Страница 1 из 2

Reyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:

– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə

– səsindəki həyəcandan duyub:

– Ay arvad, qorxma, mənəm! — söylədi və güldü. Reyhan nənə əlini ürəyinin üstünə qoyub zənlə qapı ağzında dayanan adama nəzər salaraq:

– Bıy, ay uşaq, sənsən? Ay saqqalın ağarsın, adam gələndə bir öskürməz — səs eləməz? Ürəyim düşmüşdü ki? — Deyərək ayağını astanadan dişarı qoyaraq çoxdan bəri görmədiyi nəvəsinin — Şahinin boynunu qucaqladı, şaxtadan donmuş üzündən öpdü və qolundan tutub içəri sürüdü:— Gəl, gəl, dondun sən, bala!

Şahin içəri keçdi, qapının ağzında üst-başının qarını çırpdı, papağını çıxartdı. Şahinin qara, qalın qaşlarına, yenicə qoyduğu və ona çox yaraşan bığlarına qırov qonmuşdu, yanaqları alma kimi qızarmışdı. Ayaqlarını daş döşəməyə çırpa-çırpa əllərini ağzına tutub hovxurdu:

– Necəsən, ay nənə, qadan alım?

– Əşi, necə olacağam? Çox pis! Məni qoyubsan tək-tənha, çıxıb gedibsən, neçə aydı, məndən xəbərin yoxdu, bilmirsən ölmüşəm, qalmışam. Gözüm yollarda qalıb, bu həftə gələr, gələn həftə gələr.

– Nənə, vallah, dərslərim çoxdu. Gələ bilmirəm. Keçən həftə gələcəkdim. Onda belə. Yol-riz bağlı oldu, serviz-filan işləmədi, qaldım kəsilə-kəsilə. Yoxsa... mən sənin gözlərini yolda qoyarammı heç? İstəyirdim lap pay-piyada gələm..

– Yox, yox, qadan alım, elə şey eləmə. Qışdı, yalquzağa-zada rast gələrsən, dədəmin çırağı sönər.

Şahin nənəsilə danışa-danışa ayaqqabılarını balapuşunu soyundu, xalı döşənmiş yerə keçdi. Otaq isti idi, buxarı yanırdı. Ocağın üstündəki qara çaydan cızıldayırdı. Şahnn ocağın qabağında çömbəlib əlini oda tutdu — kərmə odu əlini isitdi az sonra və barmaqları gizildəyəndə oğlan ayağa qalxdı. Çəkilib döşəkcənin üstündə oturdu.

– Yaxşıdı, nənə. Sən məndən nigaran olma ey.

– Təki olsun, bala, təki olsun...

...Üç il qabaq günəşli bir yaz səhəri, Əfsanə gözlənilmədən Qarabağdan gedən gün Şahin demək olar ki, mənən ölmüşdü. Ötən illər ərzində Şahin Əfsanəyə elə bağlanmışdı və son bir neçə ayda elə vurulmuşdu ki, bu həyəti, bu evi onsuz təsəvvür etməyi belə ağlına gətirə bilməzdi. Uzun müddət elə sanmışdı ki, o, dünyaya gəlməmişdən əvvəl də Əfsanə bu evdə olub, haçansa, lap qoca vaxtı bu dünyadan köçəndə də o, elə bu evdə olacaq — özü də belə qəşəng, belə qənirsiz. Hər şey dəyişəcək, solub-saralacaq, ölüb gedəcək — təkcə Əfsanə bax beləcə, gördüyü kimi, xüsusilə, son aylar gördüyü kimi qalacaq. Halbuki Əfsanə onun gözünün qabağında bu yurda qədəm basmışdı. Bəs bu təsəvvür, bu hiss onda nədən əmələ gəlmişdi? Bilmirdi. Bəli, həmin o yaz günü Əfsanə gedəndən və Şahin bu gedişə qəti inanandan sonra onun elə bir müsibəti başlamışdı ki, bunu dillə demək heç cür mümkün deyil — bu dərdi kənardan baxan, görən əsla olduğu kimi izhar eləyə bilməz; buna şübhə yoxdur — məsələ burasındadı ki, həmin fəlakəti, həmin ağrını olduğu kimi bəyan eləməyə Şahinin özünün də — o dərdi çəkən oğlanın özünün də gücü-qüdrəti çatmazdı. Şahin o gün, o anlarda çəkdiyi bütün əzablarını, müsibətlərini ancaq belə qiymətləndirə bilərdi: «Ölsəydim, bundan min dəfə yaxşı olardı. Tikə-tikə doğrayaydılar məni, təki gözlərimin qabağında Əfsanə olaydı — onda cınqırımı da çıxarmazdım. Məni öldürəydi, sonra çıxıb hara istəyirdi gedəydi». Amma belə olmamışdı, Əfsanə onu gözüyaşlı (yazıq utandığından aşkarda — onun hüzurunda ağlaya da bilmədi, gözlərinin selini xəlvətdə ürəyinə axıtdı), həsrət içində çırpına-çırpına, hicran ümidinə, dəli kimi öz-özünə danışmaq ümidinə, dərdini o gəzdiyi bağ-bostana, həyət-bacaya, yatdığı çardağa söyləmək ümidinə qoyub getmişdi. Özü də həmişəlik getmişdi, geri qayıtması göyün yerə enməsi kimi bir şey idi. Getmişdi, sözü, gülüşü, qəmli gözləri, həmişə çatılı olan gözəl qaşları, boy-buxunu yaddaşında qalmışdı Şahinin. Bir də axırıncı gecə qorxa-qorxa, uçuna-uçuna çardağa çıxaraq dodaqlarını ehmalca toxundurduğu alının hərarəti qalmışdı hafizəsində; bir də yolun ortasında, o dəhşətli, daha doğrusu dəhşətini o anlarda hələ tam hiss eləmədiyi o ayrılıq anında Əfsanənin alnına toxunan dodaqlarının istisi qalmışdı yaddaşında. O, yolda əvvəlcə sürətlə, sonra yavaş-yavaş addımlayıb uzaqlaşdıqda, uzaqlaşıb gözdən itdikdə, xeyli müddət nə baş verdiyini dərk etmədən, key kimi, durduğu yerdəcə donub qalmış, Əfsanənin uçub həmişəlik getdiyini anlayandan sonra isə, az qala hərəsindən bir pudluq daş asılmış kimi ağır görünən ayaqlarını sürüyə-sürüyə həyətə qayıtmış, nənəsinin üzünə belə baxmadan (sanki Əfsanənin getməsində Reyhan arvad günahkar idi — özü günahını bilmirdi yazıq) içəri keçib taxtın üstündə üzüqoylu uzanmışdı; nə yaşamağa həvəsi, nə danışmağa, durub bir iş görməyə hövsələsi qalmışdı. Yemək barədə heç söz də ola bilməzdi. Yuxu isə... Düz üç gün yuxu aləmi ilə ayıqlıq arasında qalmışdı. Reyhan arvad əvvəlcə uşağın bu hala düşməyindən yamanca qorxmuşdu. Ancaq çox keçməmiş, dünyagörmüş arvad, nəvəsinin birdən-birə beləcə tutulub qaralmağının, «ölüb o dünyalıq» olmağının səbəbini başa düşmüş, həm gülüb sevinmiş, həm də nigaran qalmışdı. Gülüb sevinmişdi ona görə ki, Şahin onun nəzərində hələ uşaq idi, hələ «ağzından süd iyi gəlirdi». Kişiləşib qurban olduğum. Bir buna bax, ay qırışmal, bir qarış boyu var, aşiq olur. Vay səni şeytan!» Nigaran qalmışdı ona görə ki, son vaxtlar arvad uşağın nazilib-incəldiyini görür, bir gizli mərəzə tutulduğunu güman eləyirdi, ancaq səbəbini ağlına gətirə bilmirdi. İndi, Əfsanə çıxıb gedəndən sonra bu səbəb aydın olmuşdu — ancaq arvad qorxurdu ki, onun getməyi ilə «uşağın başı pozular», «xəyalı çaşar» — əli hara çatardı?.. Bax bu, Reyhan aravadı qorxuya salmışdı. Uşağı belə halda görəndə Əfsanəyə rast gəldiyi günə lənət yağdırırsa da, tez peşman olurdu. Çünki Əfsanənin haqqında pis fikirləşməyə ürəyi gəlmirdi — Əfsanə onun nəzərində son dərəcə ağıllı, mehriban, qayğıkeş, işli-güclü bir qadın idi. Başıaşağı olması, şit-şit

hərəkətlər etməməsi, ləyaqətini qoruması Reyhanın çox xoşuna gəlirdi. Arvad hardasa öz təbiəti ilə Əfsanənin arasında bir oxşarlıq, lap eynilik görürdü və qəlbində ona, valideyininə min afərin deyirdi. Hərdən, düzü, ürəyindən keçirirdi ki, adamın belə bir gəlini ola, nə yaxşı olar? Şahin də böyük deyil ki, elə alam onun üçün, qala, yaşaya. Yetim, kimsəsiz qızdı, Allaha da xoş gedər. Ancaq Şahin ondan çox uşaq idi. Üstəlik də, Əfsanə onun qonağı idi — qonağa belə təklif eləməzdilər!

Ancaq, illər öz işini görübmüş, sən demə. Şahin nənəsinin ürəyindən keçirtdiyini, amma dilinə gətirmədiyini, taleyin hökmü ilə yerinə yetirmək arzusuna düşübmüş, sən demə. Lakin gec, çox gec başa düşmüşdü bu məhəbbəti Reyhan nənə. Bəlkə də bir az əvvəl bilsəydi, Əfsanə ilə danışardı, başa salardı, getməyə qoymazdı — bəlkə elə o yetim qızın qismətində Şahin varmış. Yoxsa tale Əfsanənin o vəziyyətində — ölümün dəhşətli ağuşuna atılmaq istərkən nə üçün onlara tuş eləmişdi? Bunda məgər bir hikmət ola bilməzdimi? Nə isə, olan olmuş, keçən keçmişdi!

Üçüncü gün Şahin, sonralar nənəsinin zarafata salıb hərdən dediyi kimi «div yuxusundan» ayılmışdı. Heç nə olmamış kimi, durub çörəyini yemiş, həyət-bacaya əl gəzdirmiş, dərslərini hazırlamış, sonra məktəbə getmişdi. Reyhan heç nəyi açıb ağartmamış, uşağı utandırmaq istəməmişdi. Arvad sevinmişdi ki, şükür, böhran, sarsıntı tez keçib getmişdi. Əslində isə heç nə keçib getməmişdi—sadəcə, Şahin canını dişinə tutaraq, şax gəzmək, fikir çəkdiyini bildirməmək istəmişdi; elə «o div yuxusu»na getdiyi anlarda özü üçün qəti qərar qəbul etmişdi — məktəbi qurtaran kimi şəhərə gedəcək, Puhəntuna imtahan verəcək, oxuyacaq və yerin deşiyində də olsa Əfsanəni axtarıb tapacaq. O, yalan deyirdi — ərini tapmamışdı, bəlkə heç əri yoxdu onun. O sadəcə olaraq, Şahindən qaçmışdı, vəssalam, Şahin belə düşünmüşdü onda və bütün fikri-zikri də bu istiqamətə yönəlmişdi. Çörək yeməyi də, oxumağı da, yaşamağı da, adicə nəfəs almağı da yalnız bu məqsədə çatmaq üçün idi, yalnız bu məqsədə. Bilirdi, nənəsi onu oxumağa buraxmaq istəməyəcək, ancaq Şahin gedəcək, öldü var, döndü yoxdur — deyəcək. Şəhər çox uzaq da deyil, iki həftədə, üç həftədə, ən uzağı ayda bir dəfə gələr nənəsinin yanına, işini görər, köməyini eləyər, yenə təzədən gedər məktəbinə.

Ancaq həmin il arzusu baş tutmadı — imtahanların axırıncısından aşağı qiymət aldı, qəbul eləmədilər onu Puhəntuna. O kəsilən kimi Qarabağa qayıtmadı, şəhəri — nabələd olmağına baxmayaraq, ələk-vələk elədi, bazarları, küçələri axtardı, axtardı Ancaq Əfsanə iynə olub yoxa çıxmışdı elə bil. Naümid olub qəryəyə qayıtdı. Qəbul olunmamağına Reyhan arvad bir növ sevindisə də, Əfsanəni tapmamasına təəssüfləndi. Sonra fikirli-fikirli:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 мин
Birinci hissə, altıncı fəsil

Səhəri gün, dünənki qeyri-adi iclasın doğurduğu çaxnaşma və təəssürat öləziyib səngiməmiş, hamını nigaran qoyan Gülmirənin çıxışının nəticələri aydınlaşıb durulmamış, institut divarları arasında başqa maraqlı, söz-söhbətə səbəb olan bir xəbər gəzib dolaşmağa başladı; dünən prezidentin prizidiumda geniş, ətraflı məruzəsindən və təklifindən sonra, akademik Aslanzadəni direktor vəzifəsindən azad etmiş, yerinə isə elə institutun öz əməkdaşı, şöbə müdiri, akademik Nurəddin Osmanzadəni qoymuşdular. Prezidiumun gedişinin təfsilatından institut işçilərinin heç birinin tutarlı, dəqiq məlumatı yox idi, təkcə xəbər özü gəlib çatmışdı və camaat arasında möhkəm pıçhapıça səbəb olmuşdu. Akademik Aslanzadə üzdə olan, sayılıb seçilən, bir neçə xarici ölkə Akademiyalarının fəxri üzvü intixab edilən nüfuzlu alim olmaqdan əlavə, institut kollektivinin də dərin hörmətini qazanmış ağıllı, tədbirli direktor kimi də tanınmış və sevilmişdi. Direktor işlədiyi on il ərzində də akademik Aslanzadə laborantdan tutmuş akademikinə qədər bir kimsənin xətrinə dəyməmiş, günahkar olanın üstünə belə səsini ucaltmamış, hamını — cavanı da, qocanı da şirin dillə dindirib işlətmiş, elə şərait yaratmışdı ki, burada çalışan alimlər instituta öz evi kimi, öz ailəsi kimi baxmış, gecəni gündüzə qatıb yazıb-yaradaraq Bakıda, Moskvada və xarici ölkələrdə çap etdirdikləri əsərlər, kitablar ictimai elmlər sahəsində nüfuzlu və mötəbər yer tutmuşdular. Əvvəllər, təzə yaranan vaxtı cəmi-cümlətanı iki-üç şöbədən ibarət olan institut, onun səyi, tələbi sayəsində xeyli böyümüş, kollektivi otuz nəfərdən artıb yüz əlli üç nəfərə çatmışdı. Ali məktəb bitirib təyinatını bura almış cavanlar, uzaq başı üç-dörd ilə müdafiə eləyir, elm aləmində öz sözünü deməyə başlayırdılar. Bu cavanlardan kimi dindirsəydin, Aslanzadənin atalıq qayğısından, mehribanlığından və qərəzsiz tələbkarlığından ağızdolusu danışardı. Elmlər namizədləri isə tez bir zamanda doktor olurdular. Elə indi onun yerinə təyin olunmuş Nurəddin Osmanzadə də Aslanzadənin köməyi və qayğısı nəticəsinə demək olar ki, çox sürətlə elmlər doktoru, sonra müxbir üzv, iki il keçəndən sonra isə akademik olmuşdu.Akademiyanın rəhbərliyi, şöbələrin əməkdaşları — böyükdən-kiçiyə ondan hədsiz dərəcədə razı idi. Hamıya elə gəlirdi ki, daha bundan yaxşı işləmək olmaz, o, ölənəcən bu institutun direktoru olacaq və dünyadan köçəndə isə böyük və tarixi şəxsiyyət kimi, yaranmasında, təkmilləşməsində, tanınmasında misilsiz xidmətləri olan Aslanzadənin adını bu instituta verəcəklər — çünki doğrudan da o, bu elm ocağı üçün can qoymuşdu, ömür çürütmüşdü. Saçlarını elm yolunda ağartmış, gözlərinin nurunu qədim və qiymətli əlyazmaları üzərində əritmiş, neçə-neçə sanballı əsərin müəllifi, neçə-neçə sanballı alimin ustadı olmuş akademik Aslanzadə görəsən niyə birdən-birə direktorluğa yaramamışdı? Bu sual bu gün hamını düşündürürdü — fikirlər haçalanırdı; kimi deyirdi prezndentlə arası dəyib — çünki onun qardaşı qızını işə götürməyib, daha doğrusu, şəxsi söhbətində başa düşüb ki, qız çox savadsızdır, bura qəbul eləsə, ancaq boş yer tutacaq, ondan alim olan deyil — buna görə də «mənim prezidentə çox böyük hörmətim var, ancaq səni qəbul edə bilmərəm — bu institut mənim atamın institutu deyil, dövlətindi, xalqındı, qızım. Onları isə aldatmağa nə prezidentin, nə mənim haqqım var! Bizim tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı bilməyənin burda işləməyə mənəvi ixtiyarı yoxdur!» — demiş və geri qaytarmışdı. Kimi deyirdi ki, yox, prezidium iclasında Aslanzadə prezidentin üzünə qabarıb; baş elmi işçilər konkursdan keçəndə guya prezident onlara qəribə-qəribə suallar verirmiş; məsələn, tarixçilərdən birinə deyib ki, «sən hansı musiqi alətində çala bilirsən?» Bir dilçiyə deyib: «Sən oxumaq bilirsən? Qarabağlılar hamısı oxuyan olurlar?» Başqa kimə isə söyləyib: «Sən rəqs etmək bacarırsan?» ...hamısı «yox!» — deyə cavab vermiş, bu zaman prezident hirslənib: «Bəs siz necə azərbaycanlısınız? Nə oxuya bilirsiniz, nə oynaya bilirsiniz, nə çala bilirsiniz!» — söyləmişdi. Onda akademik Aslanzadə, prezidentdə çoxdan müşahidə elədiyi bu «adətə» daha tab gətirməyərək ayağa qalxmış, «mən üzr istəyirəm, yoldaş prezident, bura akademiyadır, filarmoniya deyil, biz konkursdan alim keçiririk, artist, aktyor yox. Belə suallar bizim bu alimanə məclisimizdə çox gülünc görünür. Bir də azərbaycanlılıq təkcə oxuyub-oynamaqla müəyyən olunmur məncə. Həm də bu cavan alimlər çalıb-oynamaq bilsələr də, durub bu qədər aliminağsaqqalın qabağında çalıb-çağırası deyillər ki? Siz onlara işlədiyi, tədqiq elədiyi sahələrə aid suallar versəniz daha yaxşı olmazmı?»

15 мин
Birinci hissə, yeddinci fəsil

Bu heç yaxşı əlamətə oxşamırdı. Tərs kimi, təzə direktorun– akademik Nurəddin Osmanzadənin işə çıxması qış girən günə düşmüşdü; təkcə cavanların yox, heç qocaların da yadına gəlmirdi ki, Bakıda dekabrın iyirmi birində — ağ gözlü, buz nəfəsli qış daxil olan gün bu qədər qar yağmış olsun. Uzun-uzun illər idi ki, həmin axşam — payızla qışın ani olaraq qovuşub-ayrıldığı vaxt hava soyuyardı, şaxta-ayaz artardı, göylərdə parlayan iri-iri, ağ-ağ ulduzların nəfəsindən torpağa qırov ələnərdi — ancaq qar yağmazdı. Bu gecə isə, nə qədər qəribə olsa da, yağmışdı — yumşaq, qalın, ağlığı ilə adamın gözünün şoxunu aparan qar! Trolleybuslarda, avtobuslarda, taksilərdə, öz şəxsi maşınlarında işə gələn alimlər, elmi işçilər, laborantlar hələ bu gün qar yağmasına pis məna vermirdilər — çünki təzə direktorun məhz bu gün — bu qarlı çovğunlu gündə işə çıxaçağını heç kəs gözləmirdi. Lakin saat doqquzda, onun yarısında hamı instituta toplaşıb öz iş stollarının arxasına keçəndən az sonra Şərqiyyə şöbələrin qapısını bir-bir açıb adamları iclas salonuna dəvət eləyəndə qayğılı-qayğılı gülümsündü və:

20 мин
Birinci hissə, səkkizinci fəsil

Sahibə qapını astaca taqqıldatdı, ancaq içəridən səs gəlmədi. İki gün idi Gülmirə gözünə dəymirdi. Əvvəl elə düşünmüşdü ki, istirahət günləridi onun. Yəqin dincəlir, ya da oturub işləyir. Ancaq bu gün, bir az bundan qabaq Maşa xaladan soruşanda qarı onun xəstələndiyini söyləmiş və bu xəbərdən Sahibə çox narahat olmuşdu. Tez öz otağına qayıdaraq divanda uzanıb kitab oxuyan Mir Sahibə Gülmirənin kefsizlədiyini deyəndə o:– Əcəb bacısan, burdan-bura heç xəbər tutmursan qızdan.

27 мин

Стихи других поэтов