Birinci hissə, səkkizinci fəsil
Страница 1 из 4
Sahibə qapını astaca taqqıldatdı, ancaq içəridən səs gəlmədi. İki gün idi Gülmirə gözünə dəymirdi. Əvvəl elə düşünmüşdü ki, istirahət günləridi onun. Yəqin dincəlir, ya da oturub işləyir. Ancaq bu gün, bir az bundan qabaq Maşa xaladan soruşanda qarı onun xəstələndiyini söyləmiş və bu xəbərdən Sahibə çox narahat olmuşdu. Tez öz otağına qayıdaraq divanda uzanıb kitab oxuyan Mir Sahibə Gülmirənin kefsizlədiyini deyəndə o:
– Əcəb bacısan, burdan-bura heç xəbər tutmursan qızdan.
– demişdi — Get, baş çək, tək qadındı, bəlkə bir şeyə-zada ehtiyacı var.
– Mən nə bilim, elə bilirəm dincəlir, işləyir... — deyə Sahibə dodaqaltı mızıldanmış və çarpayının başındakı örpəyi götürüb çiyninə salaraq otaqdan çıxmışdı.
İçəridən səs gəlmədiyini görüncə qapını ehmalca itələyib açdı və evə girdi. Gündüz olmağına baxmayaraq işıq yanırdı. Gülmirə pəncərənin ağzında qoyulmuş çarpayısında arxası üstə uzanıb kitab oxuyurdu. Sahibəni görən kimi kitabı sinəsinin üstünə qoyub başını ona sarı çevirdi.
– Olmasın azar, ay bacı! — dedi Sahibə və yaxın gəlib Gülmirənin ağ alnından öpdü və dərhal: — Vay, can bacı, qızdırma içində yanırsan ki! — söylədi. — Sənə nə oldu birdən-birə?
– Soyuqlamışam deyəsən. — Gülmirənin səsi zəif və taqətsiz idi.
– Bəs burdan-bura niyə xəbər eləmirsən, ay bacı? Mən də deyirəm görəsən...
– Yüngül şeydi, keçib gedər, narahat olma.
– Bir şey-mey yemisən, ya elə ac-susuz yatıbsan?
– Yemişəm. Maşa xala borş bişirmişdi. Bir qab yemişəm.
Sahibə çarpayının qırağında oturdu. Xırda, ağ əlini əlinin içinə alıb:
– Nə dərman atıbsan? — deyə soruşdu.
– Sulfadimezin atıram. Həkimə-zada ehtiyac yoxdu. Səhər duracağam. — O, astaca öskürdükdə Sahibə dedi:
– Soyuqlayıbsan, səsin gərləşib. Bacın sənin kürəyinə indi banka salar, bütün azar-bezarın gedər. Gülmirə gülümsündü:
– Yaxşı banka qoya bilirsən?
– O necə?!
Bu sözü dedi, lakin o dəqiqə də birdən-birə tutuldu. Sahibənin solğun üzündə bir kədər ifadəsi gəzib dolaşdı, iri, ala gözləri yol çəkməyə başladı. Onda əmələ gələn bu dəyişiklikliyi Gülmirə dərhal hiss elədi.
– Sənə nə oldu, bacı?
– Heç, heç... — söylədi çaşqın-çaşqın və adi bir şey üstə yadına düşən o dəhşətli hadisəni Gülmirəyə danışıb onu da kədərləndirəcəyindən qorxdu. Eyni zamanda az vaxt ərzində isinişib bacı kimi xətrini istədiyi Gülmirəyə «heç» deməyindən də utandı. Yox, bu, «heç», deyildi, bu, onun həyatının, bədbəxtliyinin qəmli tarixçəsi idi. Əvvəl-axır danışacaqdı, ancaq indi istəmirdi — Gülmirə onu çox sevirdi. Halı pərişan olacaqdı. Nə fikirləşdisə:
– Yox, bacı, elə deməyimə baxma, mən banka sala bilmirəm, yaxşısı budu ki, kamfıra ilə bədənini əməlli-başlı ovxalayaram, olarsan anadangəlmə, — dedi və söhbəti dəyişməkçün yorğanın üstündəki kitaba işarə eləyərək — Nə oxuyursan? — deyə xəbər aldı.
– Sakit Aranlının təzə romanı çıxıb. Onu oxuyuram.
– Sakit Aranlı? — deyən Sahibənin üzü işıqlandı, hədsiz sevinc içində əlini uzadıb kitabı götürdü.
– A, bu bizdə yoxdu. Necə olub mən bunu görməmişəm?
– Görə bilməzsən. Yenicə çap olunub. Hələ satışa buraxılmayıb.
– Bə sən hardan tapıbsan?
Gülmirə məmnun halda gülümsündü:
– Özü bağışlayıb!
– Özü bağışlayıb?
– Hə.
– Sən onu tanıyırsan?
– Hə, bizimlə bir şöbədə işləyir,
– Bir şöbədə? — Təəccüb içində soruşdu.
– Hə, lap bir otaqda otururuq.
– Ay allah, sən nə xoşbəxt adamsan, Gülü! Elə adamla gündə görüşmək, söhbət eləmək özü bir səadətdi. Çox yaxşı kişidi.
Bu dəfə Gülmirə heyrətləndi:
– Sən məgər onu tanıyırsan?
– Hə. Xəstəxanada tanış olmuşuq. İnşil. Çox yaxşı adamdı, sadə adamdı. Mir Sahibin də dostudu.
– Dostudu?
– Hə, mən tanış elədim onları. Sonra dostlaşdılar. Mir Sahibin yaman xoşuna gəlmişdi. — Sahibə danışa-danışa kitabın göy cildinə tamaşa eləyəndən sonra titul səhifəsinə müəllifin öz xəttilə yazdığı bu sözləri ucadan oxudu: «Xalqımızın ləyaqətli və cəsarətli qızı Gülmirə xanıma bir dünya səadət arzulayan müəllifdən kiçik bir xatirədir». Sonra imzası vardı, tarixi də yazmağı unutmamışdı. Sahibə kitabı vərəqlədi, dizinin üstünə qoyub Sakitlə necə tanış olduğunu həvəslə Gülmirəyə danışmağa başladı.
– Mir Sahib bir kitab alıb gətirmişdi. Dedi üstündə böyük növbə vardı, gördüm hamı alır, mən də aldım; deyirlər yaxşı kitabdı. Baxdım gördüm Sakit Aranlının kitabıdı. Kişinin yeməyini, içməyini verdim, keçdim mətbəxə. Bacımsan, başladım. Yerə qoya bilmədim. Xəstəliyim-zadım da yadımdan çıxdı. Bir də ayılıb gördüm saat neçə olsa yaxşıdı. Səhər saat doqquz. Son səhifəni oxuyanda... ürəyim gedər... Şəkərim qalxar ərşi-əlaya... Mir Sahib yazıq iskorı çağırır, məni aparırlar balniskaya. On gün idi ordaydım, hələ şəkərimi aşağı sala bilməmişdilər. Mir Sahib hər gün işdən çıxıb yanıma gəlirdi, bir saat, iki saat oturub, durub gedirdi. Bir gün halım pis idi. Yata bilmirdim. Gecə saat bir olardı. Xəstələr yatmışdılar. Durub çıxdım dəhlizə. Gəldim küçəyə baxan pəncərənin qabağına, ordan şəhərin gecə işıqlarına tamaşa eləyirdim və taleyimə nifrinlər yağdırırdım. Bir də gördüm ayaq səsi gəlir, çönüb baxdım — gördüm bir kişidi. Xəstədi — üzdən tanıyırdım, bilirdim burda yatır. Ancaq kimdi, nəçidi—nə biləsən? Xəstə paltarı geyəndən sonra adamlar bərabərləşir. Siqaret çəkirdi. Əyilə-əyilə yeriyirdi. Gəlib yanımda dayandı, üzümə baxıb:
– Deyəsən sən də mənim kimi yata bilmirsən! — dedi.
– Hə, — dedim. Siqaretinə qullab vurub:
– Sən bura niyə düşübsən, qızım? — deyə soruşanda mən gülüb dedim:
– Məni bura bir kitab salıb!
– Kitab? — Təəccübləndi.
– Hə, mənim şəkər xəstəliyim var. Həyəcanlanmaq, əsəbiləşmək olmaz mənə. Kitab elə maraqlı idi ki, gecəni səhərəcən yatmadım, oxudum. Çoxluca da ağladım — kitab ağlatdı məni. Sonra ürəyim gedər, bir də ayıldım gördüm xəstəxanadayam.
– Nə kitabı imiş o elə, sizi xəstələndirib?
– Sakit Aranlının kitabıydı.
Mən bu sözləri deyəndə o nə üçünsə qımışdı. Siqaretinin kötüyünü pəncərənin açıq nəfəsliyindən bayıra atıb yenə qımışa-qımışa dedi:
– Bəs söymədiniz o kitabı yazanı?
Mən tələsik:
– Yox, yox, nə danışırsınız? Mən onu çox istəyirəm. — dedim — o, mənim ən çox sevdiyim yazıçılarımızdandı. Adamın dili quruyar onu söyən yerdə.
Güldü:
– Şəxsən tanıyırsan onu?
– Yox, hələ indiyəcən bir nəfər də olsa canlı yazıçı görməmişəm, müəllim.
– Sakit Aranlını görsəniz neylərsiniz?
Mən bir an duruxdum və birdən dedim:
– Onu qucaqlayıb üzündən öpərəm, müəllim, əlindən öpərəm. Qələm tutan əlindən...
Dəhliz alaqaranlıq idi, amma küçədən içəri işıq düşürdü. Kişi üzü pəncərəyə sarı dayanmışdı, sifəti, gözləri aydın görünürdü. Bir də baxdım ki, onun qonur gözləri yaşardı, nə isə demək istədi, ancaq səsi içəridə qırılıb qaldı. Taqəti kəsilmiş kimi yavaşca özünü divarın dibinə verdi və söykəndi. Mən qorxdum:
– Sizə nə oldu, halınız pisləşdi? Növbətçi həkimi çağırım?
– Təlaşla soruşdum.
– Yox, yox, heç nə lazım deyil, — dedi. — Sadəcə olaraq həyəcanlandım. — Mil-mil pijamasının cibindən siqaret çıxardı, damağına qoyub kibritlə yandırdı. Mən kibrit işığında onun gözlərinin yaşardığını və əlinin titrədiyini apaydın görüb məəttəl qaldım. Siqaretin tüstüsünü sinəsinə çəkib üfürəndən sonra: — Çox sağ ol, qızım, — dedi. Mən heç nə başa düşməyərək gözlərimi döydükdə o təkrar elədi:
– Çox sağ ol, qızım. Sənin bu mükafatın mənim bəsimdi.
– Yenə heç nə anlamırdım. Mən sözü, işarəni tez başa düşənəm, Gülü. Ancaq indi elə bil basaratımı bağlamışdılar. Key kimi idim. Çaşqınlıq və nigarançılıq içində soruşdum:
– Siz nəyə görə mənə çox sağ ol deyirsiniz, hansı mükafatdan danışırsınız, müəllim?..
O, kürəyini divara söykəyib nədənsə sıxılırmış kimi:
– O kitabı yazan mənəm, bacım,— dedi. Düzü, qulaqlarım guruldadı, elə bil sinəmin içində at çapmağa başladı. Ürəyimin döyüntüsünü eşitdim elə bil.
– Siz Sakit Aranlısınız? — Bu sözləri elə bərkdən və həyəcanla dedim ki, səsimdən özüm də səksəndim. O, xoşbəxtcəsinə gülümsündü və başını tərpətməklə «hə» söylədi. Sən təsəvvür eləyirsənmi ki, mən nə haldaydım, Gülü. Sevdiyim, pərəstiş elədiyim, üzünü heç vaxt görüb kəlmə kəsmədiyim, amma xəyalımda əbədi həmdəmimə çevirdiyim, sözlərini, kəlamlarını əzbər bildiyim bir qələm sahibi yanımdaydı — mən bayaqdan onunla danışırmışam, səsini eşidirmişəm — ilahi, bu, mənim üçün nə boyda böyük səadət idi. Tanımaza-bilməzə dediyim xoş sözlər onu da kövrəltmişdi. Mən onun gözünün yaşarmasının, titrək səslə «bu mənim üçün ən böyük mükafatdır» deməsinin mənasını sonralar daha dərindən anladım və özümdən çox razı qaldım. Mən demişdim: «Ona rast gəlsəm bağrıma basıb üzündən öpərəm, əlindən öpərəm, qələm tutan əlindən...» — bu sözlər ona ləzzət eləmişdi, görünür. Mən həssas bir oxucu kimi qəlbimdəkini söyləmişdim. Və əgər o an mənim sevimli yazıçım: «Bax, o dediyin oğlan mənəm, öp üzümdən, öp əlimdən!» — deyə üzünü mən tərəf əysəydi, əlini mənə sarı uzatsaydı, kim bilir, bəlkə də tərəddüd edərdim, öpməzdim. Nə bilim, bəlkə də kim bilir öpərdim. Ancaq o mənim ona bəslədiyim bu məsum məhəbbətdən, minnətdarlıqdan sui-istifadə edən adama oxşamırdı, o elə adam ola bilməzdi, buna onun ürəyi gəlməzdi. Bunu da sənə deyim ki, o kecə mənim, həyatımda unudulmaz gecələrdən biri olduğu kimi, onun da ömrünün yaddan çıxmaz bir gecəsiydi. O qədər sevinmişdi, xoşhal olmuşdu ki, ağrılarını da unutmuşdu — az sonrakı söhbətindən öyrənmişdim ki, mədəsi xəstəymiş — on iki barmaq bağırsağında çat əmələ gəlibmiş və neçə il imiş dəhşətli ağrılara dözə-dözə yaşayırmış. Xəstəxananın görkəmli cərrahı, cavan, istedadlı həkim Kamil Məmmədov söz vermişdi ki, kəsəcək, sağaldacaq və o, indi hələ cərrahiyyə əməliyyatına dözmək, bıçaq altından salamat çıxmaq üçün dava-dərmanla bədənini möhkəmləndirirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı
İkinci hissə, altıncı fəsilCəfərlə söhbət eləyib ayrılandan sonra, Gülmirənin içi, bütün vücudu işıqla dolmuşdu elə bil. Ürəyindən dağ götürülmüşdü. Cəfərin alicənablığı, həssaslığı, dediyi müdrik sözlər ona qol-qanad vermişdi, düşüncəsinin düyün düşmüş kələfini açmışdı. Cəfər Gülmirə üçün sanki bir məktəb olmuşdu. O ağsaçlı kişidən zəhmətkeşlik, dözüm-dəyanət, təmizlik öyrənmək olardı. Tək bircə cəhətindən xoşlanmırdı Cəfərin. Onda pislikdən, pis adamdan küsmək xasiyyəti vardı — küsürdü, vəssalam. Halbuki pisliyə, pis adamlara qarşı mübarizə aparmaq lazım idi, barışmaz olmaq lazım idi. Görünür, qocanın həyat fəlsəfəsi belə idi, daha onu dəyişmək olmazdı: görünür, onun bu üsulu da, pisliklə, pis adamlarla mübarizə aparmağın bir yolu idi. Cəfər, məsələn, professor Salman Qurbanzadədən küsmüşdü. Salman daha ona pislik eləyə bilməzdi– ancaq başqalarına ki, pislik, yamanlıq eləməyə qadir idi. Cəfər bu üsulla ancaq özünü müdafiə mövqeyi tutmuş olurdu. Yox, bu yol düzgün deyildi. Gülmirənin fikrincə — Salmanlara, Dombagözlərə, lap Nurəddin kimilərə qarşı sərt olmaq lazımdı, onların mövqeyindən, qələmindən qorxmaq, geri çəkilmək, onların «yaxşılıq», «yaxşı olmaq» pərdəsi altında kimin və ya kimlərinsə haqqını tapdalamasına yol vermək qətiyyən olmaz, olmaz! «Ancaq mənim kimi də yox. Belə də mübarizə aparmaq olar? Başla, get, de, sonra da sözünü sübut eləyə bilmə, axırda da üzr istə!.. Bu da yaramaz Gülmirə!» — deyə o, atdığı o qətiyyətli addımlarda yenə haradasa səhv etdiyini etiraf etmək istəyirdisə də, qəribə idi ki, bundan da ehtiyatlanırdı. Bu döyüşdə — Salmanla olan döyüşdə o, sınıq çıxmışdı və ona görə əzab çəkirdi. Orxana inanmışdı. İnanmaya bilməzdi. Orxan onun üçün büt idi, yerdə allah idi. Heç ola bilməzdi ki, Orxan bu boyda səhv eləsin və çox sevdiyi Gülmirəni belə pis vəziyyətdə qoysun. Yox, burada başqa nə isə var idi; hələ Gülmirənin aça bilmədiyi, başa düşmədiyi nə isə var idi. Nə idi bu «nə isə»? Necə açmaq olardı bu müəmmanı, düyünü? Görünür, heç cür. Çünki Orxan yox idi, ondan heç nə soruşmaq, dəqiqləşdirmək mümkün deyildi. Salman gözübağlıca idi, nə idi ki, Orxanın Mirzə Yanarın əsəri kimi ona verdiyi qovluğu dəyişə biləydi?...
İkinci hissə, yeddinci fəsilDirektor öz əsil kabinetində oturmuşdu, katibəsi Şərqiyyəyə tapşırmışdı ki, heç kəsi içəri buraxmasın, işləyirəm. Amma düz demirdi — o, direktor olandan sonra nəinki burda, heç evdə də bircə cümlə də yaza bilməmişdi. Ürəyi yazmaq istəyirdi, ancaq fikrini cəmləşdirə bilmirdi. İnstitutun problemləri, qayğıları başını elə qatmışdı ki, gecələr yerində də rahat yatmaqdan məhrum olmuşdu. Əslində narahat olmalı, yuxunu ərşə çəkən heç nə yox idi. Nurəddin təbiətən narahat və bədgüman adam olduğundan, heç bir şeydən özü üçün «problem» yaradırdı, «qayğı» yaradırdı. İnstitutda laborantlardan başqa hamının fərdi planı vardı, mövzusu vardı. O gələnə qədər hər kəs — kim necə bacarırdısa, başını aşağı salıb öz işini yazır, müdafiə eləməyən əsərini bitirməyə, monoqrafiya yazan monoqrafiyasını tamamlayıb çapa verməyə çalışırdı. Onda heç bir qorxu yox idi. Lakin indi işləyənin də, işləməyinin də başının üstündən bir qəribə qorxu qılıncı asılmışdı. Bu qılıncın haçan, harada, kimi kəsəcəyi kimsəyə bəlli deyildi. Maraqlı idi ki, işləyən də, məhsulu olan da qorxurdu, işləməyən də, məhsulu — kitabı, məqaləsi olmayan da. Kənardan baxan soruşa bilərdi ki, daha işləyən, yazıb-yaradan niyə qorxmalıdı, nədən qorxmalıdı? Yox, təkcə bununla iş bitmirdi. Nurəddinin gözünə xoş görünüb görünməmək məsələsi burada mühüm cəhət idi. Doğrudur, o, hər iclasda, elmi şurada açıq deyirdi: «İşləməyən mənim gözümün düşmənidir!». Bəli, bunu o, açıq söyləyirdi. Ancaq «xoşum gəlməyən mənim gözümün düşmənidir!» fikrini aşkar bildirmirdi — yalnız bu düşüncə ilə hərəkət edirdi. Adamlar, institut əməkdaşları isə bunu aydın görür və başa düşürdü. Hamının başı üzərində asılan o qorxu qılıncını hərəkətə gətirən Nurəddinin subyektiv mülahizələri idi. Məhz buna görə işləyən də, işləməyən də qorxu içində idarəyə gəlib gedirdi.Nurəddin özü bu barədə düşünmürdü, bunu «yenilik», «işləmək» kimi anlayıb qələmə verirdi. Lakin kollektiv bu cür idarəetmənin fəna nəticələri barədə ciddi narahat idi. Nurəddin gələndən idarəni bu və ya başqa adla tərk edib gedənlərin sayı getdikcə çoxalırdı. Özü də o alimlər getmişdi, yaxud işdən uzaqlaşdırılmışdı ki, institutun aparıcı, nüfuzlu adamları idi, hamı onları ciddi, məhsuldar, savadlı alim kimi tanıyırdı. Bunların elə vaxtı idi ki, artıq uşaqlarını böyütmüş, ev-eşik sahibi eləmiş, elmə, yazıb-yaratmağa mane olan məişət qayğılarından tamam azad olmuşdular. Vaxtlarını yeyib-içməkdə, gəzməkdə, qonaqlıqlarda keçirən çağları da çoxdan keçib getmişdi. İndi yalnız bircə işləmək, yazıb-yaratmaq qalmışdı onlara. Yalan olmasın, hərəsinin başı bir dolu kitabxana idi. Nə soruşsaydı cavanlar, yeriylə, yatağıyla, nadir və qədim kitabların şifrinəcən, hətta bəzən səhifəsinəcən deyirdilər. Onların adicə institut kollektivinin arasında olması cavanlar üçün nümunə məktəbi idi. Ancaq Nurəddin iş başına keçən kimi, birinci onlardan başladı. «Təqaüd vaxtınız çatıb, ərizə verin, gedin!» — söylədi. Ən müdrik çağlarını yaşayanlardan professor Səlim Səlimzadə, Şamil Nəsirzadə, — bu təmiz və ziyalı adamlar bu adla institutdan uzaqlaşdırılmışdı. Professor Namiq Kamal, kiçik bir şeyin üstündə yazılı töhmət aldığı üçün, elmlər namizədi Abbas Quluzadə «Mən sözün düzünü adamın düz gözünün içinə deyənəm, bununla isə — Nurəddinlə bir yerdə oxumuşam, yaxşı tanıyıram — mənim kimilərdən əsla xoşu gəlmir!» — deyərək institutdan «könüllü surətdə» çıxıb getmişdi.
İkinci hissə, səkkizinci fəsilYüngül dəniz küləyi əsirdi. Suları qırçın-qırçın sahilə çırpıb sındırırdı. Sahildən xeyli aralı iki gəmi lövbər salıb dayanmışdı. O tərəfdə, gündoğan səmtdə dənizin içinə doğru taxta qol kimi uzanan körpünün kəlləsində «Sadko» kafesinin pəncərələrinin şüşələri, qüruba enən günəşin şüaları altında şəfəqlənirdi.Dəniz qırağında adam seyrək idi. Sakit əllərini paltosunun cibinə qoyub lap sahildə, daş məhəccərin yanında dayanmışdı, ora-bura uçuşan ağ qağayılara tamaşa eləyirdi. Yorğun gözlərini dənizin maviliyi oxşayıb dincəldirdi. Bütün günü işləmişdi, başı dumanlı idi elə bil. Barmaqları qələm tutmaqdan keyimişdi, kötüyə dönmüşdü. Son vaxtlar çox ciddi işləyirdi. Düşündüyü roman gecə-gündüz ona rahatlıq vermirdi. Yazdığı adamlar yanındaydı, talelər gözünün qabağındaydı, heç nəyi quraşdırmaq, düzüb qoşmaq lazım deyil. Hadisələr elə sürətlə inkişaf edirdi ki, Sakit yazıb çatdıra bilmirdi. Qəribə idi ki, Nurəddinin hərəkətlərinin kollektivdə doğurduğu qəzəb artdıqca Sakitdə də ona qarşı anlaşılmaz bir kin əmələ gəlirdi. Nurəddin Sakitə şəxsən heç nə eləməmişdi — ancaq Sakit hiss edir və görürdü ki, o, institutu idarə etməyə layiq adam deyil; o, alimləri — bu «qələm fəhlələrini» həvəsləndirmək, qanadlandırmaq əvəzinə, qamçılayır» ruhdan salır, qol-qanadını sındırır, əsəbi və gərgin şərait yaradır və ən dəhşətlisi bu idi ki, o, bunu işləmək və tələbkarlıq sayırdı. Alim zəkası, alim beyni — məmləkətin qızılından da, neftindən də, yeraltı-yerüstü xəzinələrinin hamısından qiymətlidir və üstəlik də çox zərifdir. Ona qayğı ilə, həssaslıqla yanaşmaq lazımdır. O, ağıllı adamın əlində dürr-gövhər saça bilər. Nadanın əlinə düşsə, qəzəb və nifrət püskürə bilər. Nurəddin kimi üzdəniraq «rəhbərlərin» kobudluğu, özbaşınalığı alim beyninin düşünmə düzümünü, saf niyyətini pozub qaralda bilər, inamını öldürə bilər. Ona görə Nurəddinləri — tək-tük olsalar da — ifşa etmək, başa salmaq, bu yanlış və əyri yoldan döndərmək hamının, birinci növbədə qələm sahiblərinin borcu olmalıdır. Belə adamları ictimaiyyətə tanıtmaq vacibdir ki, gələcəkdə vəzifə başına qoyanda səhv etməsinlər və özləri isə öz əməllərinə baxıb utansınlar.
Стихи других поэтов
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Səsim səsinə öyrəşib...Sənsiz məndə dözüm yoxdur,Səndən özgə kəsim yoxdur,
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.