət sönənə, ölənə oxşamırdı, bu həsrət ona sükut içində də, söz-söhbət arasında da nə isə çox sirli şeylər pıçıldayırdı. Bu o anlar idi ki, Elməddin hər şeyi — qardaşını da, arvadını da, qızını da unudurdu, bunlar Elməddini o illərə aparırdı, hər cür maneələri qırır, dağıdıb-parçalayırdı. Ancaq öz baxışlarını özü tutan kimi, elə bil yuxudan ayılırdı, səksənib ətrafa baxır, nəzərlərini yerə dikib qızaran kimi olurdu. Əfsanə bunun mənasını çox yaxşı başa düşürdü: demək, Elməddinin ürəyində hələ də gizli mübarizə gedirdi. Demək, məhəbbət ölməmişdi, məhəbbət yaşayırdı. İlahi məhəbbət ölmürmüş, sönmürmüş! Düşüncələrinin bu yerində Əfsanə qeyri-iradi olaraq Qarabağ qəryəsindən çıxarkən gözüyaşlı, cavabsız qoyub gəldiyi Şahini xatırlayırdı. Şahin... yəqin özündən də xəbərsiz ona vurulan, niyə, nə üçün sevdiyini belə bilməyən Şahin gəlib gözlərinin qabağında dururdu, o aylı-ulduzlu gecə xəyalında canlanırdı, çardağın üstündə başını üzünə tərəf əymiş, Əfsanə oyanmasın, görməsin, bilməsin deyə nəfəsini də içinə çəkmiş, gözlərindən isti yağış yağdıran o vurğun cavanın qorxa-qorxa alnından öpməyini yadına salırdı və indi başa düşürdü ki, Şahinə necə böyük zülm olub, Şahin necə böyük həsrətin əlində tək-tənha qalıb! Dözəcəkmi o cavan bu həsrətə? Dəli olacaqmı? Unudacaqmı? Kaş unuda biləydi, kaş unutmağı bacaraydı! Amma yox, bu, çətin məsələdir — unutmaq asan olsaydı, Elməddin Əfsanəni çoxdan unudardı — daha indi də...
üstündən uzun-uzun illər keçəndən sonra da bax beləcə, həsrətin əlnndə qovrula-qovrula, kəsilə-kəsilə qalmazdı. Yox qalmazdı! Şahinin yolun ortasında, Əfsanə onun alnından öpüb qaçandan sonra qışqıra-qışqıra dediyi sözlər indi — bu neçə vaxtın ərzində birinci dəfəydi ki, qulaqlarında səslənirdi: «Getmə, Əfsanə!», «Harda olsan gəlib səni tapacağam!..» Bəlkə, Əfsanə nahaq o cavanı elə ağlar qoyub gəlmişdi? Bəlkə o, Əfsanəni xoşbəxt edəcəkdi? Bəlkə, Əfsanə onu sevəcəkdi — xoşbəxt edəcəkdi? Bəs yaş fərqi? Yox, boş şeydi. Azdımı özündən on, iyirmi, hətta otuz yaş kiçik qız alan kişi? Nə olar ki, qadın kişidən yeddi-səkkiz yaş, lap on yaş böyük olanda? Niyə elə ola bilir, belə yox, niyə axı, niyə? Ürək istəsə... Bəli, bəli, ürək istəsə... Bax, budur əsas məsələ.. Əfsanə Şahinə uşaq kimi baxmışdı, onu evin kiçik uşağı hesab eləmişdi həmişə. Birdən-birə Şahin... ona vurulmuşdu. Birdən.. o gəlib, dediyi kimi, Əfsanəni tapdı. Bəs onda? Onda da... yox!!!
Elməddinin qanadı altında olmaq, onun quruca səsini eşitmək, işə getdiyini görmək, işdən döndüyünü görmək, sevən, qayğılı gözlərinə oğrun-oğrun olsa da baxmaq Əfsanə üçün səadət idi. Bu, bəs idi Əfsanəyə.
Əfsanə belə düşünürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-doqquzuncu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Üçüncü hissə, on altıncı fəsilVəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.
Birinci fəsil«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.
İkinci fəsilPaşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.
Стихи других поэтов
Gəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,