İkinci hissə, ikinci fəsil
Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:
⎯ Sənsən? ⎯ dedi.
⎯ Hə, mənəm, bala.
⎯ Keç içəri də. Çöldə niyə dayanmısan?
Nəzər otağa girdi. Ev elə yayda gördüyü kimiydi. Pəncərə qabağında bir stol, divarın dibində də bir çarpayı. İki də kətil vardı. Mizin üstündə yarım dənə çörək, boşqabda doğranmış xiyar, pomidor, nəlbəkidə isə pendir, bir də üç-dörd fal kolbasa dəydi Nəzərin gözünə və acdığını indi xatırladı. Araq iyi gəlirdi, ancaq araq şüşəsi-filan yox idi. Çappa stəkanın yarısınacan suydumu, arağıydımı ⎯ ağarırdı. Nəzər təklif gözləmədən kətilin birini çəkib oturdu. Sonra baxışlarını qaldırıb oğluna ötəri nəzər saldı və qızarmış gözlərindən başa düşdü ki, içib.
⎯ Otursana! ⎯ quru səslə ata dilləndi.
Qərib əyləşdi.
⎯ Şam eləyirsən? ⎯ Nəzər soruşdu.
⎯ Hə.
⎯ Mən də yaman acmışam.
⎯ Ye də… ⎯ Qəribin qara bığı altındakı dodaqları qaçdı. ⎯ Kasıbın olanından…
⎯ Yox, yaxşısan, maşallah. Canına-başına fikir verirsən. Yaxşı eləyirsən bunu. ⎯ Əlini pendirə, çörəyə uzatdı. ⎯ Sən də ye…
⎯ Yox, mən doymuşam. Sənin qismətindi.
Nəzər stəkana işarə ilə dedi:
⎯ Arağ da?
Qərib bir anlığa çaşırdı və sonra göz qırpımında stəkanı başına çəkib ağzına heç nə qoymadan, üz-gözünü də qırışdırmadan:
⎯ Bu arağ deyil, dədə, sudu, ⎯ dedi. Nəzərin uşaqlarının içində təkcə Qərib ona «dədə» deyirdi. Lap uşaq vaxtı dilinə hardansa düşmüşdü və Bikə xanım bir-iki dəfə o sözü tərgitmək də istəmişdi. Ancaq Nəzər özü qoymamışdı. Nə isə o sözdə qəribə bir şirinlik, istilik və qədimlik görürdü Nəzər. Elə o çağdan qərib atasını «dədə» deyə çağırmışdı və o da buna adət eləmişdi. Neçə vaxt idi ki, oğlunu görə bilmirdi, təbii ki, o sözü də eşitmirdi və deyəsən hardasa tək oğlu üçün yox, elə «dədə» sözüyçün də qəribsəmişdi. İndi Qəribin dilindən «də-də»ni qulağı alanda xoşhal oldusa da, onun gözgörəsi Nəzəri aldatmaq istəməsi, arağı su yerinə içməsi qəlbini cırmaqladı. İstədi üstünü vurmasın, açıb-ağartmasın. Ancaq özüylə bacara bilmədi.
⎯ Doğrudan su idi?
⎯ Hə də. İnanmırsan?
⎯ Sən indi mənə yalan danışmaq istəyirsən? Gözüm görə-görə?
⎯ Yalan niyə danışıram, ay dədə, su idi.
⎯ Sən içməmisən?
⎯ İçmişəm. Ancaq səndən qabaq içmişəm.
Nəzər fikrə getdi. «Bəlkə həqiqətən su imiş!..» Nəzər susub bir-iki tikə əl-qap elədi, xiyardan-pomidordan yedi. Aclığını dəf eləyib, siqaretini yandırdı:
⎯ Yəqin eşidibsən ki, incəsənət adamları içən olur, ona görə içirsən, hə?
⎯ Yox, ona görə içmirəm.
⎯ Bə nəyə görə içirsən? Fərri bir şey olsaydı, dədən də içərdi də.
⎯ Elə bilirsən bəxtəvərliyimdən içirəm? Dərdimdən içirəm, dədə…
Nəzər stulda qurcuxdu:
⎯ Nə dərdin var, ə, sənin? Gəmilərin dəryada batıb, yeməyə çörəyin yoxdu, geyməyə paltarın yoxdu?
⎯ Sənin dərdin hamısından betərdi, dədə!
Nəzərin gözləri böyüdü:
⎯ Nə olub, a bala, mənə?
⎯ …
⎯ Niyə dillənmirsən? Bəlkə bir şey olub, mənim xəbərim yoxdu?
⎯ Ta nə olsun deyirsən? Ömür qoy, can çürüt, axırda da qolundan tutsunlar, atsınlar çölə, desinlər get, yüz iyirmi manatla dolan!.. Üç yüz manat alırdın, dolana bilmirdin, indi yüz iyirmi manatnan necə dolanassan?!
⎯ Ax, belə de! Demək, sən bunların dərdin çəkirsənmiş! Bəyənirəm, oğul, çox bəyənirəm.
⎯ lağ eləyirsən mənə?
⎯ Yox, düz sözümdü, bala. Xoşuma gəldin. Bu, yaxşıdı, çox yaxşıdı, oğul. Ancaq… səhv eləyirsən, cavansan. Əvvələn, mən pis dolanmamışam, həmişə yeməyiniz, içməyiniz, əyin-başınız olub. Sənin bu barədə giley-güzar eləməyə haqqın olmasın gərək. O ki, qaldı təqaüdə, o da heç… Bu, zamanın hökmüdü, oğul!.. Bunun geci-tezi vardı, olmalıydı. Dolanmaq məsələsi isə… İndi heç kəs acından ölmür, oğul, hərənin bir tikə pendir-çörəyi var.
⎯ Elə mənim də davam budu ki, niyə sənin pendir-çörəyin olsun, məsələn, mənim toyuq-plovum? Niyə?
Nəzər pendir-çörəyə işarə elədi:
⎯ Bunu toyuq-plov hesab eləyirsən?
⎯ Mən məsəlçün deyirəm, dədə. Demək istəyirəm ki, məsələn, şəxsən sən qabiliyyətinə, savadına görə yaşamamısan! Sən, götürsən, bu rayonda ən mükəmməl bilikli adamsan. Qırx ildi də külüng çalırsan. Canını oda-közə vurmusan, yandırmısan ürəyini, gözlərinin işığını əritmisən. Amma nəyin var? Yaxşı imarətinmi var, kassada küt-küt pulunmu var? Heç nəyin yoxdu. Heç nəyin yoxdu, dədə! Bax, mən bunu deyirəm. Bir ay maaşını verməsələr, acından ölənin birisən! Amma oğullar var ki…
Nəzər hiss elədi ki, Qəribin başı dumanlıdı, hətərən-pətərən danışır və indi də nə desə, oğlu həzm eləyə bilməyəcək, çünki mərhum Əli müəllimin söylədiyi kimi «araq başını aparıb». Ona görə söhbətin səmtini dəyişərək:
⎯ Ə, a bala, sən adamlıq əlifbasını bilmirsən, hələ ⎯ söylədi. ⎯ Danışanda ağzına çullu dovşan sığışmır.
⎯ Niyə bilmirəm, dədə?
⎯ Bilsəydin, bir saatdı gəlmişəm, soruşardın, ay dədə, kefin nə təhərdi, anam necədi, bacılarım necədi. Neçə vaxtdı görüşmürük. ⎯ Guya mən soruşan kimi hər şey yaxşı olacaq! Kim necədi, elədi də. Bunlar boş, mənasız ədəb-ərkan qaydalarıdı, Nuh əyyamından qalıblar, özləri də kif iyi verirlər, ay dədə.
⎯ Hə? Belə de…
⎯ Dedim, demədim. Heylədi. Siz, məsəlçün, elə sən özün, fanatik olubsan ey, ay dədə. Kitablar sənin gözünü yumub, həyatdan ayırıb. Dərs demisən, elə bilmisən böyük qəhrəmanlıq eləmisən. Axı dərs demək, nə bilim, incinarlıq eləmək adi şeylərdi. Bunnarnan indi heç kəsi təəccübləndirə bilməzsən.
⎯ Bə nəynən təəccübləndirmək istəyirsən görəsən sən bizi? ⎯ Kim? Mən?
⎯ Hə də, məsəlçün, sən!..
⎯ İş ondadı ki, heç nəynən təəccübləndirə bilmirəm, ona görə də partlayıram.
Nəzər köksünü ötürdü:
⎯ Təəccübləndirə bilməyəcəksən də heç vaxt. Çünki sənin savadın kamil deyil, oğul.
Qərib ayağa durdu:
⎯ Elə bilirdim, sözü hərrəyib-fırrayıb savadın, oxumağın üstünə gətirəssən. Bu, sənin köhnə xasiyyətindi. Sən bu qədər yaşadıqdan sonra da başa düşmək istəmirsən ki, savada bir şey vermirlər, kişi! İndi zamanə zirəklərindi, gözdən tük qapanlarındı.
⎯ Oğrularındı, juliklərindi, hə?
⎯ Düzünə qalsa, hə, dədə.
Nəzər dişlərini bir-birinə elə sıxdı ki, çənə sümüyü ağrıdı.
⎯ Bilmirəm bu axmaq fikirləri kim doldurub sənin başına, Qərib?
⎯ Heç kəs doldurmayıb. Bax, bu gözlərim doldurub, dədə.
Gözlərim görür axı. Mən kor deyiləm axı, dədə. Çöldə, meşədə, dağlarda da yaşamıram. Mən cəmiyyət içində, adamlar arasında yaşayıram. Eh, nə isə... ⎯ deyə birdən Qərib əlini havada yellədi. ⎯ Bunlar köhnə söhbətlərdi, ta bezdirib. Sən hər dəfə məni görəndə əxlaq dərsi verməyə çalışırsan ⎯ sən kitablardan, yüksək ideallardan danışırsan, mən həyatdan, gördüklərimdən. Sən «necə olmalıdır»dan söz açırsan, mən «necədir»dən söyləyirəm. Ona görə bir-birimizi başa düşmürük. Yaxşı, gəlməyin xeyirdi?
Nəzər kinayə ilə:
⎯ Gəlmişdim sənə bir az əxlaq dərsi verəm, ⎯ dedi.
⎯ Acığına gəlməsin, ay dədə. Məncə, sən istəməzsən ki, sənin oğlun qoyun olsun, başıboş olsun, dünyaya avam gəlib, avam da getsin. İstəməzsən… Sevinməlisən ki, mənim də başım bir şey üyüdür.
⎯ Təəssüf ki, buğda üyütmür, vələmir üyüdür, bala!
⎯ …
Qərib incidi, üzünü yana çevirdi. Nəzər buna dözmədi.
⎯ Yaxşı, yaxşı, mısmırığını sallama. ⎯ qalxıb irəli yeridi, boyu bərabəri olan Qəribin çiyinlərini qucaqladı, sinəsinə sıxdı. ⎯ Hazırlaş, gedək evə. Ananın ürəyi bir tikə olub sənin üçün.
⎯ Məni aparmağa gəlmisən? ⎯ Qərib dönüb atasıyla üz-üzə dayandı. ⎯ Bununçun gəlmişdin?
⎯ Yox. Katib çağırmışdı…
Qəribin sifətini maraq bürüdü:
⎯ Katib çağırmışdı? Həmidov ha?
⎯ Hə.
⎯ Xeyir ola? ⎯ Səsindəki inciklik yox olub getdi. ⎯ Nə deyirdi?
Nəzər elə ayaq üstə məsələni Qəribə nağıl elədi.
Qəribin gözləri güldü və Nəzərin heç gözləmədiyi halda iri, uzun qollarıyla atasını sıxdı:
⎯ Nə yaxşı, ay dədə, nə yaxşı! Səni təbrik eləyirəm.
⎯ Sağ ol, ay bala. Bu nə böyük işdi ki, sən buna belə sevinirsən, ay oğul?
⎯ Nə danışırsan, kişi! Elə hesab elə ki, katibsən, milis rəisi-sən, prokurorsan, dədə. ⎯ O, əlini-əlinə sürtüb: ⎯ Nəhayət, nəhayət, bizim də üstümüzə gün doğdu, biz də bir kişinin oğlu olduq, nəhayət!.. Vəzifə…
Qəribin sözü ağzında qaldı, qapının zəngi uzun-uzadı zingildəyəndə oğlan demək olar ki, qaça-qaça gedib qapını açdı. Bikə xanım və Tapdıq hay-küylə içəri girdi. Qərib də, Nəzər də çaşıb bir-birinin üzünə baxdı. Bikə qollarını oğlunun boynuna dolayıb:
⎯ Ay gözümün işığı, belə şeymi olar, burdan-bura üzünə həsrət qalmışam, saqqalın ağarsın sənin! ⎯ dedi və özündən asılı olmayaraq ağladıqda Qərib zarafata salıb gülə-gülə əliylə atasını gös-tərdi:
⎯ Ey, ey, Xalq nəzarət komitəsinin sədrinin yanında sənin nə ixtiyarın var ki, ağlayırsan, hə?
⎯ Kimin? ⎯ Bikə örpəyinin ucuyla gözünü silə-silə oğlundan qopub ərinə sarı gəldi. ⎯ Nəzarət komitəsinin sədri? Kişi, olmaya Süleyman səni bunun üçün çağırtdırmışdı, hay?
Nəzər bığını tumarlaya-tumarlaya başını tərpətdikdə Tapdıq qabağa keçib qayınatasını təbrik elədi.
⎯ Sağ ol, oğlum!..
⎯ Ay kişi, bəs adam zəng vurub xəbər eləməz? Mən də oturmuşam, ürəyimi yeyirəm ki, görəsən katib neynəyir bunu. Yaxşı oldu, Tapdıq da gəldi, dedim, ay oğul, sən canın, bir irəyona dəyək, kişidən bərk niyaranam, həm də uşağı görərik. Sağ olmuş gətirdi…
Qərib anasına dedi:
⎯ Səndən bir qonaqlıq düşür ha! Gərək ərinin təzə vəzifəsini yuyasan…
⎯ Bax, mənim bu gözlərim üstə.
Tapdıq araya söz atdı:
⎯ Hələ görün Xalq nəzarəti komitəsinin sədri icazə verir ya yox? Elə deyil, Nəzər müəllim?
Nəzər güldü:
⎯ Hələ yox. Hələ icazə vermirəm! Arxı atdanmamış bərəkallah deməyi xoşlamıram.
Qərib dilləndi:
⎯ Mən bilmirəm, bax, bir qonaqlıq sən, ay ana, bir qonaqlıq sən, a Tapdıq, bir qonaqlıq da elə nəzarət komitəsinin sədri verməsə, mən oynamıram.
⎯ Bə sən? Sən neyniyəcəksən bə? ⎯ Tapdıq Qəribin çiyninə vurdu.
⎯ Mən? Mən tamada olacağam, yaxşı-yaxşı sağlıqlar deyəcəyəm, yaxşı-yaxşı da yeyib-içəcəyəm.
Nəzər oğluna sataşdı:
⎯ Paho, sənin vəzifən hamımızınkından çox oldu ki?
Qəribin dişləri ağardı:
⎯ Ölmürəm vəzifə üçün?..
Hamısı güldü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Heyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.
İkinci hissə, altıncı fəsilElə həmin gün, səhər tezdən evdən çıxarkən Heyran qar yağdığını görüb üşümüş, kədərlənmişdisə, şəhərin bu başında, yataq otağının həyətə açılan pəncərəsindən qarladığını görən Məhəmməd Şəfi çox sevinmişdi. Şair qarı çox sevirdi — soyuğunu, şaxtasını yox, sadəcə sakit-sakit, lopa-lopa yağmasından olmazın ləzzət alırdı həmişə. Xüsusilə Kabilin küləksiz qış günləri gözəl olurdu, havada elə bil saysız-hesabsız ağ kəpənəklər uçurdu, bir-birini qovur, birləşir, fırlana-fırlana, ləngər vura-vura yerə, ağacların, adamların, damların, hasarların üstünə düşürdülər. Şəfi üçün qar havada uçarkən gözəldi — yerə düşdümü, olurdu adicə qar. Belə havalarda o, yaxşı işləyirdi: elə bil, ilham çeşməsinin gözü açılırdı, beynində, ürəyində qar dənələri kimi bir-birini təqib edən, dünyaya gəlməyə çan atan fikirlər ağ vərəqlər üstünə tökülür, yenicə doğulmuş körpəsinə baxıb sevinən ana kimi şair də onlara baxıb sevinirdi. Belə günlərdə, lap vacib işi olsaydı, o, evdən çıxmazdı!. Otağına çəkilib yazardı. Məleykə xanım uzun illərin təcrübəsindən bilirdi ki, Şəfi bu cür havada heç yerə getmir. Odur ki, onun çayını, çörəyini verir, özü isə çəkilib gedir, ev işləri ilə məşğul olurdu. Nahar vaxtı çatanda isə, Məleykə içəri girib onu stulundan qoparır, yemək otağında açdığı süfrə başında uşaqlarla birlikdə oturub xörəklərini yeyir, ordan-burdan danışır, deyib-gülürdülər. Şəfi özü üçün xüsusi rejim yaratmışdı; bu barədə Məleykəyə heç nə deməmişdi, çünki Məleykə təşvişə düşə bilər, nigarançılıq çəkərdi. Həbsxanaya düşəndən sonra Şəfi başa düşmüşdü ki, bir çoxlarınınkı kimi, onun da ömrü təkcə taleyindən asılı deyil; taleyindən başqa — əgər varsa — bir də «yuxarıda» əyləşən ağaların hökmündən asılıdır onun ömrü. Bilmək olmaz harda, haçan şairin ömür kəndirini kəsmək əmri veriləcək. Ona görə, qalan vaxtı-ömrü ağılnan, düşünə-düşünə yaşamaq gərəkdi. Şəfi indi, qalan pullarını ağıllı işlərə sərf etmək, mənfəət gətirə bilən şeylərə xərcləmək qərarına gəlmiş bir tacirə oxşayırdı. Hərdən özünə, bu fikirlərinə gülürdü. Neyləmək olardı, həyat belə qurulmuşdu. Şair qəlbində, beynində gəzdirdiyi, vaxtın azlığı, çatışmazlığı üzündən ildən-ilə adlatdığı əsərlərini kağız üzərinə köçürməklə yanaşı, başqa bir səhvini də düzəldirdi: o, bu çağa qədər evə, ailəyə, uşaqlarına az fikir vermişdi, lazım olduğundan az diqqət yetirmişdi. Evin dərd-səri Məleykənin boynunda idi, o, bu işləri böyük həvəslə görürdü, ancaq Şəfi başa düşürdü ki, hardasa o da əl yetirməlidi, kömək olmalıdı Məleykəyə. Uşaqlar da ata qayğısını tam mənası ilə hiss eləməmişdilər, onların tasəvvüründə ata həmişə yazı masası arxasında oturan, gündüzlər harasa gedən, kitab yazan, kimlərlə isə oturub saatlarla nəsə danışan bir adam kimi qalmışdı indiyəcən. Şəfi bilirdi ki, bu, düz deyil; onların da atalıq haqqını qaytarmalıdı Şəfi. Buna görə son vaxtlar Şəfi həftədə iki dəfə arvadını, uşaqlarını yanına salıb «Sinema-Kabul»a aparırdı, Bəbrəkin dərslərinə baxır,qızları Jaləni, Rəbiəni əyləndirir, onlara nağıl danışır, şer oxuyur, şer öyrədirdi. Qış aylarında onları qalın geyindirib bayıra çıxarır, qartopu oynayır, balaları üçün qar adamı düzəldirdi. Belə oyunlardan uşaqlar da ləzzət alırdı, o da. Elə bil təzədən özü də dönüb uşaq olurdu Şəfi. «Qoy məni tam varlıqları ilə hiss etsinlər balalarım, sevsinlər məni, sevə bilsinlər. Bir də gördün gözlənilmədən «getdim». Balalarımın yadında nə qalacaq? Heç nə? «Bu fikir Şəfini evə, ailəyə daha möhkəm bağlayırdı. Həmin qərara gəldiyi ilk günlərin birində Şəfi uşaqların otağına keçib onlara qoşularaq top-top oynayanda heç birisi gözünə inanmamış, təəccüblənmişdilər. Jalə heyrətlə Rəbiəyə baxıb:
İkinci hissə, yeddinci fəsilHeyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:
İkinci hissə, səkkizinci fəsilZərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini
Стихи других поэтов
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir